Isgender Bey Axundov - Wikipedia
İsgəndər bəy Axundov və ya İsgəndər Axundzadə (1862, Şamaxı – 1933) — vəkil, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
İsgəndər bəy Axundov | |
---|---|
Sentyabr 1919 – 27 aprel 1920 | |
Fraksiya | Bitərəflər fraksiyası İttihad fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1862 |
Doğum yeri | |
Vəfat tarixi | 1933 |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | vəkil |
Uşaqları |
Həyatı
redaktəİsgəndər bəy Axundov 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Molla yanında ibtidai təhsil alıb. Sonra gimnaziyada oxuyub. Züleyxa xanım Bayraməlibəyova ilə ailə qurub. 1890-da Krakov Yagilon Universitetini bitirib. İsgəndər bəy 1933-cü ildə vəfat edib.
Siyasi fəaliyyəti
redaktəƏsəd bəy Əmirov 1919-cu ilin sentyabrında Şamaxı Şəhər İdarəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Sənədləri 18 sentyabr tarixində təsdiqlənmişdir. Əvvəlcə İsgəndət bəy parlamentdə bitərəflər fraksiyasının üzvü olmuşdur. Parlamentin 18 oktyabr 1919 tarixli sayca səksən beşinci iclasında isə İsgəndər bəy Axundovun bitərəflər fraksiyasından çıxdığı və Cəmil bəy Lənbəranski ilə birgə İttihad fraksiyasına daxil olduğu elan olundu.
Partiya fəaliyyəti
redaktəİsgəndər bəy Axundov 1919-cu ildən İttihad Partiyasının üzvü olmuşdur. 1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında İttihad Partiyasının II Qurultayı keçirildi. Qurultayda ümumilikdə 1000 qurultay nümayəndəsi iştirak etmişdir. 4 gün davam edən qurultayda İsgəndər bəy Axundzadə parlament üzvü olduğu üçün birbaşa Mərkəzi Komitənin üzvü seçilmişdir.
Ailəsi
redaktə- Xanımı Züleyxa xanım Bayraməlibəyova
- Oğlu Əjdər bəy Axundov — Cümhuriyyət tələbəsi.
- Qızı Sona xanım Axundova
- Kürəkəni Əbülfəz Qarayev
- Nəvəsi Qara Qarayev
- Nəvəsi Mürsəl Qarayev
- Qızı Ceyran xanım Axundova
- Kürəkəni Mirəsədulla Mirqasımov
- Nəvəsi Mirələsgər Mirqasımov
- Nəvəsi Oqtay Mirqasımov
Mənbə
redaktə- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
- Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
- Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.