Urfi Sirazi - Wikipedia
Ürfi Şirazi (d.1556-ö. 1591) — İran şairi.
Ürfi Şirazi | |
---|---|
Cəmaləddin Məhəmməd bin Zeynalabidin Əli Bələvi Şirazi | |
Doğum tarixi | |
Doğum yeri | Şiraz |
Vəfat tarixi | |
Vəfat yeri | Lahor |
Vəfat səbəbi | Dizenteriya |
Dəfn yeri | Nəcəf |
Fəaliyyəti | şair |
Həyatı
redaktə1556-cı ildə Şirazda doğulmuşdudu. Əsl adı Cəmaləddin Məhəmməddir. Şirazda idari və hüquqi vəzifələr daşımış atası Zeynalabidin Əli Bələvinin məsləyinə nisbətlə "Ürfi" təxəllüsünü işlətmişdi. Bəzi təzkirə kitablarında seyyid deyə dəqiqləndirilmişsə də, bunun doğru olmadığı söylənmişdir (Hüccəti, IV, 1760). Şirazda təhsil görən Ürfi xətt və musiqidə məharət qazandı. Kiçik yaşlarından etibarən şeirə olan meyli onu şeir məclislərinə sövq etdi. Tərxi Şirazi, Qədri Şirazi və Molla Qeyrəti kimi şair və ədiblərin məclislərinə qatılaraq şeir yazmaq istedadını inkişaf etdirdi. Ədəbi və elmi fəaliyətləri dəstəkləyən Səfəvi hökmdarları I Şah Təhmasib ilə I Şah Abbasın şeir məclislərində yer aldı. Bu məclislərdə oxunan Baba Fiqaninin qəzəllərindən təsirləndi və başlangıcda qəzələ yönəldi. Qürurlu, sərt və uyuşmaz məzacından dolayı çevrəsiylə keçinəməməsi, ayrıca yaxalandığı bir xəstəlikdən dolayı üzündə meydana gələn şəkil pozuqluğu səbəbiylə cəmiyyət önünə çıxa bilməməsi onun ölkəsindən ayrılmasına səbəb oldu. Sultan Məhəmməd Babur sarayında ədəbi çevrələrin sahib olduğu etibarın da təsiriylə 989-cu (1581-ci) ildən öncə Əhmədnaqara, ardından Gürkanlıların mərkəzi Fətihpur Sikriyə getdi. Burada Əkbər şah sarayının öndə gələn şairlərindən Feyzi-i Hindi ilə qarşılaşdı. Feyzi onu sarayın məliküş-şüərası Məsihuddin Əbülfəth Gilaniylə tanış etdi. Onun aracılığıyla sənət sevər sərkərdə Əbdürrəhim xan Baharlı Xani-Xənanın xidmətinə daxil oldu. Bu yolla Əkbər şaha və Şahzadə Səlimə yaxınlıq etmiş oldu. Əkbər şahın Kəşmir səfəri münasibətiylə yazdığı "Qaśidə-i Kəşmiriyyə"ni ona təqdim etdi və həyatının sonuna qədər sarayda qaldı.
Ürfi Şirazi 999-cu (1591-ci) ildə Lahorda dizenteriya xəstəliyindən öldü və orada dəfn edildi, nəəşi otuz yıl sonra Nəcəfə göndərildildi. Daha sonraki təzkirə müəllifləri onun zəhərlətdilərək öldürüldüyünü qeyd edirlər. (Ağa Məhəmməd Əli, III [1929], s. 99).
Yaradıcılığı
redaktəÜrfi Şirazi, ölümündən öncə şeirlərini qaydaya salması üçün Əbdürrəhim xan Baharlı Xani-Xənana göndərmiş, o da bunları şair Məhəmməd Qasım İsfahaniyə verərək tərtib etməsini istəmişdi. Bu düzənləmə sonucunda qəzəl, qəsidə, qitə, rübai və məsnəvilərindən ibarət 14.000 beyitlik bir divan ortaya çıxmışdır. Qəsidələrində onun tibb, məntiq və fəlsəfə elminə də aşina olduğu görünür. "Məasir-i Rəhimi" əsərinin müəllifi Əbdülbaki Nəhavəndi 1028-ci (1619-cu) ildən sonra bu divana bir önsöz yazmışdır. "Səbk-i Hindi"nin ilk təmsilçiləri arasında yer alan, onu son dərəcə bəyənən və Ənvəri, Xaqani, Nizami və Sədi kimi önəmli şairləri belə bəyənməyən Ürfi Sədi Şirazinin divanını istinsah etmiş və şiirlərindən təsirlənmişdir. Ürfi, Nizami Gəncəvinin "Məhzənül-əsrar" (Sirlər xəzinəsi)nı təqlidlə "Məcmaul-əbkar", "Xosrov vı Şirin"ini təqlidlə" Şirin u Fərhad" məsnəvilərini yazmışsa da, özünə xas məzmunlar işlətdiyi bu əsərləri tamamlaya bilməmişdir. Bəzilərinə görə divanın içində olan "Saqinamə" də müstəqil bir əsərdir. Ayrıca təsəvvüflə ilgili mənzum və mənsur bir çalışma olan "Risalə-i Nəfsiyyə"ni qələmə almışdır. Qəsidələrinə yazılan şərhlər arasında Mirza Can Naminin "Miftahun-nikat"ı anıla bilir (Hüccəti, IV, 1762). Bütün şeirlərini və "Risalə-i Nəfsiyyə"sini bir araya gətirən "Külliyyat"ı 1880-ci ildə Kanpurda nəşr olunmuş, Qulam Hüseyn Cəvahiri (Tehran 1960, 1357 h.ş./ 1978) və Məhəmməd Vəliyyülhaq Ənsari (Tehran 1378 h.ş.) tərəfindən təhqiqli nəşrləri var. Divanı isə ayrı olaraq çap edilmişdir (Tehran, 1369 h.ş.).
Məşhur Hind ədəbiyyatşünası Şibli-Nəmani öz "Şerül-Əcəm" adlı əsərində Xaqani yaradıcılığından danışarkən belə deyir: "Şübhəsiz ki, Xaqani bütün şairlərdən üstündür. Ürfi Şirazi öz sonsuz qüruruna baxmayaraq Xaqanidən mütəəssir olmuşdur". Öz sənəti və şairliyi barədə olduqca yüksək fikirdə olan, bir çox şairləri bəyənməyən və əsrinə meydan oxuyan Movlana Seyid Məhəmməd Ürfi Şirazi də Xaqaniyə nəzirə yazan şairlər silsiləsindən kənarda qala bilmədi. (Şibli "Nemani. Şeyrül-əcəm", cild 5, səh.10 və 230, burada Ürfi Ənvəridən yüksək qiymətləndirilir. Şəmsəddin Sami dəxi öz "Qamus-ül-Əlamində" Ürfi Şiraziyə böyük bir qiymət verərək deyir: "O, sənətdə yeni cığır açmış çox mürəkkəb ifadələr yaradaraq böyük şöhrət qazanmışdır".) O da "Ümmani-cəvahir" adlandırdığı 182 misralıq olduqca abidar qəsidəsini yenə ustad Xaqani kimi başladı: "Mənim qəlbim eşq bağbanıdır. Heyranlıq onun gülüstanıdır. Onun bağının darvazası əzəliyyətdə, xiyabanının sonu əbədiyyətdədir". O, bu qəsidədə bütün özündən qabaq gələn nəzirə yazanların heç birini yad etmir və ancaq Xaqaniyə müraciət edərək deyir: "O Xaqani ki, İsa nəfəsi arzsusunda idi, budur mən səbanın köməyi ilə bu nəfəsi onun üçün Şirvana göndərirəm…"
Xarici keçidlər
redaktə Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |