Iohann Qottfrid Herder - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Johann Qottfrid Herder (25 avqust 1744[1][2][…] – 18 dekabr 1803[1][2][…], Veymar, Saksen-Veymar[d], Müqəddəs Roma imperiyası[1][3][…]) — Alman tarixçisi, filosofu, şair.
İohann Qottfrid Herder | |
---|---|
alm. Johann Gottfried Herder | |
Doğum tarixi | 25 avqust 1744[1][2][…] |
Vəfat tarixi | 18 dekabr 1803[1][2][…] (59 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | Təfəkkür fəlsəfəsi, dil fəlsəfəsi, siyasi fəlsəfə |
Təhsili |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yaradıcılığı
redaktəXVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, inkişafda və dinamikada olan faktlar kimi) yanaşmağa imkan vermirdi. XVIII əsr ərzində Qərbi Avropada maarifçilik hərəkatının görkəmli nümayəndələri (xüsusilə Mari Fransua Arue-Volter və Johann Qottfrid Herder) tərəfindən ümumdünya tarixinin universal təcrübələri yaradıldı. Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı təsiri, varisliyi problemləri qaldırıldı. Bu sahədə Johann Qottfrid Herderin (1744–1803) rolu böyük idi. Onun "Bəşəriyyət tarixinin fəlsəfəsinə dair ideyalar" (1784–1791) adlı əsərində bəşəriyyətin bütün tarixi inkişaf yolunu nəzəri cəhətdən təhlil etmək cəhdi göstərildi. Y. Herder hesab edirdi ki, tarixi inkişaf prosesinin başlıca mənbəyi mədəniyyətdir. Herder tarix elminin əsas vəzifəsini mədəniyyətin tədqiq olunmasında görürdü. O, dini və mənəvi yaradıcılığın bütün növlərini, insanların təsərrüfat fəaliyyətini, ictimai münasibətləri mədəniyyətin başlıca elementləri kimi tədqiq edirdi. Y. Herder qədim Şərq xalqlarının əski dövrlərdə yüksək mədəniyyətə malik olduqlarını sübut edir və etiraf edirdi ki, elmi biliklərin, astronomiyanın ilk elementləri məhz Şərq ölkələrində yaranmışdır. O, ərəb (müsəlman) mədəniyyətinin Qərbi Avropa mədəniyyətinə böyük təsirini xüsusilə qeyd edirdi. Herder mədəniyyətin inkişafının başlıca əsasının şəhərlərdə olduğunu göstərirdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Банникова Н. П. Гердер // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Гердер Иоганн Готфрид // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.