Icmeli Su - Wikipedia
İçməli su — içilməsi ya da yeməklərdə istifadəsi təhlükəsiz olan və sağlamlığa zərər vurmayan sulardır. Dünyada insanların 91%-i içməli su tapa bilir.[1] Təxminən 4,2 milyard nəfər kran suyundan istifadə edir. Geri qalan 2,4 milyard nəfər isə quyu sularından istifadə edir. 1,8 milyard nəfər içilməsi təhlükəli olan su mənbələrindən istifadə edir. Bu mənbələrdən istifadə zamanı insanlar müxtəlif infeksiyalara yoluxa bilərlər. Xüsusilə inkişaf etmiş ölkələrdə kran suyu içməli suyun keyfiyyət standartlarına cavab verir. Ancaq qida hazırlanmasında daha az istifadə edilir. Su təmizləmə, ayaqyolu və suvarma kimi sahələrdədə işlədilir. Qlobal olaraq insanların 89%-i təmiz su mənbələrindən istifadə edir.[2] Su ilə yayıla bilən xəstəliklərin azaldılması və su mənbələrinin təmizlənməsi inkişaf edən ölkələrdə əhəmiyyətli sağlamlıq tədbiridir.
İçməli su | |
---|---|
Rəngi | şəffaf |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Ann C. Grandjean. 3 // Water Requirements, Impinging Factors, and Recommended Intakes (pdf). World Health Organization. August 2004. 25–34. 2016-02-22 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Water Fact sheet N°391". July 2014. 5 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2015.