Injic Cuqun - Wikipedia
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi.
İnjiç-Çuqun | |
---|---|
abq. Йынджьыгь-ЧӏкІвын kab.-çərk. Инджыдж цӏыкӏу qaraç.-balk. Гитче Инджик | |
44°03′32″ şm. e. 41°47′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1861 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 700 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 369416 |
Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir.
Coğrafiya
redaktəKənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir.
Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez.
Kənd respublikanın dağətəyi zonasında yerləşir. Relyefi əsasən nisbi yüksəkliklərdə kəskin dəyişikliklər olan dağlıq ərazidir. Kəndin şərqində dağ silsilələri tədricən yüksəlməyə başlayır. Nisbi yüksəkliklərin hündürlük fərqləri 500 metrdən çoxdur. Kənddə orta hündürlük dəniz səviyyəsindən 672 metr yüksəkdir. Ərazinin ən yüksək nöqtəsi kəndin şərqində yerləşən Elburqan-Ahua dağıdır (1,262 m).
Ətraf silsilələrin yuxarı hissəsini meşələr və əkin sahələri tutur. Aşağı hissələr əsasən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur.
Hidroqrafik şəbəkə əsasən Kiçik Zelençuk çayı ilə təmsil olunur. Kənd ərazisində Kiçik Zelençukun bir neçə kiçik sağ qolu vardır.
İqlimi mülayimdir. Rütubətli, isti yaya və sərin qışa sahibdir. Orta illik temperatur + 9.5 ° C-dir. Ən soyuq ay yanvar (orta aylıq temperatur 1.5 ° C), ən isti isə iyuldur (+ 20.0 ° C). Şaxtalar noyabrın ortalarında başlayır və aprelin ortalarına qədər davam edir. Orta illik yağıntının miqdarı 800 mm təşkil edir. Yağıntıların əsas hissəsi may-iyul ayları arası düşür.
Əhali
redaktə- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[2]:
xalq | say, nəf. (2010) |
ümumi əhaliyə olan nisbət, % (2010) |
---|---|---|
abazinlər | 2 468 | 95,2 % |
adıqlar | 92 | 3,6 % |
digərləri | 32 | 1,2 % |
ümumi | 2 592 | 100 % |
Təhsil
redaktəOrta ümumtəhsil məktəbi - Lenin k., 50.
Məktəbəqədər müəssisə, «Amra» uşaq bağçası - Şkolnaya k., 52.
Səhiyyə
redaktəMərkəzi poliklinika - Lenin k., 76.
Mədəniyyət
redaktəKənddə «Alaşara» beynəlxalq abazin ictimai təşkilatı fəaliyyət göstərir.
Kənd Mədəniyyət Evi - Lenin k., 1.
Kənd kitabxanası - Lenin.
İstinadlar
redaktə- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.