Ibrahim Qalin - Wikipedia
İbrahim Qalın[1][2] (türk. İbrahim Kalın, 15 sentyabr 1971, İstanbul) — Türkiyə bürokratı, diplomatı, siyasətçisi, professoru, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri, Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru, Baş nazirlik müşaviri müavini, prezidentin baş katibinin müavini, prezident sözçüsü, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli Kəşfiyyat Təşkilatının rəhbəri.
İbrahim Qalın | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1971 (53 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu, universitet müəllimi[d], musiqiçi, yazıçı |
Dini | islam |
muslimphilosophy.com/kal… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİbrahim Qalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurumun İspirli rayonunda olan bir ailənin övladı olaraq anadan olmuşdur. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü" adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi almışdır.
Ailəlidir, 3 övladı var.
İstinadlar
redaktə- ↑ "İbrahim Qalın Azərbaycana təşəkkür mesajı - FOTO". modern.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.
- ↑ Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. ""Ankara daha gözləmək fikrində deyil" - İbrahim Qalın". https://azvision.az. 6 avq 2021. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.