Ibrahim Ibn Mehemmed - Wikipedia
İbrahim ibn Məhəmməd (ərəb. إبرهيم بن محمد, 16 aprel 630, Mədinə – 27 yanvar 632, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin Mariyə əl-Qibtiyyədən olan oğlu.
İbrahim ibn Məhəmməd | |
---|---|
Doğum tarixi | 16 aprel 630 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 632 (1 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Məhəmməd |
Anası | Mariyə əl-Qibtiyyə |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəHicrətin 8-ci ilin son ayında (təxminən 630-cu il) anadan olmuşdur. Anası Mariya 628-ci ildə Misirdəki Bizans valisi Mukaukis tərəfindən Məhəmməd peyğəmbərə hədiyyə olaraq göndərilmiş qibti idi. Uşağa ərəblərin və yəhudilərin ortaq əcdadı sayılan İbrahim peyğəmbərin adı verilib. Ərəb ənənəsinə görə, uşaq Məhəmmədin bir neçə keçi verdiyi dəmirçi Əbu Seyfin arvadı süd anası Umm Sayfın himayəsinə verilir.
Təbuk döyüşündən bir müddət sonra İbrahim on altı və ya on səkkiz aylıq olanda ağır xəstələnir. O, Mariyəyə verilir. Onun və bacısı Sirin şəxsi nəzarəti altında olur. Uşağın sağ qalmayacağı məlum olanda Məhəmmədə bu barədə məlumat verilir. Ət-Təbəri İbrahimin 21 aylıq ikən vəfat etdiyini xəbər verir.
Bəzi məlumatlara görə, İbrahimin dəfn edilməzdən əvvəl cənazəsinin qüsulunu ya Ümmü Burda, ya da əl-Fədl ibn Abbas etmişdir. Onu qəbiristanlığa peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlib və Peyğəmbərin digər səhabələri aparıblar. Cənazə namazının başında Məhəmmədin özü olub. Qəbir qumla örtüldükdən sonra Məhəmməd qəbir kurqanının üstünə bir az su töküb başına kiçik bir daş qoydu. İbrahim əl-Bəqi qəbiristanlığında dəfn edilmişdir.
İbrahimin vəfatı günəş tutulması ilə eyni vaxta düşür. Müsəlmanlar bunu möcüzə olmasını danışmağa başladılar, dedilər ki, İbrahimin ölümünə görə günəş hüznlə qaraldı. Bunu eşidən Məhəmməd peyğəmbər, necə deyərlər, belə buyurdu:
“Günəş və ay Uca Allahın nişanələrindəndir. Onların tutulması nə ölüm, nə də hər hansı bir insanın doğulması ilə əlaqəli deyil”[1] |
.
Əl-Bəlazurinin yazdığına görə, İbrahim 631-ci ilin iyul ayının əvvəlində vəfat etmişdir. Bununla belə, günəş tutulması[2][3] haqqında məlumat onun ölüm tarixini daha dəqiq müəyyən etməyə kömək edir. 631-ci il avqustun 3-də Yer kürəsində Günəş tutulması baş verir, lakin müasir astronomik hesablamalara görə, bu tutulma Məkkədə və ya Mədinədə görünməmişdir[4]. Əgər İbrahim hicri 8-ci ilin son ayında doğulubsa, hicri 10-cu ilin Şəvval ayına təsadüf edir. Bununla onun ömrü 21 ay olaraq təsbitlənir. Bu tarix 632-ci il yanvarın 27-də (hicri 10-cu il şəvval ayının 29-da) baş vermiş Günəş tutulması ilə üst-üstə düşür və bu zaman Mədinədə 76% qaranlıq müşahidə olunur[5].
İstinadlar
redaktə- ↑ Muhammad Husayn Haykal, Translated by Isma’il Razi A. al-Faruqi, The Life of Muhammad Arxivləşdirilib 2016-09-05 at the Wayback Machine, American Trust Publications, 1976, ISBN 0-89259-002-5
- ↑ Solar Eclipses of Historical Interest Arxivləşdirilib 2009-03-02 at the Wayback Machine nasa.gov.
- ↑ Solar eclipses 27/1/632 xjubier.free.fr
- ↑ Solar eclipses 3/8/631 Arxivləşdirilib 2013-09-25 at the Wayback Machine xjubier.free.fr.
- ↑ Eclipse Arxivləşdirilib 2017-02-22 at the Wayback Machine nasa.gov.