Iraqin Dovlet Qurulusu - Wikipedia
| ||||
Şüar: | ||||
Rəsmi dil | Ərəb dili, Kürd dili | |||
Paytaxt | Bağdad | |||
Prezident | Bərham Saleh | |||
Ərazi - Ümumi - % Su |
58-cı yer 435 052 km² 1.1% | |||
Əhali - Ümumi - Əhali sıxlığı |
45-ci yer 36 004 552[1] 82,7/km² | |||
Pul vahidi | İraq dinarı | |||
Saat qurşağı | UTC +3 | |||
Internet TLD | .iq | |||
Telefon kodu | 964 |
İraqın dövlət quruluşu - 2005-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu
redaktə2005-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə İraq parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan müstəqillik günü (1932) 3 oktyabrda qeyd olunur.
İnzibati ərazi bölgüsü
redaktə18 bölgədən (mühafazatdan) ibarətdir (Əl-Anbar, Əl-Bəsrə, Əl-Müthənnə, Əl-Qədisiyyə, Ən-Nəcəf, Ərbil, Əs-Süleyməniyyə, Ət-Təmim, Bəbil, Bağdad, Dahuk, Di Qar, Diyala, Kərbəla, Meysən, Ninava, Sələhəddin, Vəsit).
Dövlət başçısı
redaktəMövcud Konstitusiyaya görə İraqın müstəqilliyinin və suverenliyinin, habelə ölkədə milli birliyin qarantı olan Prezident - Nümayəndələr Məclisi (Parlament) tərəfindən 2/3 səs çoxluğu ilə, iki dəfədən artıq olmamaq şərti ilə, 4 il müddətinə seçilir.
İraq Prezidenti Nümayəndələr Məclisi tərəfindən qəbul olunan müqavilələri və qanunları ratifikasiya edir, Baş nazirin təqdimatına əsasən əfv fərmanı imzalayır, “təntənəli və fəxri” məqsədlər üçün silahlı qüvvələrinin Ali Baş Komandanı vəzifəsini həyata keçirir.
Qanunverici hakimiyyət
redaktə5 ildən bir seçki əsasında formalaşan Nümayəndələr Məclisidir. Qanunvericilik məsələləri ilə məşğul olan 325 üzvdən ibarət Nümayəndələr Məclisi aşağı palata sayılır [2]. Nəzərdə tutulan Yuxarı Palata (İttifaq Şurası) hələ formalaşmamışdır.
Qanunvericilik hakimiyyəti ilə yanaşı İraq Prezidentinin seçilməsi, Federal Kasasiya Məhkəməsi üzvlərinin, Baş Prokurorun, Ali Məhkəmə Şurasının təklifi ilə Məhkəmə Nəzarət Komissiyasının Prezidentinin, Ordu və qərargah rəisinin təyin və təsdiq edilməsi Parlamentin səlahiyyətlərinə aiddir.
İcraedici hakimiyyət
redaktəBaş nazirin başçılıq etdiyi Hökumət (Nazirlər Kabineti) iri parlament fraksiyasından formalaşaraq icra hakimiyyətini həyata keçirir.
Yeni konstitusiyaya əsasən, dövlətin daxili və xarici siyasət kursunu həyata keçirən İraq hökumətinin idarə edilməsində Baş nazirə əlavə olaraq geniş səlahiyyətlər vermişdir.
Məhkəmə hakimiyyəti
redaktəİraqın Federal məhkəmə sistemi Ali Məhkəmə Şurası, Ali Məhkəmə, Federal Kasasiya Məhkəməsi, İctimai Prokurorluq İdarəsi, Məhkəmə Nəzarət Komissiyası, habelə digər federal və bir sıra ixtisaslaşmış yerli məhkəmələrdən ibarətdir.
Mənbə
redaktə- Герасимов О. Г. Ирак / Оформление художника Н. В. Батаева. — М.: Мысль, 1984. — 112 с. — (У карты мира). — 60 000 экз. (обл.)
- Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник). — 2000 экз. — ISBN 978-5-478-00729-4.
Istinadlar
redaktə- ↑ Embassies overseas of Republic of İraq Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine: جريدة الصباح تنشر احصائية وزارة التخطيط لعدد نفوس سكان العراق لسنة Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine
- ↑ Отчёт о командировке в Республику Ирак с 5 по 9 марта 2010 года члена ЦИК России Сиябшаха Магомедовича Шапиева Arxivləşdirilib 2011-11-22 at the Wayback Machine Новости ЦИК России