Imisli Seker Zavodu - Wikipedia
İmişli Şəkər Zavodu — Regionda ən böyük şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı edən müəssisə.[1]
İmişli Şəkər Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 2006 |
Baş qərargahın yeri | Azərbaycan, İmişli |
asib.az |
Tarixi
redaktəİmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır.[2] Dünya standartlarına cavab verən texnologiyalarla təchiz edilmiş İmişli Şəkər Zavodunun layihə və montaj işləri Almaniya, Polşa, Türkiyə və Ukrayna mütəxəssislərinin nəzarəti altında azərbaycanlı mühəndis və montaj heyəti tərəfindən həyata keçirilmişdir.[3] 23 mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun rəsmi açılış mərasimi keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı sahələrində fəaliyyət göstərir. Imişli şəkər zavodunun illik istehsl gücü 60000 tondur. Azərbaycan Şəkər İstehsalat Birliyinin fəqaliyyətə başlamsı nəticəsində 10000 lərlə insanın məşğulluğu təmin olunub. Bu gün İmişli şəhəri sənaye şəhərinə çevrilərək, əsasən şəkər zavodunun fəaliyyəti nəticəsində özünü maliyyələşdirən rayonlardan birinə çevrilmişdir. Bu gün İmişli Şəkər Zavodu bölgənin inkişafında və sənayeləşməsində mühüm yer tutur.[4]
Marketinq Konsepsiyası
redaktə- Ölkəmizin keyfiyyətli kəllə qəndə olan tələbatının qarşılanması məqsədilə 2011-ci ildən yüksək texniki və texnoloji standartlara cavab verən, müasir infrastruktur və avadanlıqlarla təchiz edilmiş İmişli Kəllə Qənd Fabrikində istehsal olunan Azərşəkər məhsulları öz keyfiyyəti və dadı ilə həqiqətən də rəqiblərindən seçilir.[5][6]
- Yüksək keyfiyyətə sahib olan Azərşəkər məhsulları öz mükəmməl dadı, unudulmaz şirinliyi, xoş görünüşü və münasib ölçüdə doğranmış və qablaşdırılmış formaları ilə qənd həvəskarlarının tələbatını ən yüksək səviyyədə ödəməyə qadirdir.
- Tam təbii və qatqısız şəkildə, həmçinin yüksək gigiyenik şərtlərə uyğun olaraq istehsal olunan Azərşəkər Kəllə Qəndlərinin əsas keyfiyyət göstəricilərindən biri də rəqiblərdən fərqli olaraq onların bəmbəyaz olmasıdır. Bu isə, Azərşəkər məhsullarının müasir texnologiya əsasında və yüksək keyfiyyətli xammalın emalı ilə əldə olunmasının əsas göstəricisidir.[7]
- Azərşəkər Qənd məhsulları hazırda daxili bazarda satışa verilməklə yanaşı Orta Asiya, Rusiya, Yaxın Şərq, Gürcüstan və s. ölkələrə də ixrac olunur.
- Azərşəkər Qənd məhsulları çesidlərində istehlakçıları düşünərək rahat istifadəli qablaşdırmalar xüsusi olaraq nəzərə alınmışdır. Azərşəkər məhsulları içərisində qidaya uyğun qablaşdırmalarda müxtəlif kəllə qənd çeşidləri mövcuddur.
- ↑ İmişli Şəkər Zavodu MDB məkanında ən böyük müəssisədir
- ↑ İMİŞLİ ŞƏKƏR ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
- ↑ "İmişli Şəkər Zavodu yeni texnoloji avadanlıqlarla təmin edilib- Foto". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
- ↑ "Jurnalistlər İmişli Şəkər Zavodunda - Fotolar". 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
- ↑ İmişli şəkər zavodu 120 min ton həcmində məhsul istehsal edib
- ↑ "İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
- ↑ İMİŞLİ ŞƏKƏR ZAVODU BEYNƏLXALQ KEYFİYYƏT SERTİFİKATI ALMIŞDIR