Ilya Boqdesko - Wikipedia
İlya Trofimoviç Boqdesko (rus. Илья́ Трофи́мович Богде́ско) — moldav sovet qrafiki. SSRİ Rəssamlıq Akademiyasının üzvü (1975). SSRİ xalq rəssamı (1963).
İlya Boqdesko | |
---|---|
rus. Илья Трофимович Богдеско | |
| |
Doğum tarixi | |
Doğum yeri | Botuşanı, Rıbnitsa, Ukrayna SSR, SSRİ |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, SSRİ |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ Moldova |
Fəaliyyəti | rəssam |
Təhsili | İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
redaktəİlya Boqdesko 20 aprel 1923-cü ildə Ukrayna SSRin Rıbnitsa şəhərinin Botuşanı kəndində anadan olub. 1951-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1953-cü ildən Moldovada işləmişdir. N.V.Qoqolun "Soroçintsı yarmarkası" (1951), A.S.Puşkinin "Qaraçılar" (1951), Fyodr Dostoyevskinin "Cinayət və cəza" (1972 əsərlərinə və moldav xalq balladası "Maoritsa"ya (1966), Migel de Servantesin "Don Kixot" əsərinə sisilə illüstrasiyalar çəkmişdir (1984—2004). Boqdesko həmçinin "Vətənim" adlı rəngli linoqravür seriyasının (1961—1963), "Ptolomey" (1969), "Söhbət" (1973) linoqravürlərinin, "Konstansa balıqçıları" (1980), "Buludlarda" (1984), "Varlı adaxlı" (1984, "Tacir" (1985) və s. rəngkarlıq əsərlərinin və monumental divar rəsmlərinin müəllifidir. Metal üzərində qravür texnikası ilə Conatan Sviftin "Qulliverin səyahəti" romanına illüstrasiyaları məşhur işlərindəndir. İlya Boqdesko 29 mart 2010-cü ildə Sankt-Peterburqda vəfat etmişdir.