Ibrahim Sah Efsar - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Bu məqalə Əfşarlar dövlətinin sultanı İbrahim Şah Əfşar haqqındadır. Nadir Şahın qardaşı və İbrahim şah Əfşarın atası üçün İbrahim xan Əfşar səhifəsinə baxın. |
Sultan İbrahim şah, İbrahim şah Əfşar və ya tam adı ilə İbrahim şah Qırxlı-Avşar (1717–1748) — Əfşarlar xanədanlığından olan 3-cü Azərbaycan, İran vә Xorasan şahı (1748).
İbrahim şah Əfşar | |
---|---|
İbrahim şah Qırxlı-Avşar fars. ابراهیمشاه | |
6 iyul 1748 – 24 sentyabr 1748 | |
Əvvəlki | Adil şah |
Sonrakı | Şahrux şah Əfşar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xorasan, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Məşhəd, Əfşarlar dövləti |
Dəfn yeri | Məşhəd |
Fəaliyyəti | suveren[d] |
Atası | İbrahim xan Əfşar |
Həyat yoldaşı | 2 xanım |
Uşağı | 5 oğul |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | Şiə (İslam) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİbrahim xan Zəhirəddövlənin oğlu Məhəmmədəli xan 1717-ci ildə Xorasan əyalətinin Əbivərd ətrafında anadan olmuşdu. 1738-ci ildə, atasının ölümündən sonra İbrahim xan adı ilə Azərbaycanın bəylərbəyi təyin olunmuşdu.[1]
1748-ci ilin sonunda qardaşı Adil şahı taxtdan salıb gözlərinə mil çəkən İbrahim xan özünü şah еlan etdi.
Urmiya vilayətinin hakimi Mehdi xan Qasımlı-Avşar İbrahim şahın yanına gəldi. Marağada qoşuna çatdı. Miyandab ətrafında İbrahim şahla birləşdi. Ordan Əmiraslan xanın üstünə getməyi qərarlaşdılar. Leylan çəmənində iki qoşun qarşılaşdı. Savaş əsnasında Şəqaqi atlıları İbrahim şahın yanına gəldilər. İraq qoşunu da onların ardınca İbrahim xana birləşdi. Əmiraslan xan vəziyyəti bu cür görüb Kazım xan Qaradağlının yanına qaçdı. İbrahim şah onun qoşununu qarət etdi. İbrahim şah dəbdəbə ilə Təbrizə daxil oldu.
İbrahim şahın uğuru ətrafa yayıldı. Azərbaycan əmirləri sultani sovqatla onun yanına gəldilər. Məhəmmədkazım xan İbrahim şahın intiqamından çəkinib Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və xanlıq fərmanı göndərdi.
İbrahim şah Şahrux mirzə tərəfindən devrildi. O, 1748-ci ildə öldürüldü.
İstinadlar
redaktə- ↑ Perry 1997, pp. 75–76.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: "Şuşa", 2008, səh. 181–211.
Xarici keçidlər
redaktəİbrahim şah Əfşar Doğum: 1717 Vəfat: 20 may 1749
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Adil şah |
Əfşarlar imperiyası Şahı 6 iyul 1748 -24 sentyabr 1748 |
Xələfləri Şahrux şah Əfşar |