Irade Rovsen - Wikipedia
İradə Rövşən — Azərbaycanlı memar alim, AMEA Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri, Azərbaycan Memarlar İttifaqının üzvü.
İradə Rövşən | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Zaqatala şəhəri |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Azərbaycan→Şəki şəhəri |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Memarlıq |
Elmi dərəcəsi | Memarlıq üzrə fəlsəfə doktoru |
Elmi adı | Laboratoriya rəhbəri |
İş yeri | Azərbaycan MEA AMEA Şəki Regional Elmi Mərkəzi |
Təhsili | Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlıq fakültəsi |
Mükafatları | Şəki Şəhər İcra Hakimiyyətinin "ilin adamı" mükafatı (2008), AMEA-nın Fəxri Fərmanı (2012) |
Həyatı
redaktəİradə Rövşən qızı Abdullayeva (Məmmədova) 15 may 1968-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur (1990), Azərbaycan Memarlar İttifaqının üzvüdür (2013).
İradə Abdullayeva 1975-1985-ci illərdə Zaqatala şəhərindəki 2 saylı rus orta məktəbində orta təhsil almışdır. X sinifdə oxuyanda həm də Leninqrad (İndiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunun hazırlıq kursunu qiyabi bitirmişdir. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə qurtararaq ali təhsil almışdır. Əmək fəaliyyətinə 1991-ci ildə Şəki şəhərindəki AMEA Şəki Regional Elmi Mərkəzində başlamışdır. 1998-ci ilədək burada laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1998-2004-cü illərdə Sankt-Peterburq şəhərində yaşayıb işləmiş və 2004-cü ildə yenidən Şəkiyə qayıdıb AMEA Şəki Regional Elmi Mərkəzində əvvəlki işinə davam etmişdir.
Əmək fəaliyyəti
redaktəŞəki Regional Elmi Mərkəzində işləyəndə kollektivin böyük hörmətini qazanmış İradə xanımın bilik və bacarığı alimlərin də nəzərindən qaçmamış və ona elmi iş üzərində fəaliyyətini davam etdirməyi tövsiyə etmişlər. Ounn tədqiqatçılıq qabiliyyətini nəzərə alan AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurası “Şəki yaşayış evlərinin interyeri” mövzusunu İradə Rövşən üçün dissertasiya mövzusu kimi təsdiq etmişdir. Böyük maraqla və həvəslə tədqiqatçılıq fəaliyyətinə başlayan dissertant bu çətin və maraqlı mövzunun öhdəsindən layiqincə gəlmişdir. Onun apardığı tədqiqatın elmi yeniliyi və aktuallığı Dissertasiya Şurasının üzvlərindən yaradılmış komissiya tərəfindən verilmiş rəydə yüksək qiymətləndirilmişdir və İradə Rövşən 2007-ci il dekabrın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında “Şəki yaşayış evlərinin interyeri” mövzusunda dissertasiya müdafıə edib memarlıq namizədi (memarlıq üzrə fəlsəfə doktoru) adına layiq gorülmüşdür. Elmı dərəcə aldıqdan sonra, ŞREM-in rəhbərliyi tərəfindən vəzifədə irəli çəkilərək, elmi katıb təyin edilmiş və 2013-cü ilədək bu vəzifəni icra etmişdir. 2013-cü ildən ömrünün son günlərinədək isə Mərkəzdə Folklorşünaslıq və El Sənətləri laboratoriyasının rəhbəri olmuşdur.
2008-ci ildə İradə Rövşənin “Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin axırı-XX əsrin əvvəlləri)” kitabı çapdan çıxmışdır. Eyni zamanda, İradə xanımın işlədiyi müddətdə respublikamızda, eləcə də xarici ölkələrdə çoxsaylı elmi məqalələri dərc olunmuşdur.
İradə Rövşən təkcə yiyələndiyi ixtisas olan memarlıqla maraqlanmırdı, O, həm də yaxşı folklorşünas idi, məhz buna görə də Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratotiyasına rəhbərliik ona həvalə edilmişdi. Milli folklorumuzla bağlı onun fikirləri uzun illər folklorla məşğul olan mütəxəssislərin belə təəccübünə səbəb olurdu. Mərkəzdə memarlıq və folklorşünaslıq haqqında dərc edilən bütün kitablarda İradə xanımın əməyi özünü büruzə verirdi. Vaxtaşırı Onun respublikamızda və ölkəmizin hüdudlarından xaricdə çap olunan məqalələri hamının marağına səbəb olurdu. İradə Rövşən yerli mətbuat orqanı Şəki bələdiyyəsi (qəzet)i ilə uzun müddət əməkdaşlıq etmiş, qəzetin bütün saylarında çap olunan elmi-puplisistik məqalələri ilə oxucuların böyük rəğbətini qazanmışdır.
Əsas elmi nailiyyətləri
redaktə- “Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin sonu XIX əsrin əvvəlləri)” Bakı: “Elm”, 2008.- 152 s.(Kitab - Azərbaycan və rus dillərində)
- "Balakən-Şəki bölgəsinin folklor və el sənətləri nümunələrinin toplanması və tədqiqi."
Mükafatları
redaktə- 2008-ci ildə İradə Rövşən Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən elmin inkişafına göstərdiyi xidmətlərə görə “İlin qalibi” adına layiq görülmüşdür.
- 2012-ci ildə Şəki Regional Elmi Mərkəzinin 40-illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Fəxri fərmanla” təltif olunmuşdur.
Elmi əsərləri
redaktə- Интерьер народного жилья г. Шеки, значение его традиций в формировании личности человека. Баку, Урбанизм. №8, 2005, с. 127-133.
- Блеск родного стиля. Известия педагогического университета №2; Баку, АГПУ, 2005, с. 440-446.
- Дом-музей М.Ф. Ахундова. Memarlıq, şəhersalma tarixi və berpası. ŞBMA. Баку, toplu № 5, c. 105-109.
- Из прошлого в настоящее. Tedqiqler.: № 1, Баку, 2005, с. 329-336.
- О бухаре, меджвеи и подносах. Tedqiqler.: №3, Баку, 2004, с. 285-290.
- Еще раз заглянем в зеркала. Фольклор и этнография.: 2004, № 03, с. 28-31.
- Джеджим. Elm ve həyat.: № 6, Баку, 2004, с. 33-34.
- İki əsrin yadigarı. Elm və həyat.: № 1-1, Bakı, 2002, səh. 20-21.
- Об интерьере жилых домов города Шеки. Фольклор и этнография.: Баку, 2004, № 04, стр. 67-71.
- Вышивка «тякалдуз» в интерьере шекинского жилья. Фольклор и этнография.: Баку, 2005, № 02, с. 64-69.
- Güzgülərə bir də baxaq. Qobustan.: Bakı, № 2, 2005, с. 38-40.
- Дом усты Юсифа Гаджи Лятиф оглы. Урбанизм. Баку.
- Şəkinin qədim və çağdaş həyət hasarları, darvazaları. Folklor və Etnoqrafiya.:2008, № 3-4, səh. 82-88.
- Şəki. Gələrsən-görərsən.: 2008,
- Tarixi yaradan və yaşadan daşlar. Folklor və Etnoqrafiya.:2009, № 2, səh. 53-58.
- Dahilərin ömür yolu (oçerklər, xatirələr). Tərtibçilər: Zəkəriyyə Əlizadə, İradə Rövşən. Bakı: “Elm və təhsil”, 2010, 416 səh.
- Canlı muzeylər. Folklor və Etnoqrafiya.:2011, № 02, səh. 22-26
- Şəki özü bir memarlıq abidəsidir. Folklor və Etnoqrafiya.:2012, № 01, səh. 61-66
- Şəki. Qobustan.: Bakı, № 1, 2012
- Градостроительство и архитектура г.Шеки в период развития шелководства (XVIII-XX в.в.). Фундаментальные и прикладные проблемы науки. М.: РАН, 2012 г.
- Şəki Regional Elmi Mərkəzi: tarixə çevrilən 40 il. “Apostroff”, Bakı-2012. (kitabın həmmüəllifi)
Elmi məqalələri
redaktə- «Bədii-estetik təfəkkurun formalaşmasi vacibdir» – “Şəki fəhləsi”. qəzeti. № 78(10,747) 1991.
- «Memarliq ənənələrini davam etdirək» – “Şəki fəhləsi” qazeti. 23.02.1991.
- «Cecim» – Elm və həyat.:Bakı, №6, 2004.
- «Блеск родного стиля». – Pedaqoji Universitetin Xəbərləri №2; Bakı, ADPU, 2005.
- "Şəki Bələdiyyəsi" qəzetində dərc olunmuş elmi-publisistik məqalələri
Mənbə
redaktə- AMEA Arxivləşdirilib 2014-12-08 at the Wayback Machine
- Şəki ensiklopediyası
- AMEA Şəki Regional Elmi Mərkəzi Arxivləşdirilib 2014-12-08 at the Wayback Machine
- ŞREM Arxivləşdirilib 2014-12-09 at the Wayback Machine
İstinadlar
redaktə- Şəkinin elmi ictimaiyyətinə ağır itki üz verib Arxivləşdirilib 2014-12-08 at the Wayback Machine
Xarici keçidlər
redaktə- "ŞƏKİ YAŞAYIŞ EVLƏRİNİN İNTERYERİ (XVIII ə.sonu- XX ə.əvvəlləri)" Arxivləşdirilib 2014-12-09 at the Wayback Machine
- "UCALDAN VƏ YAŞADAN DAŞLAR" Arxivləşdirilib 2014-12-08 at the Wayback Machine
- "Din ayrı, dövlət ayrı..." Arxivləşdirilib 2014-09-02 at the Wayback Machine
- "Daş. kərpic, taxta." Arxivləşdirilib 2014-12-08 at the Wayback Machine
- "İpəkçiliyin Şəki memarlığına təsiri" Arxivləşdirilib 2014-09-15 at the Wayback Machine