Iskender Pasa - Wikipedia
İskəndər Paşa (ö. 3 avqust 1571) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.[1]
İskəndər Paşa | |
---|---|
Əvvəlki | Dukakinzadə Mehmed Paşa |
Sonrakı | Sofu Əli Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Maqosa qalası, Osmanlı imperiyası |
Dəfn yeri | İskəndər Paşa külliyəsi, İstanbul |
Uşağı | Əhməd Paşa |
Həyatı
redaktəDoğum tarixi və əsli haqqında məlumat yoxdur. Əndəruna alınaraq təlim-tərbiyə edilmiş, ardından bostançıbaşı və qapıçıbaşı olaraq xidmət göstərmişdir. 1555-ci ildə yeniçəri ağası oldu, ardından vəzir rütbəsilə divana daxil oldu. 1556-cı ilin fevralında Misir bəylərbəyliyinə gətirildi və 1559-cu ilin aprelinədək bu vəzifədə qaldı. Ardından Budin, 1564-cü ildə isə Anadolu bəylərbəyi oldu. Sultan Süleyman Qanuninin son səfəri olan Ziqetvar səfəri əsnasında İstanbulda taxt naibi olaraq xidmət etdi.
Sultanın səfər əsnasında ölümünün ardından oğlu Sultan Səlim paytaxta gələnədək bu ölümü gizli saxladı. Bunun mükafatı olaraq yenidən divan vəzirliyinə gətirildi. Nəhayət, 15 may 1570-ci ildə çıxılan və Kipr adasının fəthi ilə nəticələnən səfərə qatıldı. Səfər əsnasında Maqosa qalasının fəthi ilə vəzifələndirildi və qalanın fəthindən 2 gün sonra 3 avqust 1571-ci ildə burada vəfat etdi.
Cənazəsi təcili şəkildə paytaxta gətirildi və vaxtilə İstanbulda Memar Sənana inşa etdirdiyi İskəndər Paşa məscidi yaxınlığındakı türbəsinə dəfn edildi.[2] Oğlu Əhməd Paşa da vəzirliyə qədər yüksəlmiş, ölümünün ardından atasının yanına dəfn edilmişdir.
Mənbə
redaktə- Sicill-i Osmani III, səh. 129