Ingiltere Iran Muharibesi - Wikipedia
İngiltərə-İran müharibəsi (1856–1857) — İngilislərin Orta Şərqi və Mərkəzi Asiyanı işğal etmək məqsədi ilə apardığı müharibə.
İngiltərə-İran müharibəsi | |
---|---|
Tarix | 1 noyabr 1856 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Onun başlamasına, İranda hakimiyyətdə olan Qacarlar sülaləsinin vassalı olan Herat xanlığının İrana birləşdirilməsi cəhdi bəhanə oldu. Herat, Hindistandan, İrandan, Xivədən, Buxaradan və Kokanddan gələn yolların qovşağında olduğundan, ingilis müstəmləkə planlarında çox vacib yer tuturdu. Eyni zamanda, Herat kəskin iran-əfqan qarşıdurmasının mövzusu idi.
1 noyabr 1856-cı ildə İrana müharibə elan edərək, İngiltərə Fars körfəzinə 45 gəmidə 10 min əsgər göndərdi. 4 dekabrda ingilislər Harq adasını zəbt etdi; ingilis qoşunlarının Xəlili buxtasına desantı başladı; dekabrın 10-da bu qoşunlar qurudan hucum etdilər və gəmi artilleriyasının dəstəyi ilə Buşehri aldılar. İngilislərin Şiraza nümayişkaranə yürüşü İran ordusu tərəfindən 1857-ci ilin fevralında, Huşab yanında dayandırıldı. Lakin ingilis baş komandanlığı əsas qüvvələrin Mühəmmərdən (Xürrəmşəhr) Şüştərə və Tehrana hərəkətini nəzərdə tutmuşdu. Martda ingilislər Mühəmməri, aprelin 1-də isə Əhvazı aldılar.
İngilis qoşunlarının Tiryək müharibələri ilə əlaqədar Çinə göndərilməsi, Hindistanda başlayan Sipahilər üsyanı, İranın Fransa və Rusiya tərəfindən diplomatik dəstək alması İngiltərəni hələ 1857-ci il martın 4-də, müharibənin qızğın çağında sülh sazişi bağlamağa məcbur etdi. İngilis — İran sazişi barədə xəbər Parisdən aprelin əvvəlində çatdı. Bu müharibədə İran öz hərbi və iqtisadi geriliyinə görə məğlub oldu.
Mənbə
redaktə- Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 1 səh.180