Irincoy - Wikipedia
İrinçöy - Haqqında Məlumat
İrinçöy — Naxçıvan Muxtar Respublikası Şərur rayonununda arxeoloji abidə.
Haqqında
redaktəŞərur rayonunun Şahbulaq kəndinin cənub şərqində iki hündür təpəni və onların ətəklərini əhatə edən arxeoloji abidə. Sahəsi 1500 m2-dir. Yaşayış yerində bünövrəsi daşdan, divarları möhrədən hörülmüş bina qalıqlarına rastlanmışdır. Yaşayış yerinin digər hissəsində iri daşlardan hörülmüş divar qalıq- ları vardır. Aşkar olunmuş keramika məmulatı çəhrayı rəngdə bişirilmiş, forma verməyən qab parçalarından ibarətdir. Keramika məmulatı Son Orta əsrlər üçün xarakterikdir[1].
İstinadlar
redaktə- ↑ "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 211