Indium - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | indium, In, 49 | |||||
Qrup, Dövr, Blok | 13, 5, p | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 114.818 q/mol | |||||
Elektron formulu | [Kr] 4d10 5s2 5p1 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 156.5985 °C (429.7485 K, 313.8773 °F) | |||||
Qaynama temperaturu | 2072 °C (2345 K, 3762 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
İndium (In) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 49-cu element. 1863-cü ildə F. Reyx və T. İ. Rixter tərəfindən sfalerit (ZnS) mineralında spektral üsul ilə kəşf olunmuşdur. Onlar spektrdə Hindistandan gətirilmiş qədim boyaq indiqonun iki parlaq rəng xəttini aşkar etmişlər. Yeni element indium adlandırılmışdır. Gördüyümüz kimi onun adı dolayısı ilə Hindistan ilə əlaqədardır. Həmin kimyaçılar az miqdarda bəsit maddə — indium metalını da ayırmışdılar. İndiumun ekvivalentini müəyyən etdikdən sonra D. İ. Mendeleev inandırıcı olaraq sübut etdi ki, bu elementin yeri beşinci dövrdə və III qrupda və yaxın keçmişdə boş qalmış xanadadır.
İndiumun başlıca nuklidi təbiətdə nisbi miqdarına görə 115In-dur (95.71%). Bu radionuklid nəhəng yarımparçalanma dövrünə malikdir: T1/2=4.4∙1014(440 trilion) il. Yer mövcud olduğu dövrdən onun cəmi 7∙10–4 % nüvəsi parçalanmışdır. Bu nuklidin bir molunda bir saniyədə 30 parçalanma baş verir.
İndiumun yer qabığında miqdarı gümüşün miqdarına nəzərən üç dəfədən də artıq çoxdur, amma xüsusi flizləri olmadığından onun sənaye istehsalı məhduddur.
Metal kimi indium olduqca yumşaqdır, bütün metalların ən yumşağıdır, adi temperaturda su ilə reaksiyaya girmir. Onun möhkəmliyi Brinell üzrə 9 MPa-dır, öz yumşaqlığı ilə məşhur olan qızılda möhkəmlik 220–250 MPa təşkil edir. Odur ki, indium podşipniklərin fırlanan detallarını örtmək üçün xüsusilə qiymətlidir (indium ilə örtülmüş səth yaxşı sürtülür və sürüşür).
Ərintilərə indiumun əlavə olunması onlara qeyri adi rəng verə bilər. Məsələn, gümüşü indium və polad çalarlı platin indiumun miqdarı 40% olduqda qızılı ərinti əmələ gətirir. Qalistan ərintisi (otaq temperaturunda mayedir və 21,5% indiuma malikdir) metalı şüşə ilə lehimləməyə imkan verir.
Müxtəlif qurğuların indikatorlarında göy işıqlanmanın yaranması indium birləşmələrinin istifadəsi ilə əlaqədardır. Çıxarılan indiumun yarıdan çoxu (1000 tona yaxın) mayekristallik displeylərin və işıqlanan siqnal elementlərinin istehsalında istifadə olunur.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |