Ikinci London Konfransi 1921 - Wikipedia
İkinci London konfransı - Birinci Dünya müharibəsinin bitməsindən sonra Almaniyanın ödəyəcəyi təzminatın müzakirə edildiyi konfrans. Uğursuzluqla nəticələnən Birinci London konfransının davamıdır.[1]
Haqqında
redaktə1921-ci ilin aprel ayının 29-dan may ayının 5-dək keçirilən ikinci London kofnransında Almaniyanın təzminat ödəməsinə dair komissiyanın qərarı müzakirə edildi. Təzminatın ümumi məbləği 132 mlrd qızıl marka miqdarında müəyyənləşdirildi. Müttəfiqlər Almaniyadan təzminatı ödəmək, sülh müqaviləsinin tərksilah keçirmək və müharibə canilərini təhvil vermək kimi şərtlərini yerinə yetirməyi tələb etdilər.[2]
Nəticə
redaktəUltimatumun vaxtı qurtaran kimi, 1921-ci ilin may ayının 11-də Almaniya hökuməti bütün bu şərtləri qəbul etdiyini bildirdi.
Azərbaycan və konfrans
redaktəLondon konfransında Ə.M.Topçubaşov başda olmaqla mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyəti də iştirak edirdi.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Musa Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi. 2 hissədə I hissə (1918-1945). Bakı, Bakı "Dövlət Universiteti nəşriyyatı", 2003. 370 səh.
İstinadlar
redaktə- ↑ Musa Qasımlı, 2003. səh. 26
- ↑ Musa Qasımlı, 2003. səh. 27