Ilqar Orucov - Wikipedia
İlqar Rəhman oğlu Orucov (19 yanvar 1984, Kəpəz rayonu, Kirovabad) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]
İlqar Orucov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 yanvar 1984 (40 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2001-ci ildən |
Rütbəsi |
Polkovnik-leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi Sentyabr döyüşləri Antiterror əməliyyatı |
Təltifləri | |
|
Haqqında
redaktəOrucov İlqar Rəhman oğlu 19 yanvar 1984-cü ildə Gəncə şəhərinin Kəpəz rayonunda anadan olub. O, 1990-cı ildə Gəncə şəhərində şəhid Nizami Aydın adına 18 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və buradakı qoşun kəşfiyyatı ixtisası üzrə təhsilini 2005-ci ildə fərqlənmə ilə bitirib. Təhsilini 2006-cı ildə Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində xüsusi təyinatlı ixtisası üzrə davam etdirib və 2006-cı ildə buradakı təhsilini də fərqlənmə ilə bitirib.
2006-cı ildə Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı xüsusi təyinatlı hərbi hissəyə təyinat almış, həmin hərbi hissədə müxtəlif vəzifələrdə, xüsusi təyinatlı taqım komandiri, xüsusi təyinatlı bölük komandiri, xüsusi təyinatlı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, xüsusi təyinatlı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifələrində xidmət etmişdir. O, 2008-ci ildə Şərur rayonunun Yuxarı Yaycı istiqamətində dövlət sərhədinin düşmən tərəfindən pozulma cəhdinin qarşısının alınması üçün aparılmış "Xüsusi əməliyyatda" xüsusi təyinatlı qrup komandiri kimi aktiv fəaliyyətlər icra edib. İlqar Orucov həmçinin 2014–2017-ci illərdə Culfa və Ordubad rayonlarının yüksək dağlıq relyefə (3000–3900 m. yüksəklik) malik olan ərazilərində dövlət sərhəddinin düşmən tərəfindən pozulması cəhdinin qarşısını alınmasında xüsusi xidmət göstərmişdir. O, xüsusi təyinatlı bölük komandiri kimi iştirak etdiyi "Xüsusi əməliyyatın" gedişatında Dəmirlidağ, Qırxlar dağı, Qoşa qaya, Zirvə, Göyəzən, Parağa, Zəngəzur, Ayçonqal və Sarıdərə taktiki komanda yüksəkliklərində dayaq məntəqəsi və döyüş mövqelərinin qurulmasını təmin etmişdir.
2018–2019-cu illərdə o, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərbi və dövlət idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2019–2024-cü illərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmə və hissələrində xüsusi təyinatlı tabor komandiri, xüsusi təyinatlı hərbi hissənin əməliyyat bölməsi rəisi-qərargah rəisinin müavini və xüsusi təyinatlı hərbi hissədə qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edib.
İkinci Qarabağ müharibəsi
redaktəİlqar Orucov İkinci Qarabağ müharibəsinin ilk günündən etibarən Xüsusi Təyinatlı Qüvvələrin tərkibindəki xüsusi təyinatlı dəstənin komandiri olaraq əsas hücum istiqamətindəki əməliyyatlarda iştirak etmiş, Murovdağ istiqamətindəki bir neçə strateji əhəmiyyət daşıyan komanda yüksəkliklərinin düşməndən azad edilməsi və düşmənin canlı qüvvəsinin, döyüş texnikaların məhv edilməsinə nail olmuşdur.
Vətən müharibəsinin ilk günündən başlanılan əks hücum əməliyyatı zamanı komandası ilə birlikdə Murovdağ istiqamətində bir neçə strateji əhəmiyyət daşıyan yüksəkliklərinin düşmən işğalından azad edilməsi və düşmənin canlı qüvvəsinin, döyüş texnikaların məhv edilməsinə nail olmuşdur. Murovdağ silsiləsinin şərti adı Camış (orta) döyüş mövqeyindən, düşmən işğalında olan Cərəktar və Qaragöllər istiqamətində düşmənin 5.5 km dərinliyinə sızaraq hakim yüksəklikləri ələ keçirmiş və qoşunların irəliləməsinə əlverişli şərait yaratmışdır.
O, oktyabr ayının 1-dən etibarən Cəbrayıl istiqamətində yuxarı komandanlığın göstərişinə uyğun yerdəyişmə edərək Bayraq təpə-Nüzgar-Cəbrayıl istiqamətində gedən döyüşlərdə müdafiənin 3-cü səngəri adlandırılan həddi yararaq hücumu düşmən dərinliyinə doğru inkişaf etdirib. Qısa müddət ərzində tabeliyində olan şəxsi heyəti bacarıqla idarə edərək Nüzgar yaşayış məntəqəsinin cənub qərb hissəsinin, Dəjəl, Hovuslu, Safarşa, Şəybəy, Hacılı yaşayış məntəqələrinin və Cəbrayıl rayonunun cənub hissəsində yerləşən hakim yüksəkliklərin azad edilməsinə rəhbərlik edib. Ən ağır döyüş Cəbrayılın azad olunması istiqamətində, "Vışkalar " adlanan ərazidə düşmənin 9 atıcı alayının 2-ci eşalonu, ehtiyat bölmələri və 22-ci xüsusi təyinatlı briqadasının 1 tabora qədər qüvvəsi ilə aparılmış qeyri-bərabər döyüş olmuş, həmin döyüşdə düşmənin 8 tank və 270-dən çox canlı qüvvəsi məhv edilmişdir.
Oktyabrın 6-dan etibarən İlqar Orucov tabeliyindəki şəxsi heyətlə çətin keçilən və sərt kəsişən ərazi relyefindən istifadə etməklə hücumu davam etdirmiş və Hadrut və Füzuli şəhərləri istiqamətindəki döyüşlərdə iştirak etmişdir. O, Hadrut, Xocavənd və Füzuli şəhərləri istiqamətində aparılan döyüşlər zamanı Musabəyli, Pirməmmədli, Balyand, Qaracallı, Günəşli, Gorazıllı, Xatınbulaq, Məlikcanlı, Bulutan, Xırmancıq, Ağbulaq, Axullu, Ciman və Xələfşə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib. Oktyabrın 12-sində tabeliyində olan şəxsi heyət və dost bölmələrlə qarşılıqlı əlaqədə idarə etməni öz üzərinə götürərək Füzuli şəhərinin ətrafında yerləşən hakim yüksəkliklərdən 543, 548, 642 və 720 (Məngənətağ dağı) hədlərindən şəhərə daxil olaraq şəhərin düşməndən təmizlənməsini həyata keçirmiş, Azərbaycan bayrağını Füzuli şəhərinin mərkəzində olan adsız yüksəklikdə dalğalandırmışdır. Şəhərin müdafiəsi zamanı düşmənin Dövlətyarlı, Karyer, Şəhidlər, Ayıbasanlı və Qarğabazar istiqamətində edilən əks həmlələrinin qarşısını almış və şəhərin yenidən düşmən əlinə keçməsinə imkan verilməmişdir. Oktyabr ayının 16-sı səhər saat 08:50 radələrində baş verən qeyri-bərabər döyüş zamanı düşmənlə yaxın təmasda düşmənin canlı qüvvəsini məhv edərkən ürək nahiyəsindən açıq güllə yarası və düşmənin 120 mm. minaatanların atəşinə məruz qalması nəticəsində İlqar Orucov kəllə beyin travması almış, lakin döyüşü günün sonuna qədər davam etdirmişdir.
Döyüş əməliyyatlarının gedişatı zamanı tabeliyindəki şəxsi heyət ilə ümumilikdə 30-dan çox yaşayış məntəqəsi və komanda yüksəkliyini düşmən işğalından azad etmiş, düşmənin 500-dən çox canlı qüvvəsini, 25 tank və zirehli texnikasını, 30-dan çox döyüş və digər nəqliyyat vasitələsini, o cümlədən bir çox reaktiv artileriya atəş vasitələrinin idarə etmə məntəqəsini məhv etmişdir. O, Azərbaycanın Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tabeliyindəki şəxsi heyəti bacarıqla idarə edərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında qarşıya qoyulan bütün növ döyüş tapşırıqlarını yerinə yetirib.
9 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən göstərdiyi igidlik və mərdliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İlqar Orucov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilmişdir.[2]
2021-ci ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə İlqar Orucova polkovnik-leytenant rütbəsi verilmişdir.
Təltifləri
redaktə- (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
- (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı[1]
- (25 iyun 2021) — "Azərbaycan Bayrağı" ordeni
- (26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (25 iyun 2012) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (25 iyun 2017) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (8 dekabr 2020) — "Şücaətə görə" medalı
- (25 iyun 2020) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı[3]
- (25 dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı[4]
- (24 iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı[5]
- (24 iyun 2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı[6]
- (25 iyun 2022) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
- (25 iyun 2024) — "Hərbi xidmətlərə görə" medalı[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" ( (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.