Ibrahim Bey Azer - Wikipedia
İbrahim bəy Əli bəy oğlu Fuladov (və ya Poladov) (1836 – 1885) — şair, quberniya katibi, Qasım bəy Zakirin nəvəsi. Əli bəy Fuladovun oğlu və Abdulla bəy Asinin kiçik qardaşı.[1]
İbrahim bəy Azər | |
---|---|
İbrahim bəy Əli bəy oğlu Fuladov | |
Təxəllüsü | Азер |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Dəfn yeri | |
Uşaqları | Əliş bəy, Xosrov bəy |
Atası | Əli bəy Fuladov |
Anası | Nənuş xanım |
Fəaliyyəti | şair |
İbrahim bəy Azər Vikimənbədə |
Həyatı
redaktəİbrahim bəy Əli bəy oğlu 1836-cı ildə Şuşa şəhərində anadan olmuşdu.
Təhsili
redaktəAtasını erkən yaşlarda itirdiyindən babası Qasım bəy Zakirin himayəsində böyümüşdü. İbtidai təhsilini molla yanında, daha sonrakı təhsilini mədrəsədə almışdır. Mədrəsədəki təhsilinə daha sonra qəza məktəbində davam etdirmişdir. Rus və fars dillərini bilmişdir.[2]
Fəaliyyəti
redaktəTəhsilini tamamladıqdan sonra bir müddət mədrəsədə çalışmış, daha sonra isə dövlət qulluğunda işləməyə başlamışdır. Dövlət qulluğundakı fəaliyyəti boyunca qəza idarəsində II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdır. Quberniya katibi çini almışdı. İbrahim bəy şair idi. Azər təxəllüsü ilə şeirlər yazan İbrahim bəyin yaradacılığının böyük hissəsi dövrümüzə gəlib çatmamışdır. Lakin şeiriyyatının əsasən, əruz vəznində olan şeirlərdən ibarət olduğu məlumdur. Onun şeirləri ilk dəfə Firudin bəy Köçərli tərəfindən "Azərbaycan ədəbiyyatı" və "Poetik məclislər" kitablarında yayımlanmışdır.[3]
İbrahim bəy, Mir Möhsün Nəvvab tərəfindən təşkil edilən və Şuşa ziyalılarının aktiv iştirak etdiyi Məclisi Fəramüşanın üzvlərindən biri olmuşdur.
İbrahim bəy Əli bəy oğlu Fuladov 1885-ci ildə elə doğulduği Şuşa şəhərində vəvat etmişdir.
Ailəsi
redaktəİbrahim bəyin atası Əli bəy Qasım bəy Zakirin oğlu olmuşdur. İbrahim bəyin Əliş bəy, Xosrov bəy adlı oğlanları vardı. Bundan başqa, o dönəmin bir digər məşhur şairi Abdulla bəy Asi, İbrahim bəyin böyük qardaşıdır. Bundan başqa, İbrahim bəyin bir digər qardaş Xudadat bəy Poladov da şair olmuşdur. Anasının adı Nənuş xanım olmuşdur.
Fuladov və ya Poladov deyə adlandırılan ailə Qarabağ xanları nəslinin nümayəndələridirlər.
İstinadlar
redaktə- ↑ Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
- ↑ Anvar, Chingizoglu. Poladovlar. Baku: Soy. 2010. 32–39.
- ↑ Əsgərli, Zaman. Azərbaycan şeri antologiyası publisher = Şərq-Qərb. Baku. 2005. 272. ISBN 9952-418-69-5. (#missing_pipe)