Irimeyveli Sudleyen - Wikipedia
İrimeyvəli südləyən (lat. Euphorbia macrocarpa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
İrimeyvəli südləyən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: İrimeyvəli südləyən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik, hündürlüyü 30-45 sm, gövdəsi düz, yoğun, daxili boş, adətən şırımlı olan, yumuşaq tüklü bitkidir. Gövdə yarpaqları oturaq, uzunluğu 3,7-5 sm, eni 1-1,8 sm, uzunsov-lansetvari, yarımgövdə qucaqlayan, küt və ya ucubizdir. Yuxarıdakı çiçəksaplağı qısa, 5-7 sayda, qoltuqaltlıqdakılar kimi sadə və ya iki hissəyə bölünmüşdür. Sarğısının yarpaqcıqları böyrəkvari yumrudur. Qədəhciyin dilimləri iri, dəyirmi-ellipsvari, dişli, kənarları kirpikciklidir. Qutucuğu kürəvari, diametiri 8-10 mm, silindrvarisapvari, sarı çıxıntılarla örtülmüşdür. Toxumları yumru, boz, hamar, əlavələrsizdir.
Yayılması
redaktəBöyük Qafqazın qərb hissəsinin rayonlarında aşağı dağ qurşağında yayılmışdır. Dağ meşələrində bitir.