Ibn Miskeveyh - Wikipedia
İbn Miskəveyh (farsca: مُسْکُـوْيَه Muskūyah, 932–1030) — tam adı Əbu Əli Əhməd ibn Məḥəmməd ibn Yaqub ibn Miskəveyh[2] Büveyhi dövrünün fars[3] filosofu və tarixçisi. Neoplatonizm fəlsəfəsinin ardıcılı olaraq İslam fəlsəfəsinə təsir etmişdir, əsas fikirlərini əxlaq problemləri üzrə irəli sürmüşdür. Praktik etikaya, davranışa və xarakteri incələşdirməyə diqqət yetirərək "Xarakterin incələnməsi" (تهذيب الأخلاق Təhdib əl-Axlaq) adlı fəlsəfi etikaya dair ilk böyük İslam əsərinin müəllifi idi. Şəxsi etikanı ictimai aləmdən ayırdı və ağılın azad təbiətini aldadıcı çevrəyə qarşı qoyurdu. Miskəveyh dövrünün intellektual və mədəni həyatında görkəmli bir şəxs idi[3].
İbn Miskəveyh | |
---|---|
Əhməd bin Məhəmməd Miskəveyh | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Elm sahələri | teologiya, poeziya, fəlsəfə, tarix, etika |
Həyatı
redaktəMiskəveyh, Ziyarilərin nəzarəti altında olan Reydə anadan olub. Ola bilsin öncə zərdüşti olub, sonra İslamı qəbul edib, ya da onun nəsli zərdüşdi olub. Erkənyaşlarını həyatını Bağdadda keçirib, burada Büveyhi əmiri Muizz əd-Dövlənin vəziri Muhallabi'nin katibi olmuşdur. Orta fars dilini səlis bilirdi, bu dildə bəzi islamdan əvvəlki mətnləri ərəb dilinə tərcümə etmişdi. İllərlə Büveyhi vəziri Əbuül-Fədl ibn əl-Əmidlə birlikdə çalışdı. 966-cı ildə bir qrup qazi Rey Kitabxanasına tərəf getdi, ancaq Miskəveyh onu xilas edə bildi[3]. 970-ci ildə Əbül-Fadl ibn əl-Əmidin ölümündən sonra Miskəveyh sonuncu oğlu Əbul Fəthə xidmət etməyə davam etdi və 975-ci ildə onunla birlikdə Bağdada getdi.Daha sonra katib və kitabxanaçı olaraq çalışdı. Bəzi müasir mənbələr onu Saflıq qardaşları ilə əlaqələndirirdilər. Onlara görə, bu qardaşlığın yazılı mətnlərinin bir qismini məhz Miskəveyh yazmışdı[4]. Miskəveyh 1030-cu ildə İsfahanda vəfat etmişdir.
İbn Miskəveyh və tarixi nəzəriyyə
redaktəX əsr intellektual inkişafın nəticəsi olaraq, ismaililik fikrinin və şiəlik konsepsiyasının formalaşması bir sıra qüdrətli tarixi əsərlərin yaranmasına təkan verdi. Bu əsərlərin içərisində dini təfəkkürün inkişaf istiqamətlərini özündə daha parlaq əks etdirən fars milli filosofu Miskəveyhin qələminə məxsus “Tacarib əl- umam” ( Xalqların tərcürəbi) əsərini göstərmək olar. Bu əsərdə tarixi mənbələrdə küllü miqdarda istifadə olunmamış zəruri informasiya və məlumatların olduğunu qeyd edən müəllif xalqların təcrübəsini oxuculara misal kimi göstərməyə hazırlaşdığını qeyd edirdi. Siyasi tarixi fars şahlarının tarixi ilə başlayan ibn Miskəveyh əsəri fars imperiyasının məğlubiyyəti ilə davam etdirir. Dünya tarixinin ayrı-ayrı dövrlərinə və müxtəlif ölkə və xalqların tarixinə toxunan alim hər zaman tarixi hadisələri fars tarixi ilə bağlamağa cəhd göstərir. Ümümiyyətlə, X əsr müsəlman tarixi məktəbinin inkişafı və püxtələşməsi bilavasitə islam dininin siyasi səhnədə hakim mövqe tutması və Abbasilər xilafatınını çiçəklənməsi ilə bağlı idi.
Fəlsəfəsi
redaktəFarabinin fəlsəfi ideyalarından təsirlənən İbn Miskəveyhin müəllimləri arasında İbn Sina da var idi. Əsasən siyasət və əxlaq fəlsəfəsi ilə məşğul olan İbn Miskəveyh Platon və Aristotelin fəlsəfi təlimlərini islam ehkamları ilə uzlaşdırmağa cəhd göstərmişdir[5]. İbn Miskəveyhə görə, dinlə fəlsəfənin əksliyi mümkün deyildir. O, bu iddianı isbatlamaq üçün bəzi müddəalar səsləndirmişdir. Bu müddəalardan birinə görə, böyük yunan filosofl arı təkallahlılıq ideyasına əhəmiyyət verdikləri üçün onların təlimləri islam monoteizmi ilə ziddiyyət təşkil etmir: 132 “...filosof adını qazanmış böyük mütəfəkkirlərdən heç biri Allahı, Onun “yaxşılıq”, “hikmət” və “qüdrət” atributlarını inkar etməmiş, əksinə, bu atributları təsdiqləyərək isbatlamağa çalışmışlar. ...Bütün qədim yunan metafi zikləri həmrəy idilər ki, Allah mövcuddur. Bu da öz növbəsində peyğəmbərlərin təlimlərinə uyğundur”[6]. İbn Miskəveyh onu da iddia edirdi ki: “din və fəlsəfə həqiqətə dair biliyin mənbələri olduqları üçün insanın kamilləşməsinə xidmət edirlər”[7].
İbn Miskəveyhin yaradıcılığında din və fəlsəfə problemi ilə əlaqəli üç məsələnin: Allahın varlığının isbatı, nəfs və peyğəmbərlik məsələlərinin izahına cəhd göstərilmişdir. Bu üç məsələ fi losofun “əl-Fövz əl-əsğər” (Kiçik emanasiya) adlı məşhur əsərində müzakirə olunur[8]. Kitabın birinci fəslində Zəruri varlıq həm yaranma (hüdus) və “mümkünlük” (imkan) konsepsiyaları, həm də Aristotel fəlsəfəsinin “hərəkət” (hərəkə) kateqoriyası əsasında izah edilir. İbn Miskəveyh hesab edirdi ki, Allahın varlığı həqiqət baxımından açıq-aydındır. Lakin ağıl onu dərk etmək istədikdə günəşi görən göz necə qamaşırsa, ağıl da elə qamaşıb acizləşir. Metafi zik dünyanın dərki üçün duyğu orqanları kifayət etmir, odur ki, ağla ehtiyac yaranır. Metafi zika ilə hamı məşğul ola bilmir və bu, fəlsəfənin işidir[9].
Kitabının ikinci fəslində İbn Miskəveyh nəfs probleminin rasional şərhinə çalışır. Filosofa görə, nəfs (ruh) insanın əsasıdır, ağıla istiqamət verir, ölmür, metafi zik və maddi varlıqları hərəkət əsasında dərk edir.
İbn Miskəveyh yaradıcılığında peyğəmbərlik konsepsiyasının ümumi cizgiləri digər şərq peripatetiklərində olduğu kimidir. Amma İbn Miskəveyh Farabidən fərqli olaraq peyğəmbəri fi losofdan üstün hesab etmişdir[10]. O deyirdi ki, peyğəmbər həqiqətə dair biliyi “fəal ağıl”ın təsiri, təxəyyül və hissetmə qabiliyyəti (intuisiya) ilə əldə edir. Filosof isə eyni üsulla həqiqət haqqında biliyi əldə edir. “...Onların fərqi budur ki, fi losof biliyi duyğulardan başlayaraq aşağıdan yuxarıya – öz fəlsəfi mühakimələri ilə qazanır; peyğəmbər isə onu birbaşa – “fəal ağıl”dan qəbul edir”[11]. Buna baxmayaraq, eyni yolla həqiqət haqqında biliyin kəsb edilməsi peyğəmbərin gətirdiyi vəhy biliklərinin fi losof tərəfi ndən qavranılmasını asanlaşdırır. Odur ki dinlə fəlsəfənin ziddiyyəti mümkün deyildir. Buradan görünür ki, İbn Miskəveyh peyğəmbərlik institutunun rasional izahını vermiş, vəhyə ağıl prizmasından baxmışdır.
İbn Miskəveyh dinlə fəlsəfənin bir-biri ilə ziddiyyət təşkil etmədiyini bildirsə də, onların ayrı-ayrı sahələr olduğunu qeyd etməyi unutmamışdır. Yəni, fəlsəfə insan ağlının məhsuludur, din isə ilahi əmr və qadağalardan ibarətdir. Amma fəlsəfədən qədim olduğu üçün din xoşbəxtliyə çatmada əsas və birinci vasitədir[10].
Hekayət
redaktəDeyilənlərə görə, İbn Sina cavanlıqda çox lovğa və təkəbburlu imiş. Bir gün tələbə İbn Sina öz ustadı İbn Miskəveyhin dərs otağına daxil olur, şagirdlərin gözü qarşısında bir kürə fiqurunu ustadın qabağına atıb deyir: «Əgər həqiqi alimsənsə, bu kürənin səthinin sahəsini hesabla!». İbn Miskəveyh isə heç nə olmamış kimi, tam aramlıqla özünün yazdığı «Əxlaq» kitabını İbn Sinaya tərəf uzadıb belə söyləyir: «Cavan oğlan, görürəm ki, sənin bu kitabı oxumağa daha çox ehtiyacın var. Əvvəlcə öz əxlaqını islah et, sonra yanıma gəl, sualına cavab verərəm». Bu sözlər İbn Sinaya elə təsir edir ki, peşman olub təkəbbürü birdəfəlik kənara qoyur.
Başlıca əsərləri
redaktə- 1. İbn Miskəvəyh,Təzhîbu’l-Ahlâk (Tadhib al-akhlaq) və Tathiru’l-A’rak, nəşr. Hasan Təmim, Bəyrut 1398, Mısır 1329; İngilizcə Çəvirisi:Thə Rəfinəmənt of Charactər, translatəd by Constant K. Zurəyk; Fransızca Çəvirisi:Traité d’əthiquə, Muhamməd Arkoun, Dımaşk 1969;Türkcə Çəvirisi :Ahlâkı Olgunlaştırma, Türkcə’yə çəvirənlər A. Şənər-İsmət Kayaoğlu-Cihat Tunç, K.B.Y., Ankara, 1983.
- 2. İbn Miskəvəyh, əl-Fəvzü’l-Asgar (Al-Fawz al-Asghar), nəşr. A.F. Fuad, Bingazi 1974, Salih Uzəymə, Tunus 1987;Fransızca Çəvirisi: Lə Pətit Salut, Fransızca’ya çəvirən Rogər Arnaldəz; İngilizcə çəvirisi: Swəətman, Islam and Christian Thəology,London, 1947
- 3. İbn Miskəvəyh, Kitabu’l-Həvâmil və’ş-Şəvâmil, (Əbû Hayyan ət-Təvhidî ilə bərabər), nəşr. Ahmət Əmin-Səyid Ahməd Sakar, Kahirə,1370/1952.
- 4. İbn Miskəvəyh, əl-Hikmətu’l-Halidə-Câvidan-ı Hirəd, nəşr. Abdurrahman Bədəvî, Məktəbət əl Nahdat al-Mısrıyyə, Kahirə, 1952.
- 5. İbn Miskəvəyh, Kitabu’s-Saâdə, əl-Məktəbətu’l-Mahmudiyyə, Mısır 1928.
- 6. İbn Miskəvəyh, Risâlə fî Mahiyyəti’l-Adl, nəşr. Abdülaziz İzzət, İbn Miskəvəyh: Fəlsəfətühü’l-Ahlâkiyyə və Məsâdiruha, Kahirə, 1946.An Unpublishəd Trəatisə of Miskawaih on Justicə, Ləidən, 1964.
- 7. İbn Miskəvəyh, Risâlə fi’l-Ləzzati və’l-Alâmi fî Cəvhərin Nəfs, Ragıp Paşa Kütüphanəsi, no. 1463.
- 8. İbn Miskəvəyh, Əcvibətün və Əsilətün fi’n Nəfsi və’l-Akl, nəşr. Abdurrahman Bədəvî, Dırâsat və Nusûs fi’l Fəlsəfə və’l-Ulûm ində’l-Arab içində, Bəyrut 1981.Dəux əpitrəs də Miskawayh, BƏQ, IXVII, 1961-62, s. 71-74.
- 9. İbn Miskəvəyh, Kitabu’l Akl və’l Ma’kul, nəşr. Muhamməd Arkoun, “Mıskawayh: Də’l Intəlləct ət də l’Intəlligiblə”, Arabica, XI, Ləidən 1964, s. 83-87.An Əpistlə on Thə Intəlləct and Intəlligiblə, Roxannə Marcotə, ICLXX/2, Haydarabad 1996.
Mənbə
redaktəMəmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslığ institutu. Bakı: İdrak, 2019, s. 131-133.
İstinadlar
redaktə- ↑ 1 2 Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
- ↑ Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P.; et al., eds. (1993). Encyclopaedia of Islam, Vol. 7: Mif-Naz (2nd ed.). Leiden: E. J. Brill. pp. 143–144. ISBN 9004094199. Retrieved 19 August 2015.
- ↑ 1 2 3 Miskawayh. İranika ensiklopediyası.
- ↑ Nasr, Hossein (1993). An Introduction to Islamic Cosmological Doctrines. SUNY Press. ISBN 978-1-4384-1419-5, page 26.
- ↑ حمد محمود صبحي. الفلسفة األخالقية في الفكر االسالمي. االسكندرية: دار المعارف، 2002 s. 310.
- ↑ . İslam ansiklopedisi: 32 cilddə, İstanbul (Ankara): Türkiye Diyanet Vakfı, 1998-2009, c. XX, s. 204.
- ↑ Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 142.
- ↑ Altıntaş Ramazan. İbn Miskeveyhin adalet anlayışı // C.Ü.İlahiyat Fakültesi Dergisi, Sivas, 1998, №2, s. 13.
- ↑ .إسماعيل بن محمد العجلوني الجراحي. كشف الخفاء ومزيل االلباس عما اشتهر من االحاديث على ألسنة الناس. في مجلدين، المجلد االول. دمشق: مكتبة القدسي، 1351 s. 35-40.
- ↑ 1 2 Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 140.
- ↑ بن المسكويه. الفوض االصغر. تحقيق:صالح عذيمة. تونس،1987 s. 128.
Xarici keçidlər
redaktə- Muslim Philosophy/Ibn Miskawayh (ing.)
- Unesco (PDF) (ing.)
- Britannica (ing.)