Isxan Titul - Wikipedia
İşxan_(titul) - Haqqında Məlumat
İşxan — Hind–Avropa mənşəli termin olub hərfən "hakim", "ağa" deməkdir. Erkən orta əsrlərdə Qafqaz Albaniyasında və Ermənistanda "azqapet", "nahapet" (tayfa başçısı) terminlərinin sinonimi. Əsasən tayfa başçısının siyasi hakimiyyətini (knyazlığın, vilayətin, ölkənin idarə olunması) bildirmək üçün işlədilirdi. VI əsrdən Qafqaz Albaniyasında "işxan" termini müstəqil məna daşıyırdı.[1]
İstinadlar
redaktə- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 42.