Ikinci Cenevre Konvensiyasi - Wikipedia
İkinci_Cenevrə_Konvensiyası - Haqqında Məlumat
İkinci Cenevrə Konvensiyası — Dənizdəki silahlı qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş, dörd Cenevrə Konvensiyasından ikincisi.[1] Sənəd 1907-ci il Haaqa Konvensiyasını əvəz etmiş[2] və Birinci Cenevrə Konvensiyasının əsas qoruyucu rejimini dənizdə aparılan silahlı mübarizəyə uyğunlaşdırmışdır.[3]
İkinci Cenevrə Konvensiyası | |
---|---|
ing. The Second Geneva Convention, for the Amelioration of the Condition of Wounded, Sick and Shipwrecked Members of Armed Forces at Sea | |
| |
İmzalanma tarixi | 12 avqust 1949 |
İmzalanma yeri | Cenevrə, İsveçrə |
Tərəflər | Siyahı |
Dili | çex dili |
Məzmunu
redaktə I–IV CK və I–III P-ların tərəfləri | I–IV CK və I–II P-ların tərəfləri |
I–IV CK və I və III P-ların tərəfləri | I–IV CK və I P-un tərəfləri |
I–IV CK və III P-un tərəfləri | yalnız I–IV CK-nın tərəfləri |
Saziş 63 maddədən ibarətdir. Müqavilənin ən əhəmiyyətli müddəaları aşağıdakılardır:
- 12-ci və 18-ci maddələr bütün tərəflərdən yaralıları, xəstələri və gəmi qəzasına uğrayanları qorumağı və onlara qulluq etməyi tələb edir.
- 14-cü maddəyə əsasən, hərbi gəmi xəstəxana gəmisinin tibbi heyətini ələ keçirə bilməsə də, yaralıları, xəstələri və gəmi qəzasına uğramış şəxsləri hərbi əsir kimi saxlaya bilər.
- 21-ci maddə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların götürülməsi və onlara qulluq edilməsi üçün neytral gəmilərə müraciət etməyə icazə verir. Bu maddəyə görə neytral gəmilər ələ keçirilə bilməz.
- 36-cı və 37-ci maddələr döyüş gəmisində xidmət edən dini və tibbi heyəti qoruyur.
- 22-ci maddədə qeyd edilir ki, xəstəxana gəmiləri heç bir hərbi məqsəd üçün istifadə edilə bilməz və humanitar missiyasına görə onlara hücum və ya belə gəmilərin ələ keçirilməsi qadağandır.
Hazırda ikinci saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Treaties, States parties, and Commentaries - Geneva Convention (II) on Wounded, Sick and Shipwrecked of Armed Forces at Sea, 1949 - -". ihl-databases.icrc.org. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-13.
- ↑ ICRC. "Convention (II) for the Amelioration of the Condition of Wounded, Sick and Shipwrecked Members of Armed Forces at Sea. Geneva, 12 August 1949". 4 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2017.
The undersigned Plenipotentiaries of the Governments represented at the Diplomatic Conference held at Geneva from April 21 to August 12, 1949, for the purpose of revising the Xth Hague Convention of October 18, 1907 for the Adaptation to Maritime Warfare of the Principles of the Geneva Convention of 1906 [...]
- ↑ Fleck, Dietrich. The Handbook of International Humanitarian Law. Oxford: Oxford University Press. 2013. səh. 322. ISBN 978-0-19-872928-0.
- ↑ "States party to the main treaties". The American National Red Cross. 15 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2009.
Xarici keçidlər
redaktə- İkinci Haaqa Sülh Konfransının Yekun Aktı, 18 oktyabr 1907-ci il