Iran Kommunist Partiyasi - Wikipedia
İran Kommunist Partiyası (fars. حزب کمونیست ایران, Hezbe kommuniste İran) — 1920-ci ildən 1930-cu ilin sonuna qədər İranda fəaliyyət göstərən siyasi partiya.
İran Kommunist Partiyası | |
---|---|
Sədri | Tağı Ərani |
Quruluş tarixi | 1917 |
Dağılma tarixi | 1921 |
İdeologiya | marksizm-leninizm |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəİranda marksist hərəkatı XIX əsrin sonlarında meydana çıxdı. Bu cür dəyişiklik ölkənin feodalizmdən kapitalizmə keçid etməyə başlaması və fəhlə sinfinin sayının sürətlə artması ilə bağlıdır. Şimali İranda sosiaɬ-demokrat hərəkatının mərkəzi oldu. Şimali İrana marksisizm Azərbaycan SSR-dən nüfuz etmişdir. 1920-ci ilin iyun ayında Ənzəlidə keçirilən "Ədalət" sosial-demokrat partiyasının qurultayında kommunist partiyasının əsası qoyuldu və Ədalət partiyası İran Kommunist Partiyası adlandırıldı. Partiyanın formalaşmasında Gilan Sovet Respublikasının elan edilməsi də mühüm rol oynadı.
Partiyanın ilk proqramında kommunistlərin qarşısında 1919-cu il İngilis-İran müqaviləsinin ləğv edilməsi, İranın xarici dövlətlərdən azad edilməsi, monarxiyanın ləğvi, torpaq islahatlarının keçirilməsi və iri feodal torpaq sahibliyinin ləğvi vəzifələri qoyulurdu.[1]
Partiyanın mövcud olduğu ilk mərhələdə sol radikal mövqeyi tutmuşdur. Partiya ölkədə dərhal sosialist inqilabının həyata keçirilməsi şüarını irəli sürür, fəal şəkildə İslam əleyhinə təbliğat aparır, bütün mülkədarların torpaqlarının müsadirəsini tələb edirdi. 1920-ci illərdə İKP MK-nin tərkibinin dəyişilməsi nəticəsində partiyanını istiqaməti də daha mülayim oldu. Partiyanın baş katibi Məşrutə inqilabının liderlərindən biri - Heydər xan Əmu-oğlu seçildi. 1938-ci ildə İKP-nin rəhbərliyi altında "53-lər prosesi" təşkil edildi. 1940-cı ildə Tağı Ərani türmədə öldürüldü.
İKP-nin azadlıqda qalan üzvləri İran Xalq (Tudə) Partiyasının tərkibinə daxil oldular. Tudə Partiyası 29 sentyabr 1941-ci ildə yaradılmış və İKP-nin varisi olmuşdur.
İKP rəhbərləri
redaktə- Avetis Sultanoviç Sultan-Zadə — MK baş katibi (iyun-oktyabr 1920)
- Heydər-xan Əmu-oğlu — MK-nin baş katibi (1920-1921)
- Seyid Cəfər Pişəvəri — MK-nin ilk katibi (1929-cu ildən)
- Tağı Ərani (1934-cü ildən)
İstinadlar
redaktə- ↑ "Тезисы о социально-экономическом положении Персии и тактике Иранской коммунистической партии «Адалет». Январь 1921 года". 2010-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.