Iran Air - Wikipedia
{{şirkət|loqotipi=} İran Air (Farsca yazılışı: ایران ایر, İranın daxilində هواپیمایی ملی ایران/Havāpeimāī-ye Mellī-ye Irān; “İran Milli Hava Yolları”, abr: هما/Homā, Azərbaycan dilinə “İran İslam Respublikası Hava Yolları” və ya “İran Hava Yolları” olaraq da tərcümə oluna bilər), İran İslam Respublikasının dövlət hava yolları şirkətidir. Mərkəzi Mehrabad Beynəlxalq Hava Limanındadır.
Tarixçə
redaktə1946-cı ildə İran Hava Yolları (Farsca yazılışı: ایرانین ایرویز) olaraq quruldu. Nəqliyyat nazirinin təklifi 10 fevral 1961-ci ildə qəbul edildi və 24 fevral 1954-cü ildə qurulan Fars Hava Xidməti (پرشین ایرسرویسز) ilə birləşdirilərək İran Milli Hava Yolları Korporasiyası (شرکت هواپیمایی ملی ایران/Sherkat-e Havāpeimāī-ye Mellī-Ir) adı ilə milliləşdirilib. Yeni hava yolları 1962-ci ilin aprelindən fəaliyyətə başladı.
1964-cü ildə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA), 1983-cü ildə isə Dünya Turizm Təşkilatına qoşulub. Yalnız iqtisadi sinf (ekonom klass) ilə işləmiş və Homa sinfi (Business class) 1993-cü ildə əlavə edilmişdir. Hava gəmisində içki içməyə icazə verilmir və içki içilə bilməz.
Loqo
redaktəBirləşmədən bəri, loqo kimi Persepolisdəki Griffon هما/Homā; (Huma quşu) adı ilə istifadə olunur. Eyni zamanda, şirkətin adı هواپیمائی جمهوری اسلامی ایران -nın baş hərfləri H + M + A hərflərindən meydana çıxan və abreviaturasının da هما/Homā olmasına görə HOMA ləqəbi ilə tanınır. Əlindəki təyyarələrin burun hissəsinə هما yazısı yapışdırılır.
Törəmə şirkətləri
redaktə- İran Hava Yükləri (Iran Air Cargo)
- İran Hava Turları (Iran Air Tours): 1973-cü ildə qurulan bir hava yolu şirkətidir.
- Homa Turizm Mərkəzi (Homa Tourism Center)
- Homa Hotel Group: Tehran, Şiraz, Bəndər-Abbasda bir və Məşhəddə iki oteli fəaliyyət göstərir. Məşhəddəki iki otelindən birindən başqa hamısı 1979-cu ildən əvvəl tikilmişdir