Ishal - Wikipedia
Diareya və ya ishal[2] — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir.[3]
Diareya | |
---|---|
XBT-10 | K59.1, A09 |
XBT-9-KM | 787.91, 009.2[1] |
OMIM | 123400 |
DiseasesDB | 3742 |
MedlinePlus | 003126 |
MeSH | D003967 |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
Səbəblər
redaktəDiareyanın ən çox rast gəlinən səbəbi virus mənşəli qastroenteritlərdir. Virus infeksiyası mülayim hesab edilir və bir neçə gün ərzində spontan olaraq aradan qalxır. Bu hala bəzən mədə qripi də deyirlər. Virus qastroenteriti adətən məktəbdə, məhəllədə və ya ailədə mini-epidemiya şəklində baş verir.
Qida zəhərlənməsi və səyahətdə olmaq diareyanın digər tez-tez rast gəlinən səbəblərindəndir. Bu növ diareyalar bir qayda olaraq bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulu üzündən baş verir.
Diareyanın digər səbəbi dərman maddələrinin qəbulu ola bilər. Bu dərmanlara aşağıdakıları qoymaq olar: antibiotiklər, laksativlər (laktuloza), maqnezium tərkibli antiasid dərmanlar (magnesiumhydroxid), ürək qlikozidləri (digitoxin, digoxin), methylxanthine (theophyllin), sidikqovucular (furosemid), qalxanabənzər vəzi hormonları (thyroxin), xərçəng əleyhinə sitostatik dərmanlar.
Bir çox xəstəliklər mövcuddur ki, onların əsas əlamətlərindən biri diareyadır. Bu xəstəliklərin diaqnozu sizin həkim tərəfindən aparılan diaqnostik tədbirlərdən sonra müəyyənləşdiriləcəkdir. Aşağıdakı xəstəliklər diareya törədə bilər:
- Laktosaya qarşı dözümsüzlük kimi malabsorbsiya sindromları
- İltihabi bağırsaq xəstəlikləri (kron xəstəliyi və xoralı kolit)
- Qıcıqlanmış bağırsaq sindromu
- Seliak xəstəliyi
- Zollinger-Ellison sindromu
- Avtomatik veya diabetic neyropatiya kimi sinir pozğunluğu
- Karsinoid sindromu
- Qastroektomiya (mədənin hissəvi çıxarılması)
- Yüksək dozalı radiasiya terapiyası
- Nəzarət olunmayan bağırsaq hərəkətləri
- Mədə ağrısı
- şiddətli qarın krampları
- ürəkbulanma
- başgicəllənmə
- Nəcisdə selikli qişanın görünüşü və yağlı bir quruluşa sahib olması
- Üşümə və qızdırma
- Qusma
- Nadir hallarda qanlı nəcis
- Qarın boşluğunda şişkinlik və sıx qaz yığılması
Mənbə
redaktə- Yates J. Traveler's diarrhea. Am Fam Physician. 2005; 71(11): 2095–2100.
- Guerrant RL. Practice guidelines for the management of infectious diarrhea. Clin Infect Dis. 2001; 32(3): 331–351.
- Kamat D. Prevention and management of travelers' diarrhea. Dis Mon. 2006;52:289–302.
- Cemre sağlamlıq
- Proctor DD. Approach to the patient with gastrointestinal disease. In: Goldman: Cecil Medicine. 23rd ed. Philadelphia, Pa: Saunders; 2007:chap 134.
İstinadlar
redaktə- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ Ағ исһал // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 93.
- ↑ İmanova S.S., Bayramov N.Y. Düz bağırsaq və anal nahiyənin cərrahi xəstəlikləri (PDF). Bakı: Təbib. 2017. 127. ISBN 978-9952-536-24-9.