Ilyas Bazna - Wikipedia
İlyas Bazna[1] (türk. Elyesa Bazna, alb. Iliaz Bazna[2]), kod-adı Siseron (türk. Çiçero, alb. Ciceron, alm. Cicero; d. Priştina, Kosovo vilayəti, Osmanlı imperiyası, 28 iyul 1904 – ö. 21 dekabr 1970, Münhen, AFR) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyasına xidmət göstərmiş casus.
İlyas Bazna | |
---|---|
türk. Elyesa Bazna alb. Iliaz Bazna | |
| |
Digər adı | Siseron |
Doğum tarixi | |
Doğum yeri | Priştina, Kosovo vilayəti, Osmanlı imperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Münhen, AFR |
Vətəndaşlığı | Türkiyə |
Uşağı | 8 |
Atası | Hafiz Yazan Bazna |
Milliyyəti | Türkiyəli (alban əsilli) |
Fəaliyyəti | casus |
Tanınır | Nasist Almaniyası üçün casusluq etmək |
O vaxtlar Osmanlı imperiyası ərazisində yerləşən Priştina şəhərində anadan olan Bazna 16 yaşında ikən hərbi akademiyaya daxil olmuş, bir fransız hərbi vahidinə qoşulmuşdur. O, avtomobil və silah oğurlarkən tutulmuş və Fransadakı bir iş düşərgəsində həbs edilmişdir. Bazna Türkiyə və Fransa şəhərlərində müxtəlif peşə sahibi olmuşdur, ancaq daha sonra xarici diplomatlar və konsulluqlarda qapıçı, sürücü və keşikçi olaraq çalışmışdır. O, bir neçə dili səlis şəkildə danışa bilirdi. Türkiyənin paytaxtı Ankara şəhərindəki Böyük Britaniya səfiri Hyu Netçbull-Hyucessen 1943-cü ildə Baznanı nökər olaraq işə almışdır. Bazna orada işləyərkən Netçbull-Hyucessenin əşyaları arasındakı Böyük Britaniya Silahlı Qüvvələrinə məxsus sənədlərin şəklini çəkmiş və onları attaşe Lüdviq Karl Moyziş vasitəsilə almanlara satmışdır. Bu, tarixə Siseron işi (ing. Cicero affair) olaraq düşmüşdür.
Siseron olaraq Bazna Antihitler koalisiyası dövlətlərinin rəhbərlərinin keçirdiyi konfranslar, o cümlədən Moskva, Tehran və Qahirə konfransları barədə mühüm məlumatları faşist zabitlərə çatdırmışdır. Tehran konfransı haqda olan təfsilatlar Frenklin D. Ruzvelt, İosif Stalin və Vinston Çörçilli qətlə yetirmək üçün keçirilmiş uğursuz "Uzun sıçrayış" əməliyyatı üçün çox əhəmiyyətli idi. O, "Overlord" əməliyyatı (1944-cü ilin iyul ayında "Normandiya" əməliyyatı üçün hazırlanmış kod-ad) barədə ən yüksək təhlükəsizlik məhdudlaşdırmasına (Biqot siyahısı) malik bir sənədin də şəklini çəkmişdir. Sənəddə Böyük Britaniya səfirinin Türkiyə aviabazalarından "Overlord həyata keçirilənə qədər Şərqi Aralıq dənizindəki alman təhlükəsini aradan qaldırmaq" üçün istifadə etmək tələbini verəcəyi barədə məlumat verirdi. "Normandiya" əməliyyatı haqda olan məlumatlar almanlara müharibə sona çatana kimi naməlum idi. Sənədlər vaxtında almanlara çatdırılsa idi "Overlord" əməliyyatı təhlükə altına düşərdi. Baznanın şəklini çəkdiyi sənədlər arasında hansısa bir Balkan əməliyyatı təhlükəsinin olmadığı barədə məlumatlar var idi. Onun sızdırdığı məlumatlar İkinci Dünya müharibəsi dövründəki ən dağıdıcı potensiala malik məlumat sızdırma hadisəsidir. Almaniya Xarici İşlər Nazirliyi Siseronun verdiyi məlumatları sorğu-sual altına qoymuşdur, çünki Siseron çox miqdarda məlumat sızdırırdı.[3]
Böyük Britaniya vəzifəliləri Türkiyədəki səfirliklərində bir casusun fəaliyyət göstərdiyini anlayanda onlar Baznanı sorğu-suala çəkdilər, səfirlikdə yeni alarm sistemi quraşdırdılar və onu ifşa etmək üçün uğursuz bir əməliyyat həyata keçirdilər. O, 1944-cü ilin fevral ayında almanlara məlumat satmağa son qoymuş, bir ay sonra isə səfirliyi tərk etmişdir. Müharibə sona çatdıqdan sonra Baznanın müharibə cinayəti törədməsi barədə istintaq açıldı, ancaq o heç vaxt casusluqla təqsirlənməmişdir. Bazna daha sonra casusluq fəaliyyətindən əldə etdiyi məbləğ ilə Ankarada bir hotel satın almaq və işlətmək fikrinə gəlmişdir, lakin faşist zabitlər tərəfindən verilən pulun saxta olduğu bank işçiləri tərəfindən aşkar edilmişdir. Bazna saxta pullardan istifadə etməklə təqsirlənmiş və qısa bir müddətə həbs olunmuşdur. Növbəti illərdə Bazna ailəsi ilə Ankara şəhərində yaşamış və müxtəlif peşə sahibi olmuşdur. O, 1960-cı ildə Münhen şəhərinə köçmüş və orada gecə qarovulçusu olaraq işləmişdir. Bazna 1962-ci ildə Siseron işi barədə bir kitab nəşr etdirmiş və 1970-ci ildə böyrək xəstəliyindən vəfat etmişdir.
Bioqrafiya
redaktəİlk illəri və ailəsi
redaktəİlyas Bazna 28 iyul 1904-cü ildə Osmanlı imperiyasının tərkibindəki Kosovo vilayətinin Priştina ız di*şəhərində (indiki Kosovo) anadan olmuşdur. Onun valideynləri alban əsilli idilər.[4] Onun atası İslam elmi nəzəriyyəsini öyrədən bir müəllim və torpaq mülkiyyətçisi idi.[5] Bazna atasının Hafiz Yazan Bazna adlı bir molla, əmisinin General-mayor Kamal, babasının isə Tahir paşa olduğunu demişdir. Onun həm əmisi, həm də babası Mustafa Kamal Atatürk rəhbərliyindəki Gənc türklər hərəkatının üzvü idi.[6][7]
Bazna 14 yaşında ikən serb qoşunları Priştinanı işğal etdilər.[5][6] Birinci Dünya müharibəsində Osmanlı imperiyasının məğlubiyyətə uğraması və Antanta dövlətləri tərəfindən bölüşdürülməsindən sonra Bazna və ailəsi İstanbul şəhərinə köçmüşdür.[6] Bu dövrdə İstanbul Böyük Britaniya, İtaliya və ABŞ tərəfindən işğal olunmuşdu.[4] Türk Milli Hərəkatı (milliyətçilər) işğalçı qüvvələrə qarşı çıxmışdır.[4][6] Türkiyə yazıçısı və diplomatı olan Yaqub Qədri Qaraosmanoğlu "İstanbuldakı işğalçı qüvvələr xalqa göstərdikləri bütün qəddarlığı və təzyiqi qanuni hesab edirdilər" demişdir.[4]
Bazna 1919-cu ildən əvvəl İstanbulun Fateh rayonundakı bir hərbi akademiyaya daxil olmuşdur.[6] O, 16 yaşında ikən şəhərdəki bir fransız hərbi vahidinə qoşulmuşdur.[4] Bazna daha sonra Mustafa Kamal Atatürk rəhbərliyindəki Türk Milli Hərəkatı üçün Böyük Britaniya Silahlı Qüvvələrinə məxsus silah-sursatı və nəqliyyat vasitələrini oğurlamışdır.[4][6] Buna baxmayaraq, Siseron (lang-enCicero) bioqrafik kitabının müəllifi olan Riçard Uayrs Baznanın siyasi və vətənpərvər motivlərə görə oğurluq etmədiyini iddia etmişdir.[5] Oğurluq edərkən yaxalanan Bazna Fransanın Marsel şəhərindəki bir iş düşərgəsində üç illik həbs cəzası almışdır.[4][6][8] Həbs dövrü sona çatdıqdan sonra Bazna "Berliet" avtomobil şirkətində çalışmışdır.[6] Orada işləyərkən[6] Bazna çilingərlik bacarığını öyrənmişdir.[6][9] O, 1925-ci ildə İstanbul şəhərinə qayıtmışdır və orada nəqliyyat sahəsi üzrə ixtisaslaşmış bir şirkətdə işləmişdir. Növbət illərdə Bazna Yozğad şəhərində bir yanğınsöndürən briqadasında işləmiş, daha sonra isə İstanbula qayıdaraq taksi sürücüsü olmuşdur.[6]
Bazna alban, türk, serb-xorvat və fransız dillərin səlis danışa bilirdi.[10] O dövrdə fransız dili siyasətin standart dili idi.[11] O, lied oxuduğundan alman dilini də bir qədər anlayırdı. Bazna ingilis dilində oxuya bildiyini, ancaq danışmaqda çətinlik çəkdiyini demişdir.[12] O, opera müğənniliyi üzrə dərslər də almışdır.[13]
Bazna həyatə boyu iki dəfə evlənmişdir.[4][8] Onun birinci evliliyindən dörd övladı olmuşdur.[14] Baznanın bir neçə sevgilisi var idi. Onlardan biri – Mara Böyük Britaniya səfiri Deyvid Baskın övladlarının dayəsi idi.[15] O, Bazna ilə Qavaqlıdərə səmtində yerləşən kiçik bir evdə yaşayırdılar. Bazna bu evi "Siseron villası" adlandırırdı. Onların münasibəti səs-küylü idi. Bazna Mara ilə olan münasibətini onun mübahisələri və qısqanclığına görə sona çatdırmışdır. Buna baxmayaraq, Mara ona sadiq olmuş və Baznaya iki dəfə əhəmiyyətli məlumat vermişdir. Birinci verdiyi məlumat britaniyalı keşikçilərin səfirliyə gəlməsi, ikinci verdiyi məlumat isə almanların yaxşı kəşfiyyat mənbəyinə malik olması barədə idi. Yeni sevgilisi Əsra ilə bir neçə görüşdükdən sonra Bazna Mara ilə olan münasibətini tamamilə dayandırmışdır.[16] O, Əsradan sonra Ayka adlı bir qadınla sevgili olmuş və onun üçün bir mənzil almışdır. Faşist zabitlər tərəfindən ödənilən pulların saxta olduğu aşkar ediləndən sonra Ayka Baznanı tərk etmişdir.[17][a] O, ikinci dəfə Duryet adlı bir qadınla evlənmişdir. Onun bu evliliyindən yenə dörd övladı olmuşdur.[14][18]
Casusluq karyerası
redaktəArxaplan
redaktəİşə alınması
redaktəKaryerasına başlaması
redaktəKəşfiyyat
redaktəAlmanların şübhəsi
redaktəİkili casus hipotezi
redaktəMəlumat sızıntısı barədə istintaq
redaktəPotensial nəticələri
redaktəMüharibədən sonra
redaktəİkinci Dünya müharibəsi sona çatdıqdan sonra Strateji Xidmət İdarəsi Siseron barədə istintaq başlatmış, Moyziş kimi əsas alman zabitlərini sorğu-suala çəkmişdir.[19][20] Siseronun almanlara verdiyi məlumatlardan ən önəmlisinin Hyu Netçbull-Hyucessenin Türkiyə hökumətinin diplomatik səyləri barədə olan qeydləri olduğu postulat kimi qəbul edilmişdir. Siseronun şəklini çəkdiyi digər sənədlərin əksəriyyəti Amt VI (Folksdoyçe Mittelştellenin 11 departamentindən biri) departamentinin Böyük Britaniya hissəsinin başçısı Ostuf Şuddekoft tərəfindən əhəmiyyət kəsb etmək üçün çox köhnə hesab edilmişdir.[20] Moyziş Antihitler koalisiyasının aqressiv müsahibələrinə tabe edilmişdi və dedi-qodulara bir cavab olaraq müharibədəki rolunu izah edən bir kitab yazdıqdan sonra Nürnberq prosesinin iştirakçısı olmuşdur. O, heç vaxt müharibə cinayəti ilə təqsirlənməmişdi.[21]
Siseron işi Netçbull-Hyucessenin reputasiyasına böyük təsir göstərmişdir.[20] O, açarlarını və sənəd qutularını nəzarətsiz qoymaq barədə xəbərdarlıq almışdı. 28 avqust 1945-ci ildə formal, ağır bir töhmət almışdır.[22]
Abver Baznaya 300.000 funt sterlinq ödəmişdir. O, bu məbləği gizlətmişdi.[3] Müharibə sona çatdıqdan sonra Bazna bir əməkdaş ilə hotel tikmək qərarına gəlmişdir, ancaq "Bank of England" onun funt sterlinqlərini gözdən keçirdikdən sonra onların əksəriyyətinin saxta olduğu aşkar edilmişdir.[23][18] Bazna almanlar tərəfindən verilən funt sterlinqlər barədə "baxmayaraq ki, ondan hazırlanıb, onlar türk kətanlara dəyərində belə deyillər" demişdir.[23] Bazna saxta pullardan istifadə etməklə təqsirlənmiş və qısa bir müddətə həbs edilmişdir.[24]
1950-ci illərdə Bazna İstanbulun Ağsaray səmtində ailəsi ilə yaşamışdır.[14][25] O, musiqi dərsləri vermiş, işlənmiş avtomobil satıcısı[14] və gecə qarovulçusu olaraq işləmişdir.[3] O, növbəti illərdə Qərbi Almaniya hökuməti ilə əlaqə qurmuş və almanlardan ona verdiyi saxta pulların əvəzini tələb etmişdir.[26][27] Baznanın müraciətlərinə baxmayaraq, Qərbi Almaniya hökuməti ona pul verməmişdir.[28]
1960-cı ildə Bazna Almaniyaya köçmüş və orada gecə qarovulçusu olaraq işləmişdir.[29] Bazna Hans Noqlı ilə birlikdə 1962-ci ildə nəşr edilmiş Mən Siseron idim kitabını yazmışdır. Kitab Siseron işi barədə idi və Baznanın perspektivindən rəvayət edilirdi.[3] Bazna böyrək xəstəliyindən əziyyət çəkirdi və 1970-ci ilin dekabr ayında Münhen şəhərində vəfat etmişdir.[29]
Populyar mədəniyyətdə
redaktəBöyük Britaniya Xarici İşlər Nazirliyinə görə Baznanın həyatını "məşhurlaşmış (və tez-tez yanlış şəkildə danışılmış) bir müharibə hekayəsi" adlandırmışdır.[30]
1950-ci ildə attaşe Lüdviq Karl Moyziş Siseron əməliyyatı (lang-deOperation Cicero) adlı memuarını nəşr etmişdir.[24] Frans von Papen və Allen Dulles kitabda yazılandan daha çox şeyin baş verdiyini irəli sürmüşdür,[b] ancaq təfsilatlar verməmişdir.[26] On iki il sonra 1962-ci ildə İlyas Bazna öz memuarını Mən Siseron idim (alm. Ich war Cicero) kitabını nəşr etmişdir.[24][31]
1952-ci ildə 20th Century Fox şirkəti Moyzişin yazdığı Siseron əməliyyatı kitabına əsaslanan bir film çəkmişdir. Filmin adı "5 barmaq" idi və İosif L. Mankeviçin rejissorluğu ilə çəkilmişdir. Adı Ulisses Dielloya dəyişdirilmiş İlyas Bazna rolunu Ceyms Meyson canlandırmışdır.[32]
2018-ci ildə "Dijital Sanatlar Yapımevi" İlyas Baznanın həyatından bəhs edən bir bioqrafik dram filmi çəkmişdir.[33] Filmin adı "Siseron" idi və Serdar Akarın rejissorluğu ilə çəkilmişdir. İlyas Bazna rolunu Ərdal Beşikçioğlu canlandırmışdır. Filmin premyerasının 5 yanvar 2019-cu ildə keçirilməsi planlaşdırılır.[34]
Qeydlər
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ BBC, 2005
- ↑ Xarici və Birlik Ofisi tarixşünasları, 2005. səh. 6
- ↑ 1 2 3 4 5 Adams, 2009
- ↑ 1 2 3 4 5 6 7 8 Kaylan, 2005. səh. 130–131
- ↑ 1 2 3 Uayrs, 1999. səh. 29
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Braun, 2007. səh. 394
- ↑ Denniston, 2004
- ↑ 1 2 Uayrs, 1999. səh. 30
- ↑ Şuqaar, Ernest, Quarnaççiya, 2006. səh. 44
- ↑ Rot, 1981. səh. 86
- ↑ Kurbaliya, Slavik, 2001. səh. 39
- ↑ Uayrs, 1999. səh. 72
- ↑ Braun, 2007. səh. 393
- ↑ 1 2 3 4 Simmons, 2014. səh. 151
- ↑ Uayrs, 1999. səh. 31
- ↑ Uayrs, 1999. səh. 127
- ↑ 1 2 Uayrs, 1999. səh. 180
- ↑ 1 2 Uayrs, 1999. səh. 180–181
- ↑ Uayrs, 1999. səh. 171
- ↑ 1 2 3 Xarici və Birlik Ofisi tarixşünasları, 2005. səh. 2
- ↑ Uayrs, 1999. səh. 178
- ↑ Xarici və Birlik Ofisi tarixşünasları, 2005. səh. 7
- ↑ 1 2 Braun, 2007. səh. 398
- ↑ 1 2 3 Polmar, Allen, 2012. səh. 211
- ↑ Kaylan, 2005. səh. 127
- ↑ 1 2 MİK, 2016
- ↑ Uayrs, 1999. səh. 180–181, 183
- ↑ Uayrs, 1999. səh. 183, 197
- ↑ 1 2 Luce, 1971. səh. xcvi
- ↑ Milli Arxivlər (Böyük Britaniya), 2005
- ↑ Bazna, 1962
- ↑ Svini, 1999. səh. 124–125
- ↑ "Erdal Beşikçioğlu 'Çiçero' ile dönüyor". NTV (türk). ntv.com.tr. 29 mart 2018. 6 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.
- ↑ "Kahramanlık Hikayesi "Çiçero"dan İlk Fragman!" (türk). Beyazperde.com. 28 mart 2018. 6 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.
Ədəbiyyat
redaktə- Adams, Cefferson. Cicero Affair // Historical Dictionary of German Intelligence. Scarecrow Press. 2009. ISBN 978-0-8108-6320-0.
- Aver, Piter. Von Dahlem each Hiroshima. Aufbau Verlag GmbH. 1995. ISBN 3-351-02429-0.
- Bazna, Elyesa. I was Cicero. London: A. Deutsch. 1962. LCCN 62048893.
- BBC heyəti. "Secret plot to catch out Nazi spy". news.bbbc.co.uk. BBC News. 1 aprel 2005. 7 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- Braun, Antoni Keyv Cave. Bodyguard of Lies. Globe Pequot Press. 2007. ISBN 978-1-59921-383-5.
- CIA. "Footnote to Cicero, CIA Historical Review Program". www.cia.gov. Mərkəzi Kəşfiyyat İdarəsi. 18 sentyabr 2016. 5 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- Kreyq, Con S. Peculiar Liaisons: In War, Espionage, and Terrorism in the Twentieth Century. Algora Publishing. 2005. ISBN 978-0-87586-331-3.
- Kramp, Tomas. Brezhnev and the Decline of the Soviet Union. Routledge. 2013. ISBN 978-1-134-66915-8.
- Delattre, Lukas. A Spy at the Heart of the Third Reich: The Extraordinary Story of Fritz Kolbe, America's Most Important Spy in World War II. Grove/Atlantic, Incorporated. 2007. ISBN 978-0-8021-9649-1.
- Denniston, Robin. "Bazna, Elyesa [alias Cicero] (b. 1903), spy". oxfordindex.oup.com. Oxford Dictionary of National Biography. sentyabr 2004. doi:10.1093/ref:odnb/60870. 13 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- Edvards, A. K. "The Impact of the War on Turkey". International Affairs. 22 (3). 1946: 389–400. JSTOR 3017044.
- FCO tarixşünasları. "The Cicero Papers". issuu.com. Foreign and Commonwealth Office. mart 2005. 3 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- Qleduell, Malkolm. "Pandora's Briefcase". 10 may 2010. 28 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- Hanovs, Deniss; Teraudkalns, Valdis. Ultimate Freedom – No Choice: The Culture of Authoritarianism in Latvia, 1934–1940. BRILL. 2013. ISBN 978-90-04-24464-1.
- Kaylan, Muamər. The Kemalists: Islamic Revival and the Fate of Secular Turkey. Prometheus Books. 2005. ISBN 978-1-61592-897-2.
- Kiqan, Con. Bazna, Elyesa // Who's Who in World War II. Routledge. 2002. ISBN 978-1-134-50964-5.
- Kirkus Reviews. "The Cicero Spy Affair: German Access to British Secrets in World War II". www.kirkusreviews.com. Kirkus Reviews. 15 oktyabr 1999. 7 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- Lyüs, Henri Robinson. Died. Elyesa Bazna // Time. Time Incorporated. 1971. səh. xcvi.
- Kurbaliya, Yovan; Slavik, Hanna. Language and Diplomacy. Diplo Foundation. 2001. ISBN 978-99909-55-15-6.
- Maklin, Fitsroy. Take Nine Spies. Weidenfeld and Nicolson. 1978.
- Mezlin, Canet. "The Agents Who Fooled the Nazis About D-Day". www.nytimes.com. The New York Times. 8 avqust 2012. 7 noyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- Neş, Cey Robert. Spies: A Narrative Encyclopedia of Dirty Tricks and Double Dealing from Biblical Times to Today. M. Evans. 1997. ISBN 978-1-4617-4770-3.
- "Cicero archives at the British Foreign Office". www.nationalarchives.gov.uk. National Archives (UK). 2005. 2016-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- "Records of the Foreign Service Posts of the Department of State (RG 84): Turkey". www.archives.gov. State Department and Foreign Affairs Records. 15 avqust 2016. 4 dekabe 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018 – NARA vasitəsilə.
- Ozborn, Petrik R. Operation Pike: Britain Versus the Soviet Union, 1939–1941. Greenwood Publishing Group. 2000. ISBN 978-0-313-31368-4.
- Paterson, Tony. "Germany finally honours the 'traitor' spy". www.independent.co.uk. The Independent. 25 sentyabr 2004. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- Polmar, Norman; Allen, Tomas B. World War II: the Encyclopedia of the War Years, 1941–1945. Courier Corporation. 15 avqust 2012. ISBN 978-0-486-47962-0.
- Prays, Şon. World War II Spies. Capstone. 2014. ISBN 978-1-4765-3592-0.
- Rot, Artur. Great spy stories. Scholastic Book Services. 1981. ISBN 978-0-590-31393-3.
- Antoni Şuqaar; Piter Earnest; Stiven Quarnaççiya. I Lie for a Living: Greatest Spies of All Times. National Geographic. 2006. ISBN 978-0-7922-5316-7.
- Simmons, Mark. Agent Cicero: Hitler's Most Successful Spy. History Press. 2014. ISBN 978-0-7509-5729-8.
- Srodes, Ceyms. Allen Dulles: Master of Spies. Regnery Publishing, Incorporated, An Eagle Publishing Company. 2000. ISBN 978-0-89526-223-3.
- Steynberq, Conatan. The Deutsche Bank and Its Gold Transactions During the Second World War. C.H.Beck. 1999. ISBN 978-3-406-44552-1.
- Svini, Kevin. James Mason: A Bio-bibliography. Greenwood Publishing Group. 1999. 124–125. ISBN 978-0-313-28496-0.
- Trenir-Harvi, Qlenmor S. Historical Dictionary of Intelligence Failures. Rowman & Littlefield Publishers. 2014. ISBN 978-1-4422-3274-7.
- Tvidi, Nil; Dey, Piter. "Envoy's singing valet was Nazi spy". www.telegraph.co.uk. Telegraph. 22 may 2003. 4 avqust 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2018.
- VanderLipp, Con M. Politics of Turkish Democracy, The: Ismet Inonu and the Formation of the Multi-Party System, 1938–1950. SUNY Press. 2012. ISBN 978-0-7914-8337-4.
- von Hassell, Aqostino; MakRae, Siqrid. Alliance of Enemies: The Untold Story of the Secret American and German Collaboration to End World War II. St. Martin's Press. 2013. ISBN 978-1-4668-5998-2.
- Uayrs, Riçard. The Cicero Spy Affair: German Access to British Secrets in World War II. Greenwood Publishing Group. 1999. ISBN 978-0-275-96456-6.
- Yenn, Bill. Operation Long Jump: Stalin, Roosevelt, Churchill, and the Greatest Assassination Plot in History. Regnery Publishing. 2015. ISBN 978-1-62157-346-3.
- Zarçer, Erik C. Turkey: A Modern History (3). 2004.