Irakli Metaksa - Wikipedia
İrakli Metaksa (1889, Batum – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik.
İrakli Panaitoviç Metaksa | |
---|---|
Ираклий Панаитович Метакса | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Batumi |
Vəfat tarixi | |
Vəfat yeri | Ağcaqum səhrası, Türkmənistan |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Panait Metaksa |
Həyatı
redaktəİrakli Metaksa 1889-cu ildə Batumidə, Pont yunanlarının ailəsində anadan olmuşdu. Ailəsi əslən Yunanıstanın qərbində yerləşən Kefaloniya adasının Metaksata kəndindən idi. Gimnaziyada oxuyarkən onda inqilabi düşüncələr formalaşmış, polis təqibindən qurtulmaq üçün bir müddət Odessada yaşamışdı. 1908-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulmuş, Tbilisi, Krım və Uralda inqilabi fəaliyyətdə olmuşdur. 1913-cü ildə Bakıya köçmüşdür. Natiqlik qabiliyyəti yüksək inkişaf etmiş biri idi. Restoran və hotel işçiləri həmkarlar birliyinin katibi seçilmişdi. 1917-ci ildə yaranan Bakı kommunasında Stepan Şaumyanın və Prokofi Caparidzenin şəxsi cangüdəni olmuş, bankların milliləşməsi ilə məşğul olmuşdu. İrakli Metaksa 1918-ci ildə ingilislər tərəfindən başı kəsilərək edam olunub.