Ulvi Hesenli - Wikipedia
Ülvi Həsənli (tam adı: Ülvi Fəxrəddin oğlu Həsənov; d. 10 avqust 1987, Kirovabad) — Azərbaycan jurnalisti və siyasi fəalı. O, əvvəllər Dalğa Gənclər Hərəkatı, Azad Gənclik Təşkilatı, Demokratik Qüvvələrin Milli Şurası və NİDA Vətəndaş Hərəkatı kimi təşkilatlarda fəaliyyət göstərmişdir. Həsənli hal-hazırda "AbzasMedia"nın rəhbəridir.
Ülvi Həsənli | |
---|---|
Doğum tarixi | 10 avqust 1987 (37 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, siyasi fəal[d] |
Üzvlüyü |
Fəaliyyət göstərdiyi dövrdə çoxlu təzyiqlər ilə üzləşən Həsənli 2023-cü ilin noyabr ayında saxlanılmış və cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilmişdir.
Həyatı
redaktəErkən illəri
redaktə18 avqust 1987-ci il tarixində Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur.[1] O, 2005-ci ildə Gəncə şəhər 29 saylı orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur, lakin siyasi fəaliyyətinə görə 2006-cı ildə akademiyadan uzaqlaşdırılmışdır. Həsənli sonradan 2008–2013-cü illərdə Azərbaycan Turizm ve Menecment Universitetində təhsil almışdır.[2]
Fəaliyyəti
redaktə2000-ci illərdə Dalğa Gənclər Hərəkatında fəaliyyət göstərmiş və təşkilatın sədri olmuşdur. O, sonradan 2011-ci ildə yaradılmış Azad Gənclik Təşkilatının təsisçisi və sədri olmuşdur.[3][4] O, 2013-cü ilin noyabr ayında bu vəzifədən istefa vermişdir.[5] Eyni zamanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan[5] Həsənli bundan sonra NİDA Vətəndaş Hərəkatına üzv olmuşdur.[6] NİDA VH-də fəaliyyət göstərdiyi dövrdə[7] sonradan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü olmuşdur.[8]
Ülvi Həsənli 2016-cı ildə təsis edilən "AbzasMedia" onlayn nəşrinin direktorudur.[9] Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, "Abzas Media" 2014-cü ildən bəri müstəqil media və mətbuat azadlığı qruplarına qarşı bir sıra reydlər, həbslər və cinayət araşdırmalarından sonra Azərbaycanda qalan bir neçə müstəqil qurumdan biridir.[10] "AbzasMedia" hökumət məmurlarının biznes sövdələşmələr, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya faktları ilə bağlı araşdırmaları ilə tanınır.[11] Bundan başqa, Ülvi Həsənli 2020-ci ildə Azərbaycanda parlament seçkilərində bitərəf namizəd kimi iştirak etmişdir.[1]
Hökumət təzyiqləri
redaktəÜlvi Həsənli siyasi fəaliyyəti dövründə Azərbaycan hökumətinin davamlı təqibi ilə üzləşmişdir.[12] O, 2011-ci ilin martında "Böyük Xalq Günü" aksiyasında saxlanılmışdır.[13] Həsənli 2017-ci ilin sentyabr ayında məcburi hərbi xidmət ilə bağlı tibbi müayinədən keçmiş və ona revmatizm və böyrək problemlərinə görə 2019-cu ilədək möhlət verilmişdir.[14] Buna baxmayaraq, oktyabr ayında Həsənli üçün yenidən müayinə təyin edilmiş,[15][14] müayinədən ötrü getdiyi xəstəxanada hərbi polis tərəfindən saxlanılmışdır. Hərbi komissarlığa aparılan gənc fəal ardınca Bərdə rayonunda hərbi hissəyə göndərilmişdir.[16][17] Bu zaman ona hərbi xidmətə aparılması barədə xəbərdarlıq edilməmiş, ailəsi ilə vidalaşmaq və işlərini yoluna qoymaq imkanı verilməmişdir.[14] Həmin ilin noyabrında Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin sədrliyi ilə NİDA Hərəkatının fəalı Ülvi Həsənlinin qanunsuz həbs edilməsi və ona qarşı qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalması barədə şikayətinə baxılmışdır, lakin onun şikayəti təmin edilməmişdir.[18] O, 2022-ci ildə KİV-ləri dövlət media reyestrində qeydiyyatdan keçməyə məcbur edən qanunvericiliyə etiraz edən üç jurnalistdən biri idi. Həsənli həmçinin, 2023-cü ilin iyununda Söyüdlü hadisələri haqqında məlumat verdiyinə görə Azərbaycan polisi tərəfindən Binəqədi rayon Polis İdarəsində saxlanılmışdır.[12][19] O, həmin il ABŞ səfirliyində bir qrup siyasi fəalın keçirdiyi fleş-mob zamanı saxlanılmışdır.[20]
Həbs edilməsi
redaktə2023-cü ilin noyabr ayında Azərbaycanın hökumətyönlü media orqanlarında "AbzasMedia", "AzadlıqRadiosu", "Amerikanın Səsi", "BBC Azərbaycanca", "ToplumTV" və "MeydanTV"yə qarşı ittihamlar səslənmiş, onların hakimiyyətin "Qarabağda qazandıqlarına kölgə saldığı" iddia edilmişdir.[21] 20 noyabr 2023-cü ildə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı Ülvi Həsənlinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıldığını bildirmişdir.[22] O, əlavə etmişdir ki, bu hadisə siyasi motivlidir və Həsənlinin jurnalist fəaliyyəti ilə əlaqədardır.[23] Sonradan Həsənlinin Bakı Şəhər Baş Polis İdarəsinə aparıdlığı məlum olmuşdur.[24] Həsənli saxlanıldıqdan sonra hakimiyyət qüvvələri "AbzasMedia"nın Bakı ofisində axtarış apararaq jurnalistlərin redaksiyaya daxil olmasına imkan verməmişdir.[25] Polis həmçinin, "AbzasMedia"nın ofislərində axtarış zamanı 40 min avro nağd pul tapdığını iddia etmişdir,[26] lakin "AbzasMedia" bu pulun Həsənliyə qarşı ittihamları saxtalaşdırmaq üçün yerləşdirildiyini qeyd etmişdir.[11] Bundan başqa, Həsənlinin ifadələrinə görə, o, saxlanıldığı zaman polis tərəfindən işgəncə və fiziki zorakılığa məruz qalmışdır. "AbzasMedia"nın verdiyi açıqlamaya görə, müstəntiqlərin ona verdiyi suallar həmin dövlət orqanlarının korrupsiya ilə bağlı araşdırmaları haqqında olmuşdur.[25][27] Sonradan Sevinc Vaqifqızı da hava limanında polis tərəfindən saxlanılmışdır.[28] Ülvi Həsənli cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilmişdir.[29]
"Amnesty International",[12] Jurnalistləri Müdafiə Komitəsi,[10] Beynəlxalq Mətbuat İnstitutu[25] kimi qurumlar Ülvi Həsənlinin həbsini qanunsuz adlandırmış və onun azad edilməsini tələb etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 ""AbzasMedia"nın direktoru Ülvi Həsənli kimdir? Niyə saxlanılıb?". Meydan TV (az.). 22 noyabr 2023. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2024.
- ↑ "Ülvi Həsənlinin bioqrafiyası". 17 iyul 2013. 21 iyul 2013 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "N!DA və Azad Gənclik Təşkilatı fəallarının məhkəməsi başlayıb". BBC News Azərbaycanca. 5 noy 2013. 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ Şahvələd Çobanoğlu. "Cəhənnəm iztirabları". kultura.az (ingilis). 10 noyabr 2012. 21 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2023.
- ↑ 1 2 "Ülvi Həsənli "Azad Gənclik"dən getdi". 7 sen 2013. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ ""Azad Gənclik" təşkilatının həmtəsisçisi istefa verdi". 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Eks-NİDA üzvü dostlarına ağır cəza verən hakimin katibi oldu". 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "NİDA üzvü Elgiz Qəhrəmanov həbs olunub [NİDA fəalı Ülvi Həsənli ilə müsahibə-audio]". Voice of America. 15 avq 2016. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ ""AbzasMedia"nın direktoru saxlanılıb". Voice of America. 20 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ 1 2 Staff, C. P. J. "Azerbaijan police arrest Abzas Media director Ulvi Hasanli, raid outlet". 20 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ 1 2 "Azerbaijani police raid AbzasMedia offices and detain director". 20 noy 2023. 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ 1 2 3 "Azerbaijan: Significant concerns about detained journalist Ulvi Hasanli". Amnesty International. 20 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Aksiya təşkialtçısı həbs olunan gənclərin SİYAHIsını açıqladı". modern.az. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ 1 2 3 "NİDA fəalı hərbi xidmətə aparılıb". turan.az. 21 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Hacı Zamin: 'Həkim dedi, səni bu cür zəif gözlə hərbi hissəyə necə göndəriblər?'". 27 okt 2017. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21 – www.azadliq.org vasitəsilə.
- ↑ "Ülvi Həsənli əsgərliyə aparılıb — Yenilənib". Qafqazinfo. 26 okt 2017. 2017-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Axına qarşı". Azadlıq Radiosu. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Ülvi Həsənlinin şikayəti təmin edilməyib". turan.az. 21 noy 2023.
- ↑ ""Abzas Media"nın direktoru Ülvi Həsənli Polis İdarəsinə çağırılıb". Voice of America. 23 iyn 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ Узел, Кавказский. "Феминистки устроили флешмоб на приеме в посольстве США в Азербайджане". Кавказский Узел. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Beynəlxalq qurumlar Ülvi Həsənliyə azadlıq tələb edir". 21 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21 – www.azadliq.org vasitəsilə.
- ↑ "Abzas Media-nın direktoru Ülvi Həsənli saxlanılıb". turan.az. 20 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Numerous journalists connected to Azerbaijani news site arrested". 21 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Abzas Media-nın direktoru Ülvi Həsənli saxlanılıb – IRFS". 20 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ 1 2 3 "Azerbaijan: IPI demands immediate release of Abzas Media director Ulvi Hasanli". 20 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Azerbaijani Authorities Detained Head of Independent Media". www.occrp.org. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ Узел, Кавказский. "Азербайджанский журналист Гасанли задержан силовиками". Кавказский Узел. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- ↑ "Azerbaijan arrests 2 journalists for exposing alleged high-level corruption | Free Malaysia Today (FMT)".
- ↑ "Ülvi Həsənli qaçaqmalçılıqda ittiham edilir". 21 noy 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.