Uctepe Agcabedi - Wikipedia
Üçtəpə — Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Üçtəpə kurqanları olan ərazidədir.
Üçtəpə | |
---|---|
Ölkə |
Tarixi
redaktəMiladdan öncə X-IX əsrlərə aid yaşayış yeri olan Üçtəpə Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Üçtəpə kurqanları olan ərazidə qeydə alınmışdır. Burada aparılmış arxeoloji qazıntılar zamanı Üçtəpədən yarımköçərilərə məxsus olan qazma tipli ev qalıqları, təsərrüfat quyuları, ocaq qalığı, saxsı qablar(cam, xeyrə, bardaq, küp və s.), daşdan (dəndaşı, sürtgəc, həvənglər və s.), obsidian və çaxmaqdaşından (bıçaq, ərşin, ox ucu, və s.), metal, sümük və s.-dən alətlər aşkar edilib. Üçtəpədən üzəri şirli daş üzük, balıqqulağı və s.-də tapılmışdır. Bu əşyalar yerli əhalinin Yaxın Şərq ölkələri ilə əlaqəsini göstərir.
Toponimikası
redaktəÜçtəpə oronimi üç və təpə sözlərindən ibarətdir. Bu yuksəkliklər üç ayrı-ayrı təpədən ibarət olduğu üçün toponim belə adlanmışdır. müsbət relyef forması bildirən təpə coğrafi termininin iştirakı ilə Azərbaycan oronimiyasında 4000-dən çox oroqrafik obyekt qeydə alınıb. Üçtəpə coğrafi adına Abşeron, Cəlilabad, Xanlar, Ordubad və başqa rayonlarımızın da ərazisində rast gəlirik.[1]
Arxeoloji tədqiqatlar
redaktəBu kurqan-təpə Salmanbəyli kəndinin 400 metrliyində yerləşir. İlk dəfə məşhur sovet arxeoloqu Aleksandr Aleksandroviç İessen (1896–1964)burada qazıntılar aparmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası."Təhsil" NPM, Bakı-2007