Iran Misirinin Tarixi - Wikipedia
İran_Misirinin_tarixi - Haqqında Məlumat
İran Misiri və ya Fars Misiri — İran dövlətlərinin Misir ərazisini idarə etdiyi tarixi dövr. İran Misirinin tarixi üç dövrə bölünür:
- Əhəməni Misiri (e.ə. 525–404 və e.ə. 343–332 BC) — müstəqillik intervalı ilə bölünmüş, Əhəmənilər dövləti hakimiyyətini əhatə edən iki tarixi dövr. Onlar:
- İyirmi yeddinci sülalə (e.ə. 525–404), həmçinin Birinci Misir satraplığı.
- Otuz ikinci sülalə (e.ə. 343–332), həmçinin İkinci Misir satraplığı.
- Sasanilərin Misirə yürüşü (619–629) — Sasanilər imperiyasının Misiri işğal etdiyi dövr. Həmçinin, Sasani Misiri də adlanır.
Qədim Misir zəngin bir dövlət idi və farslar min ildən çox bir müddət idi ki, arzulayırdı. Misir Əhəmənilər dövləti tərəfindən iki dəfə fəth edilmiş, ancaq sabit və güclü Ptolemeylər krallığı, daha sonra isə Roma imperiyası Yunan-Roma və Bizans dövrlərində farsları Misirdən uzaq tuta bilmişdir. Ekspansionist fikirlərə malik Sasani şahı II Xosrovun sərkərdəsi Fərruxan Şəhrvaraz Bizans imperiyasının problemli vaxtlarından istifadə edərək Misiri qısa bir müddət zəbt etmişdir (619–629).[1]
İstinadlar
redaktə- ↑ Furne, Jan-Lük. Persians in Egypt // The Encyclopedia of Ancient History (ingilis). 2012. doi:10.1002/9781444338386.wbeah07074. ISBN 9781444338386.