Umumcin Xalq Numayendeleri Meclisi - Wikipedia
Ümumçin Xalq Nümayəndələri Məclisi[1] (ÜXNM) və ya Ümumçin Xalq Nümayəndələri Yığıncağı (ÜXNY)[2] - Çin Xalq Respublikasının qanunverici orqanı. Dövlət hakimiyyətinin ali orqanı olan ÜXNM 2980 üzvü ilə dünyanın sayca ən böyük dövlət orqanı hesab olunur.[3] ÜXNM-ə seçkilər beş ildən bir keçiril. Sessiyalar payız aylarında ÇXR-nin paytaxtı Pekinin Siçen rayonunda yerləşən Böyük Xalq Zalında keçirilir və 10-14 gün davam edir. ÜXNM Daimi komitəsi ÜXNM-dən fərqli olaraq, ilk boyu görüşlər keçirir. Ancaq Daimi komitənin üzvləri həm qərarvermə, həm də tətbiq etmə vəzifəsi tuta bilməzlər. Daimi Komitənin tərkibinə sədr, sədrin müavinləri, məsul katib və Daimi Komitənin üzvləri daxildir. Daimi Komitə ÜXNY-nın qanun layihələrini təsdiq edən və qətnamələr çıxaran altı funksional ixtisaslaşmış komitəsinin: maliyyə və iqtisadiyyat işləri üzrə; milli məsələlər; təhsil, elm, mədəniyyət və səhiyyə; xarici işlər və hüquqi işlər üzrə fəaliyyətini istiqamətləndirir. Komitə parlament prinsipi üzrə fəaliyyət göstərir: Konstitusiyanı və cari qanunları hərəkətə gətirir, dekretlər dərc edir, daha aşağı səviyyəli hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edir, nazirləri və vəzifəli şəxsləri təyin və azad edir.
Ümumçin Xalq Nümayəndələri Məclisi | |
---|---|
中华人民共和国全国人民代表大会 | |
XIII Ümumçin Xalq Nümayəndələri Məclisi | |
Ümumi məlumatlar | |
Qısaltma adı | 全国人大 |
Növü | İki palatalı parlament |
Təsis tarixi | 27 sentyabr 1954 |
İdarə heyəti | |
ÜXNM Rəyasət Heyəti | Ümumçin Xalq Nümayəndələri Məclisi Rəyasət Heyəti (Müvəqqətidir, ÜXNM sessiyaları başlamadan əvvəl açılır, sessiyalar nəticələndikdən sonra sonlandırılır) |
ÜXNM Daimi Komitəsinin Sədri |
Çjao Ledji, Çin Kommunist Partiyası 17 mart 2018-dən bəri tarixindən |
ÜXNM Daimi Komitəsinin məsul katibi |
Lü Tsi, Çin Kommunist Partiyası 17 mart 2018-dən bəri tarixindən |
ÇKP MK baş katibi | Si Tsinpin, Çin Kommunist Partiyası |
Quruluşu | |
Üzvlərin sayı |
5 mart 2018: 2980 ÜXNM üzvü 175 ÜXNM Daimi Komitəsinin üzvü |
ÜXNM siyasi partiyalar |
22 yanvar 2021-dən bəri:[a]
Vahid Cəbhə və müstəqillər (855):
Boş (29):
|
ÜXNM Daimi Komitəsi fraksiyalar |
22 yanvar 2021-dən bəri:
Vahid Cəbhə və müstəqillər:
Boş (5):
|
Seçkilər | |
ÜXNM Səsvermə sistemi | Təsdiq səsverməsi |
ÜXNM Daimi Komitəsi Səsvermə sistemi | Təsdiq səsverməsi |
ÜXNM Sonuncu seçkilər | dekabr 2017 – yanvar 2018 (5 illik) |
ÜXNM Daimi Komitəsi Sonuncu seçkilər | 18 mart 2018 (5 illik) |
Məclis zalı | |
Sayt | |
en.npc.gov.cn.cdurl.cn npc.gov.cn |
|
Qeydlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumçin Xalq Nümayəndələri Məclisi dövlətin qanunvericiliyini həyata keçirir; ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir, dövlət aparatının yüksək vəzifələrinə namizədləri təsdiq edir və seçir, ÜXNY-nın Daimi Komitəsi üzvlərini seçir; ÇXR sədrini və onun müavinlərini seçir; Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir; Mərkəzi Hərbi Şuranın (MHŞ) sədrini seçir və MHŞ-nin digər üzvlərini təsdiq edir; Ali Xalq Məhkəməsinin sədrini seçir; Ali Xalq Prokurorluğunun Baş Prokurorunu seçir.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Kommunist partiyasının 340 nəfər üzvü olan Mərkəzi Komitəsi tərəfindən seçilir.
Tarixi
redaktəTzin sülaləsi ilk məclisi 1910-cu ildə formalaşdırsa da, praktikada bu orqanın heç bir səlahiyyəti yox idi və ancaq məşvərətçi şura kimi fəaliyyət göstərirdi. Sinxay inqilabından sonra 1913-cü ildə iki palatalı parlamentə keçirilən seçkilərdə kütləvi rüşvət halları qeydə alınsa da, 300 sivil qrupun iştirak etdiyi bu seçkilər Çin tarixinin ən rəqabətcil seçkisi idi. Seçkilərin nəticəsində milliyətçi partiya olan Homindan 870 yerdən 438-ə sahib olmuşdu.
Çinin mövcud Çin Respublikası konstitusiyası 25 dekabr 1947-ci ildə qüvvəyə mindi və ilk sessiya 1948-ci il 18 mayda 760 üzvlə keçirildi. Konstitusiyaya görə məclis Prezident və Vitse-Prezidenti 6 illiyə seçməli idi, seçilən prezidentlərin öz siyasi məsuliyyətlərini yerinə yetirmədikləri təqdirdə, məclisin onları vaxtından əvvəl vəzifədən uzaqlaşdırmaq səlahiyyəti var idi.
1949-cu ildəki Çin vətəndaş müharibəsində məğlub olan Çin Respublikası hökuməti Tayvana qaçmaq məcburiyyətində qaldı. Məclis müvəqqəti iclaslar keçirsə də, uğurlu olmadı.
Hələ 1945-ci ildən, artıq Homindan və Çin Kommunist Partiyası arasında İkinci Dünya müharibəsindən sonrakı reformlar barədə Siyasi Məşvərətçi Konfrans vasitəsi ilə yeni danışıqlara başladı. Homindanın qərarı ilə 10-31 yanvar 1946-cı ildə ilk Siyasi Məşvərətçi Konfrans çağırıldı. Burada Homindan, Çin Kommunist Partiyası, Çin Gənclər Partiyası və Çin Demokratik Liqası, o cümlədən müstəqil nümayəndələr təmsil olundu.
1949-cu ilin sentyabrında keçirilən ikinci Siyasi Məşvərətçi Konfrans müxtəlif dost partiyalardan nümayəndələr dəvət etdi və yeni dövlət quruculuğunun müzakirəsi başladı. Bu konfransda konfransın adı Xalq Siyasi Məşvərətçi Konfransı olaraq dəyişdirildi. İlk konfransa 5 il ərzində defakto konstitusiya rolu oynayan Ümumi Proqram qəbul etmişdi. Bu konfrans yeni dövlət himni, paytaxt şəhər və dövlət adı, o cümlədən Çin Xalq Respublikasının ilk hökumətini qəbul etdi. Praktikada ilk Xalq Siyasi Məşvərətçi Konfransı konstitusional konvesniya kimi xidmət edir. Bu, defakto olaraq ÇXR-nin növbəti beş ildəki qanunverici orqanı idi.
1954-cü ildə konstitusiya öz funksiyasını Ümumçin Xalq Nümayəndələri Məclisinə ötürdü.
Vəzifə və öhdəlikləri
redaktəÜmumçin Xalq Nümayəndələri Məclisinin əsas 4 funksiyası var:[4]
- Konstitusiyaya düzəlişlər etmək və onların tətbiqinə nəzarət
- Əsas qanunvericiliyə düzəlişlər
- Mərkəzi dövlət orqanın üzvlər seçmək və təyin etmək
- Dövlət məsələlərini təyin etmək
Seçkilər
redaktəAşağıdakı cədvəldə müxtəlif illərdə ÜXNM-ə keçirilən seçkilər verilib.
Məclis | İl | Ümumi deputatlar | Qadın deputatlar | Qadın % | Azlıq deputatlar | Azlıq % | İstinadlar |
---|---|---|---|---|---|---|---|
Birinci | 1954 | 1226 | 147 | 12 | 178 | 14.5 | [5] |
İkinci | 1959 | 1226 | 150 | 12.2 | 179 | 14.6 | [5] |
Üçüncü | 1964 | 3040 | 542 | 17.8 | 372 | 12.2 | [5] |
Dördüncü | 1975 | 2885 | 653 | 22.6 | 270 | 9.4 | [5] |
Beşinci | 1978 | 3497 | 742 | 21.2 | 381 | 10.9 | [5] |
Altıncı | 1983 | 2978 | 632 | 21.2 | 403 | 13.5 | [5] |
Yeddinci | 1988 | 2978 | 634 | 21.3 | 445 | 14.9 | [5] |
Səkkizinci | 1993 | 2978 | 626 | 21 | 439 | 14.8 | [5] |
Doqquzuncu | 1998 | 2979 | 650 | 21.8 | 428 | 14.4 | [5] |
Onuncu | 2003 | 2985 | 604 | 20.2 | 414 | 13.9 | [5] |
On birinci | 2008 | 2987 | 637 | 21.3 | 411 | 13.8 | [6] |
On ikinci | 2013 | 2987 | 699 | 23.4 | 409 | 13.7 | [7] |
On üçüncü | 2018 | 2980 | 742 | 24.9 | 438 | 14.7 | [8] |
İstinadlar
redaktə- ↑ Çin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 5. ISBN 978-9952-441-11-6.
- ↑ Əli Həsənov və Adil Vəliyev. Dünya ölkələrinin müasir siyasi sistemləri (PDF). Bakı. 2013. səh. 708. ISBN 978-9952-460-15-5.
- ↑ International Parliamentary Union. "IPU PARLINE Database: General Information". 6 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2017.
- ↑ "Functions and Powers of the National People's Congress". The National People's Congress of the People's Republic of China. The National People's Congress. 18 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Number of Deputies to All the Previous National People's Congresses in 2005 Statistical Yearbook, source: National Bureau of Statistics of China". 4 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2010.
- ↑ 十一届全国人大代表将亮相:结构优化 构成广泛. Npc.people.com.cn (çin). 6 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2012.
- ↑ Xinhua News Agency. "New nat'l legislature sees more diversity". Npc.gov.cn. 10 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2013.
- ↑ 12th Congress information from International Parliamentary Union. "IPU PARLINE Database: General Information". 5 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2013.
Xarici keçidlər
redaktə- NPC observer
- Full coverage of the 2016 NPC & CPPCC sessions - China.org.cn
- Full coverage of the 2014 NPC & CPPCC sessions - China.org.cn
- English version of the Official website of the NPC
- NY Times article on the detainment of would-be petitioners to the NPC
- Information on National People's Congress and Standing Committee
- English version of the Standing Committee of Beijing Municipal People's Congress Arxivləşdirilib 2020-07-25 at the Wayback Machine