Iranda Prezident Seckileri 2024 - Wikipedia
İranda prezident seçkiləri — İran prezidentini müəyyən etmək üçün 2025-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri idi. Lakin İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölməsi ilə növbədənkənar prezident seçkiləri təyin olunmuşdur. Seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirilmiş, birinci turda heç bir namizəd səs çoxluğu qazana bilmədiyi üçün 5 iyul 2024 tarixində ən çox səs almış Məsud Pezeşkian və Səid Cəlili arasında seçkilərin ikinci turu keçirilmişdir. Seçkilərdə Məsud Pezeşkian qalib gəlmişdir.[1] O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır.
← 2021 Növbəti → | ||||
İranda prezident seçkiləri | ||||
---|---|---|---|---|
| ||||
Seçici fəallığı | 39.93% (birinci tur) 49.68% (ikinci tur) | |||
Namizəd | Məsud Pezeşkian | Səid Cəlili | ||
Partiya | bitərəf | bitərəf | ||
İttifaq | İslahatçılar | Prinsipçilər | ||
Səslər | 16,384,403 (54.76%) |
13,538,179 (45.24%) |
||
Məsud Pezeşkian • Səid Cəlili | ||||
| ||||
Nəticə | Məsud Pezeşkian İran Prezidenti seçilmişdir. |
Zəmin
redaktə19 may 2024-cü ildə Azərbaycan–İran sərhədində İran Prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyev Qız Qalası su anbarı hidroqovşağının açılışında iştirak etdilər.[2] İrana geri dönən Rəisini və digər 7 nəfəri daşıyan helikopter Bakı vaxtı ilə günorta saat 13:30-da Qərbi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisində qəzaya uğradı.[3][4][5] Eyni gün helikopterin qəzaya uğradığı yer təyin edildi, helikopterdəki hər kəs ölü halda tapıldı.[6] Hadisədən sonra İran Konstitusiyasının 131-ci maddəsinə əsasən İran vitse-prezidenti Məhəmməd Müxbir yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərinin icraçısı vəzifələrini icra etməyə başlamışdır.[7]
Seçkilər
redaktəBirinci tur
redaktəPrezidentliyə namizəd olan və ən çox səs toplayan iki şəxs — Məsud Pezeşkian və Səid Cəlili seçki sisteminə görə ümumi etibarlı səslərin 50%-dən çoxunu toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalmışdır. Seçkilərdə Məsud Pezeşkian 10,415,991 (42.45%) səs toplayaraq birinci, Səid Cəlili isə ümumi etibarlı səslərdən 9,473,298 (38.61%) səs toplayaraq ikinci olmuşdur.[8]
İkinci tur
redaktəSeçkilərin ikinci turu 5 iyul 2024-cü ildə keçirilmişdir.[8] Seçkilərdə Məsud Pezeşkian 16,384,403 (54.76%) səs toplayaraq qalib gəlmişdir. Onun rəqibi Səid Cəlili isə 13,538,179 (45.24%) səs toplamışdır.[1] 28 iyul 2024-cü ildə Pezeşkian prezident səlahiyyətlərinin icrasına başlamışdır.[9]
İstinadlar
redaktə- ↑ 1 2 Cassini, Farnaz; Vinograd, Cassandra. "Reformist Candidate Wins Iran's Presidential Election". The New York Times. 5 July 2024. 6 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2024.
- ↑ Hafezi, Parisa. "Helicopter carrying Iranian President Raisi crashes, search under way". Reuters. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
- ↑ "Thousands at Iran president's funeral procession". BBC. 21 May 2024. 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2024.
- ↑ Xoing, Yong; Rabbane, Teele. "Live updates: Iran's President Raisi killed in helicopter crash". CNN (ingilis). 20 May 2024. 26 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2024.
- ↑ Makoii, Akhtar; Abrahams, Jessica; Smith, Benedict; Zagon, Chanel. "Search for Iranian president Ebrahim Raisi's helicopter complicated by rain". The Telegraph (ingilis). 19 May 2024. ISSN 0307-1235. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
- ↑ "Iran president helicopter crash live updates: President Ebrahim Raisi dies - state TV". BBC News (ingilis). 19 May 2024. 11 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
- ↑ "Constitution". en.mfa.ir. 12 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
- ↑ 1 2 Gambrell, Jon; Karimi, Nasser. "Iran to hold runoff election with reformist Pezeshkian and hard-liner Jalili after low-turnout vote". Associated Press. 29 June 2024. 29 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2024.
- ↑ "Iran's Khamenei formally grants Masoud Pezeshkian presidential powers". Agence France-Presse (ingilis). The Hindu. 2024-07-28. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.