Inonu Eskiseher - Wikipedia
İnönü rayonu — Türkiyənin Əskişəhər əyalətinə bağlı bir rayon. İstanbul-Əskişəhər dəmiryolu və Bozüyük-Kütahya yolunun üstündə yerləşir. Əskişəhər əyalət mərkəzindən 36 km, Biləcik əyaləti mərkəzindən 52 km və son olaraq Kütahya əyaləti mərkəzindən 63 km məsafədə yerləşir.
İnönü | |
---|---|
39°48′48″ şm. e. 30°08′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 840 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
inonu.bel.tr | |
Tarixi
redaktəRayon ərazisində ilk yerləşmə eramızdan 3500 il əvvəl xetlərin dövründən başlanmışdır. Sonrakı dövrlər də isə Friglər, Lidiyalılar, Makedoniyalılar bölgəyə hakimlik etmişlər.[1] Romalıların Anadoluya gəlişindən sonra 395-ci ildə Bizans İmperiyası torpaqları qatılmışdı. Bizans dövründə rayonun indiki yerinə, yəni qayaların önünə gətirilmiş və adının Basilika olduğu müəyyən edilmişdir.1071-ci ildə Malazgird döyüşündən sonra Səlcuqlular tərəfindən Germiyanoğullarının idarəsinə verilmişdi. Germiyanoğulları tərəfindən 1289-cu ildə hədiyyə olaraq Osmanlılara verilmişdi. Osmanlı dövründə əvvəl Anadolu əyalətinə, sonra Hüdavendigar vilayətinə bağlı, mərkəzi Biləcik olan Ertuğrul sancaqlığına bağlı Söyütlü qəzasının bir kəndi olan İnönüdə Türkiyə Qurtuluş Savaşında Birinci İnönü döyüşü və İkinci İnönü döyüşü baş vermişdir. 1920-ci ildə Yunanlar tərəfindən işğal edilən və 4 sentyabr 1922-ci ildə azad edilən İnönü kəndi 1923-ci ildə Biləcikin Söyütlü rayonuna bağlı idi. 1926-cı ildə Söyütlüdən ayrılaraq Bozüyük rayonuna bağlı kənd idi. 1963-cü ildə Əskişəhər əyalətinin mərkəzi rayonu olan Əskişəhərə bağlı kənd olan İnönü 1987-ci ildə Əskişəhər əyalətinin bir rayonuna çevrildi.[2]
İnönü rayonu 1921-ci il 9 yanvar tarixində Birinci İnönü döyüşü,1921-ci il 31 mart tarixində İkinci İnönü döyüşündə qərargahın yerləşdiyi bina təmir edilərən İnönü Savaş Muzeyi adı altında xarici və yerli turistlərin xidmətinə verilmişdi. Təvarihi Əli Osman adlı əsərdə qeyd edildiyi kimi Osman Qazi adına ilk xütbə hal-hazırda da fəaliyyət göstərən Rayon Mərkəzi Məscidində oxunmuşdur. Bununla bərabər rayonda kurqanların və tarixi əsərlərin tapıldığı müəyyən ərazilər var. Rayonun qərbində və şərqində iki ədəd su mənbəyi tapılmışdır. Şərqində tapılan quyununadı İlica olub 30 dərəcə isti olan və kükürdlü su qaynağında üzgüçülük hovuzu və camaşırxana var. Qərbindəki Pınarbaşı da turizm müəssisələrinin olduğu yerdə çıxan 27 dərəcə isti olan və eyni zamanda rayonun içməli suya olan tələbatı qarşılayan iki ədəd üzmə hovuzu motel var. İnönü rayonu hava idman oyunlarının uyğunluğuna görə Türkiyədə 1-ci, Dünya üzrə 2-ci sıradadır.[3] İnönü rayonunda turistlərin səyahət etməsi üçün xeyli sayda məkanlar mövcuddur. Bunlara İnönü mağaraları, Pınarbaşı müəssisələri, İnönü Savaş Muzeyi, Şeyx Kuddusi Türbəsi, Sultan Əlaəddin Məscidi və digərlərini misal göstərə bilərik.
Təhsil
redaktəİnönü rayon mərkəzində bir Xalq Təhsil Mərkəzi, iki İbtidai məktəb, bir Ümumi kollec, bir Anadolu Texniki və Sənaye Peşə Liseyi var. Ayrıca Aşağı Kuzfındık, Derelayak və Oklubalı kəndlərində ibtidai məktəb var. Rayonda Türk Hava Qurumuna məxsus İnönü Tədris Mərkəzi hər il yüzlərcə tələbə təhsil alır.[3]
Əhalisi
redaktəİnönü rayonunda 2014-cü il siyahıya alınmasına görə 7006 nəfər yaşayır. Bu əhalinin 50,66%-i kişi (3549 nəfər) və 49,34%-i qadındır (3457 nəfər).Statistikaya əsasən rayonda əhalinin azalması müşahidə edilir. Belə ki, 2013-cü ildə rayon əhalisi 7260 nəfər idi.[4] Ən çox əhali İsmətpaşa məhəlləsində yaşayır. Burada 1550 nəfər yaşayır. Ən az isə Yuxarı Kuzfındık kəndinə yaşayır. Burada 30 nəfər yaşayır. İnönü əhalisi islam dininə etiqad edir.[5]
Coğrafiyası
redaktəİnönü rayonu şərqdə tabeçiliyində olduğu Əskişəhər əyaləti, cənubda Kütahya əyaləti, cənub-qərb, qərb və şimaldan Biləcik əyaləti ilə əhatələnir. 1987-ci ildə təşkil edilən rayonun hal-hazırda sahəsi 358 km2-dir.[6]
İqlim və bitki örtüyü
redaktəİnönü rayonu Mərmərə, Egey və Daxili Anadolu bölgələrinin tam kəsişdiyi bir yerdə yerləşir. Bu səbəbdən müxtəlif iqlim tipi xüsusiyyətlərini özündə birləşdirən iqlimə sahibdir. Qış aylarında soyuq və yağışlı yaz ayları isə isti və quraq keçir. Yeraltı sular yer səthinə çox yaxındır və buna görə də qərbdə və şərqdə yüksək yeraltı su qaynaqları mövcuddur.
Əkinçilik və maldarlıq
redaktəİnönü rayonunun ümumi ərazisi 289 dekardır. Bu ərazinin 136.470 dekar hissəsi kənd təsərrüfatı sahəsidir. Kənd təsərrüfatı sahələrinin 57%-i sulu, 43%-i quru əkinçilikdə istifadə edilir.Rayonda ən çox istehsal edilən kənd təsərrüfatı məhsulları aşağıdakılardır: Buğda 23040 ton, Arpa 3495 ton, Noxud 350 ton, Quru lobya 73 ton, Mərci 86 ton, Şəkər çuğunduru 53075 ton, Günəbaxan 100 ton, qarğıdalı 15080 ton, adi əncir 1050 ton, yonca 3400 ton. Kənd təsərrüfatından əldə edilən illik əkinçi başına düşən orta gəlir 56854,37 Türk lirəsidir. Rayonun 1250 ailəsi kənd təsərrüfatı ilə məşğuldur. Ümumilikdə rayonun 90% əhalisi kənd təsərrüfatı ilə məşğuldur. 453 ailə isə heyvandarlıqla məşğuldur. Rayonun Aşağı Kuzfındık, Esnemez, Qünbət, Qünbət Akpınar və Qünbət Yenikənd kəndlərində ümumiləşdirmə aparılmışdır.[7] Heyvandarlıqla məşğul olan əhali əsasən İnək, camış, qoyun və keçi saxlayır, bəzi ailələr isə arıçılıqla da məşğuldurlar. Heyvandarlıqla bağlı olaraq rayon iqtisadiyyatında süd və süd məhsulları xüsusi əhəmiyyətə malikdir. Rayon yoğurt və qaymağı ilə məşhurdur. Rayon ərazisində kənd təsərrüfatı və heyvandarlıq fəaliyyətini İnönü Rayon Qida, Kənd təsərrüfatı və heyvandarlıq Müdürliyi tənzimləyir.
Sənaye şirkətləri
redaktəİnönü rayonunda fəaliyyət göstərən şirkətlər arasında məşhur Ford Otosan Otomotiv Sanayi A.Ş., Serra Seranit Granit Seramit Sanayi A.Ş., Yurtbay Seramik Sanayi A.Ş. və digərləri yer alır. Ümumilikdə bu sənaye şirkətlərində 3769 işçi işləyir.
Kəndləri
redaktə- Aşağı Kuzfındık kəndi
- Derelayak kəndi
- Dutluca kəndi
- Erenköy kəndi
- Esnəməz kəndi
- Qünbət kəndi
- Qünbət Ağpınar kəndi
- Qünbət Yenikənd kəndi
- Oklubalı kəndi
- Seyitəli kəndi
- Yuxarı Kuzfındık kəndi
- Yürükyayla kəndi
Həmçini bax
redaktəİstinadlar
redaktə- ↑ "İnönü İlçe Gıda Tarım ve Hayvancılık Müdürlüğü - İlçemiz". 2015-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-07.
- ↑ "Türkiyə Vikipediyası - İnönü, Eskişehir". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.
- ↑ 1 2 "T.C İnönü Kaymakamlığı - Kültür&Turizm". 2015-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.
- ↑ "Türkiye İstatistik Kurumu - 2013 genel nüfus sayımı verileri". 2014-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-15.
- ↑ "Nüfusu.com - İnönü nüfusu, Eskişehir". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-07.
- ↑ "T.C Eskişehir Valiliyi - İnönü ilçesi". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.
- ↑ "İnönü İlçe Brifingi 2015" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-06.