Ifigeniya - Wikipedia
İfigeniya - Haqqında Məlumat
İfigeniya (q.yun. Ἰφιγένεια) — qədim yunan mifologiyasında Mikena (və ya Arqos) padşahı Aqamemnonun qızı.
İfigeniya | |
---|---|
q.yun. Ἰφιγένεια | |
Cinsi | qadın[d] |
Atası | Aqamemnon[d][1] |
Anası | Klitemnestra[1] |
Qardaşı və bacısı | Orest |
Vikianbarda əlaqəli mediafayllar |
Aqamemnon İfigeniyanı Troyaya göndərilən qoşunların dənizdən rahat üzüb keçməsi naminə Artemidaya qurban vermişdi. Lakin Artemida qurbangahda İfigeniyanı xallı maralla əvəz etmiş və onu öz yanında kahin kimi saxlamışdı. İfigeniya haqqında əsatir Evripid, Rasin, Göte, Hauptmanın faciələri, Qlyukun operası və s. əsərlər üçün süjet olmuşdur.
İfigeniya incəsənətdə
redaktə- 1617: Samuil Koster, "İfigeniya" dramı
- 1639-1640: Jan Rotru, "İfigeniya Avliddə" faciəsi
- 1661: İohann Yakob Löve, "İfigeniya" operası (librettosu Anton Ulrix Braunşveyq-Volfenbüttelskinindir)
- 1674: Jan Rasin, "İfigeniya" faciəsi
- 1699: Raynhard Kayzer, "İfigeniya" operası
- 1704: Andre Kampra, "İfigeniya Tavriddə" operası
- 1713: Domeniko Skarlatti, "İfigeniya Avliddə" operası
- 1718: Antonio Kaldara, "İfigeniya Avliddə" operası
- 1725: Leonardo Vinçi, "İfigeniya Tavriddə" operası
- 1728: Karl Henrix Qraun, "İfigeniya Avliddə" operası
- 1751: Nikollo Yomelli, "İfigeniya Avliddə" operası
- 1757: Covanni Battista Tyepolo, "İfigeniyanın qurban kəsilməsi" freskası
- 1763: Tommazo Traetta, "İfigeniya Tavriddə" operası
- 1768: Baldassare Qaluppi, "İfigeniya Tavriddə" operası
- 1771: Nikkolo Yommelli, "İfigeniya Tavriddə" operası
- 1774: Kristof Villibald Qlyuk, "İfigeniya Avliddə" operası
- 1779: Qlyuk, "İfigeniya Tavriddə" operası
- 1779: Visente Martin-i-Soler, "İfigeniya Avliddə" operası
- 1779-1786: Yohann Volfqanq Göte, "İfigeniya Tavriddə" faciəsi
- 1781: Nikkolo Piççini, "İfigeniya Tavriddə" musiqili faciəsi
- 1788: Luici Kerubini, "İfigeniya Avliddə" operası
- 1806: Simon Mayr, "İfigeniya Avliddə" (librettosu Apostolo Dzenonundur)
- 1924: Alfondo Reyes, "Amansız İfigeniya" dramatik poeması
- 1924: Teresa de la Parra, "İfigeniya" romanı
- 1938: Mirça Eliade, "İfigeniya" dramı
- 1941: Gerhart Hauptman, "İfigeniya Delflərdə" dramı
- 1943: Gerhart Hauptman, "İfigeniya Avliddə" dramı
- 1949: Andre Jolive, Rasinin "İfigeniya Avliddə" faciəsinin musiqi tərtibatı
- 1950: İldebrando Pissetti, "İfigeniya" operası
- 1968: Rayner Verner Fassbinder, Götenin əsəri əsasında "İfigeniya Tavriddə" tamaşası
- 1976: Roberto Tellez Oropeza, "Amansız İfigeniya" operası
- 1977: Mixalis Kakoyannis, "İfigeniya" filmi (musiqisi Mikis Teodorakisin)
- 1989: Leandro Espinoza, "Amansız İfigeniya"
- 1992: Folker Braun, "İfigeniya azadlıqda" dramı
Astronomiyada
redaktə- (112) İfigeniya — 1870-ci ildə kəşf edilmiş asteroid.
İstinadlar
redaktə- ↑ 1 2 Любкер Ф. Iphigenia (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 667–668.
Mənbə
redaktə- Ифиҝенија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 22.
Ədəbiyyat
redaktə- Мифы народов мира. М., 1991-92. В 2 т. Т.1. С.592-593
- Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С. 179.