Isekay - Wikipedia
İsekay (異世界?, hərf. fərqli dünya)) – Yaponiya fentezi anime, manqa, ranobe və videooyunlarının altjanrı. Bu altjanrda heç bir fərqli xüsusiyyəti olmayan personaj paralel kainata düşür və ya həbs olur. Çox vaxt bu kainatlar bu personajların dünyasında uydurma kainat kimi məlumdur, lakin bəzən bu onlara məlum olmaya ola bilər. Bu kainat virtual dünya da ola bilər (məsələn, "Sword Art Online") və ya tamamilə fərqli və ancaq protaqonistin əvvəlki dünyadan xatirələr daşıdığı dünya da (məsələn, "Saga of Tanya the Evil") ola bilər. Bəzən isə ikisi də baş verə bilər. Məsələn "Log Horizon" və "Overlord" seriyalarında virtual reallıq reallığa çevrilir.
Xarakteristika
redaktəBu altjanr arzunun həyata keçirilməsi ilə xarakterizə olunur: NEET, oyunçu və ya hikikomori xüsusiyyətləri daşıyan şəxs fərqli dünyaya transportasiya olur. Yeni fentezi dünyasında onlar real həyatda onlar üçün əhəmiyyətli olmayan oyun bacarıqlarından istifadə edə bilirlər.[1][2] Onların yeni dünyada əldə etdikləri güc bəzən hər kəsi məhv edəcək qədər güclü (məsələn, "In Another World With My Smartphone")[1] və ya çox zəif ola bilər (məsələn, "Re:Zero"-da baş qəhrəman öləndə yenidən dirilmək gücündən başqa heç bir gücə malik deyil).[3]
İsekayda adətən baş qəhrəmanlar "seçilmiş" olurlar, lakin bunun əksi də ola bilər. Məsələn, "Drifters" kimi seriyasında yeni dünyaya düşən personajlar güclü tarixi şəxsiyyətlərdir.[4] Və ya "That Time I Got Reincarnated as a Slime" seriyasında baş qəhrəman insan kimi yox, bədheybət kimi başlayır.[5]
Tarix
redaktəBu altjanra aid ilk nümunələr "El-Hazard" və "Fushigi Yûgi" hesab olunur.[1] Bu seriyalarda personajlar orijinal halları ilə fərqli dünyalara daxil olurlar. Daha sonra "Saga of Tanya the Evil" kimi personajların ölüb yeni dünyada reinkarnasiya olduğu seriyalar çıxmağa başladı.[1]
"hack." franşizi hazırkı isekay virtual dünya konsepsiyasının işləndiyi ilk seriyalardan biridir. Daha sonra "Sword Art Online" onun addımları ilə getmişdir.[6]
Altjanr 2016-cı ildə o qədər populyar olmuşdu ki, qısa hekayə müsabiqələri isekay seriyaları qadağan etmişdilər.[7] Kadokawa nəşriyyatı da 2017-ci ildə anime stilindəki roman müsabiqəsində isekay romanlara qadağa qoymuşdu.[8]
Nümunələr
redaktəİsekay seriyalara nümunələr:
- Sword Art Online
- Log Horizon
- Overlord
- Saga of Tanya the Evil
- Re:Zero -Starting Life in Another World-
- KonoSuba
- Drifters
- In Another World With My Smartphone
- Restaurant to Another World
- Gate
- Angel Beats!
- Blood Lad
- Knight's & Magic
- Outbreak Company
- Grimgar of Fantasy and Ash
- No Game No Life
- The Familiar of Zero
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Hacking the Isekai: Make Your Parallel World Work for You". Crunchyroll (ingilis). 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ "Here's What Would Really Happen If You Were Sent Into a Fantasy World". Anime (ingilis). 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ "'Re:ZERO – Starting Life In Another World – Death Or Kiss' Official Trailer For Visual Novel Released: Upcoming PS4 And PS Vita Game's Screenshots Revealed". The Inquisitr (ingilis). 2016-12-28. 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ "FEATURE: Head Space - "Drifters" - An Isekai Gone Wrong". Crunchyroll (ingilis). 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ "'Tensei Shitara Slime Datta Ken' Anime In 2018 Based On 'That Time I Got Reincarnated As A Slime' Manga-Novel". The Inquisitr (ingilis). 2018-03-07. 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ Kamen, Matt. "Anime: the 10 must-watch films and TV shows for video game lovers". the Guardian (ingilis). 2017-10-02. 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ "Short Story Contest Bans 'Traveling to an Alternate World' Fantasy". Anime News Network (ingilis). 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ "Anime-style novel contest in Japan bans alternate reality stories and teen protagonists". SoraNews24 (ingilis). 2017-05-22. 2018-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.