Iohann Anton Guldenstedt - Wikipedia
İohann_Anton_Güldenştedt - Haqqında Məlumat
İohann Anton Güldenştedt[1] (alm. Johann Anton Güldenstädt, rus. Иога́нн Анто́н Гюльденште́дт; 26 aprel (7 may) 1745, Riqa – 23 mart (3 aprel) 1781, Sankt-Peterburq) — təbiətşünas, həkim, Rusiya Elmlər Akademiyasının[2] akademiki (1771).[1] 1768-ci ildə elmi ekspedisiyalarda iştirak etmək üçün Rusiyaya dəvət olunmuşdu.[1] 1768-1775-ci illərdə Volqa və Don çaylarının yuxarı axarlarını, Şimali Qafqazı, Kür və Rioni çaylarının vadilərini tədqiq etmişdi.[1] Tədqiqatlarında XVIII əsrin II yarısında Ukrayna və Qafqazın təbiəti, əhalinin məişəti, Azov və Krımın tarixi, gürcü hökmdarlarının şəcərəsi və sairə haqqında geniş məlumat verilir.[1]
İohann Anton Güldenştedt | |
---|---|
alm. Johann Anton Güldenstädt | |
Doğum tarixi | 26 aprel (7 may) 1745 |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart (3 aprel) 1781 (35 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | səpmə yatalaq |
Elm sahələri | botanika, zoologiya, dilçilik |
Elmi adı | |
İş yeri | |
Elmi rəhbəri | Peter Simon Pallas |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Ҝүлдeнштeдт, сəhифə 116. // Азәрбајҹан Совет Енсиклопедијасы. VI ҹилд: Куба – Мисир. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1982, 608 сəhифə.
- ↑ 1747–1803–cü illərdə rəsmən "Sankt-Peterburqda İmperator Elm və İncəsənət Akademiyası" adlanırdı.