Ibrahim Ehrari - Wikipedia
İbrahim Əhrari | |
---|---|
Doğum yeri | Urmiya |
Fəaliyyəti | rəssam |
Həyatı
redaktəAlmaniyada yaşayan əslən Azərbaycanlı olan İbrahim Əhrari Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Elə burada da onun rəssamlığa həvəsi yaranıb. O 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə daxil olur. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və İbrahimin valideynlərinin təkidi ilə o rəssamlıq sənətindən uzaqlaşır. 1966-cı ildə İbrahim Əhrari Almaniyaya gedir və orada yaşayıb rəssamlıq, qrafika-dizayn fakultəsini bitirir. 1975-ci ildən Almaniya Rəssamlar təşkilatının işçisidir. 1988-ci ildən Azərbaycan-Almaniya mədəniyyəti təşkilatını yaradanlardan biridir.
İ.Əhrarinin əsas məqsədi odur ki, Azərbaycan mədəniyyətini Almaniyada tanıtdırıb dünyaya yaysın ki, bizim öz mədəniyyətimiz, öz dilimiz var. Filmdə atların canlı təsvirləri ilə birgə rəssamın rəsm əsərlərində də at təsvirləri üstünlük təşkil edir.
İbrahim Əhrari Azərbaycan Respublikasının Berlindəki Səfirliyi ərəfindən öz ölkəsini United Buddy Bears layihəsində təmsil edən Buddy Ayısının bəzəmək üçün dəfələrlə seçilmişdir. United Buddy Bears sərgiləri artıq 5 qitələrdə və 20-dən çox şəhərlərdə keçirilmiş və onlarda Azərbaycanı Ibrahim Əhrari bəzədiyi ayı təmsil etmişdir.
O, həmçinin Berlində Xocalı soyqırımı qurbanlarına ucaldılmış abidənin də həmmüəllifidir.