Ikievli Gicitken - Wikipedia
İkievli gicitkən (lat. Urtica dioica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin gicitkən cinsinə aid bitki növü.
İkievli gicitkən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: İkievli gicitkən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur. Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir. May ayında çiçəkləyir, may-sentyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması
redaktəAzərbaycanın bütün rayonlarında, ovalıqdan yuxarı dağ qurşağına qədər yayılmışdır.
Yaşayış mühiti
redaktəYaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.
Təsərrüfat əhəmiyyəti
redaktəVitamin verən, lifli, boyaq, dərman, qida əhəmiyyətli bitkidir. Yarpaqlarında kifayət qədər vitamin vardır, həmçinin aşı maddəsi də vardır.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Urtica dioica subsp. eudioica Selander
- Urtica dioica var. latifolia Ledeb.
- Urtica dioica var. vulgaris Wedd.
Yarımnövləri
redaktə- Urtica dioica subsp. afghanica Chrtek
- Urtica dioica subsp. dioica
- Urtica dioica subsp. gansuensis C.J.Chen
- Urtica dioica var. glabrata (Clem.) Asch. & Graebn.
- Urtica dioica var. hispida (Lam. ex DC.) Tausch ex Ott
- Urtica dioica var. holosericea Fr.
- Urtica dioica subsp. kurdistanica Chrtek
- Urtica dioica subsp. pubescens (Ledeb.) Domin
- Urtica dioica var. sarmatica Zapał.
- Urtica dioica subsp. sondenii (Simmons) Hyl.
- Urtica dioica subsp. subinermis (R.Uechtr.) Weigend
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 984.