Inna Osipenko Radomska - Wikipedia
İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — Ukrayna və Azərbaycanı təmsil edən kanoeçi. Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London Olimpiadalarına qatılıb və bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində isə Rio-de-Janeyro Olimpiadasında qüvvəsini sınayan İnna Osipenko-Radomska bürünc medal qazanıb.
İnna Osipenko-Radomska | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | İnna Vladimirovna Osipenko | |||||||
Vətəndaşlığı |
Ukrayna (1999—2014) → Azərbaycan (2014—2016) |
|||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | Xerson, Ukrayna SSR | |||||||
Boyu | 166 sm. (5 ft 6 in) | |||||||
Çəkisi | 63 kq | |||||||
İdman növü | Kanoe sprint | |||||||
Karyera illəri | —2016 | |||||||
Medallar
|
||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktə1999-cu il:
redaktəİnna Osipenkonun birinci beynəlxalq turniri 1999-cu ilin 22–25 iyulunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[1] İnna Osipenko bu çempionatda K2–500 və K4–500 turnirlərində mübarizə apardı.[1] Əvvəlcə K4–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvləri 1:42.446 dəqiqə nəticə göstərdi və final mərhələsini doqquz yığma sırasında beşinci pillədə başa vurdu.[1] Daha sonra isə K2–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvü 1:52.984 dəqiqə nəticə göstərdi və bu səfər də final mərhələsini doqquz idmançı sırasında beşinci pillədə başa vurdu.[1]
2001-ci il
redaktə18 yaşlı İnna Osipenko 2001-ci ilin 22–26 avqustunda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Bu onun Dünya Çempionatlarında debütü idi. İnna Osipenko bu çempionatda K4–500 və K4–1000 turnirlərində mübarizə apardı.[2] Avqustun 22-də baş tutan K4–500 turnirinin təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Anna Balabanova, İnna Osipenko, Nataliya Fexlisova və Tatyana Semıxinadan ibarət yığma 1:42.395 dəqiqə nəticə göstərdi və qrupu üçüncü pillədə başa vurdu.[2] Bununla da yığma turnirin final mərhələsinə vəsiqə qazandı.[2] Avqustun 26-da baş tutan final mərhələsində isə yığma 1:38.926 dəqiqə nəticə göstərdi.[2] Bu nəticələrə əsasən yığma Dünya Çempionatını dördüncü pillədə başa vurdu.[2]
K4–1000 turnirində isə yığma medala sahib oldu.[2] Avqustun 22-də baş tutan təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Anna Balabanova, İnna Osipenko, Nataliya Fexlisova və Tatyana Semıxinadan ibarət yığma 3:30.962 dəqiqə nəticə göstərdi və qrupu birinci pillədə başa vurdu.[2] Bununla da yığma turnirin final mərhələsinə vəsiqə qazandı.[2] Avqustun 25-də baş tutan final mərhələsində isə yığma 3:25.296 dəqiqə nəticə göstərdi.[2] Bu nəticələrə əsasən Macarıstan və Polşa yığmalarından sonra üçüncü pillədə qərarlaşan yığma Dünya Çempionatının bürünc medallarına sahib oldu.[2] Bu 18 yaşlı İnna Osipenkonun beynəlxalq turnirlərdə birinci ciddi uğuru idi.
Nəticə
redaktə- q — Növbəti mərhələyə adladı
- Q — Birbaşa final mərhələsinə adladı
- DNF — Bitirmədi
- DNS — Yarışmadı
- DSQ — Kənarlaşdırıldı
Gənclərin Dünya Çempionatı | Xorvatiya | K4–500 | |||||||||
K2–500 | |||||||||||
Dünya Çempionatı | Polşa | K4–500 | |||||||||
K4–1000 |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 International Canoe Federation. "1999 ICF Junior Canoe Sprint World Championships — Results" (PDF). www.canoeicf.com ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 International Canoe Federation. "2001 ICF Canoe Sprint World Championships — Results" (PDF). www.canoeicf.com ( (ing.)). 22.08.2022. 2022-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.