Uc Xalq Prinsipi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Üç xalq prinsipi (millətçilik, demokratiya və xalq rifahı) [1]- (Sanmin doktrinası - ənənəvi Çin heroqlifləri ilə: 三民主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 三民主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: Sān Mín Zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : сань минь чжуи) - Çin filosofu və siyasi xadimi Sun Yatsen tərəfindən işlənilmiş və təkmilləşdirilmiş siyasi doktrina. Çinin azad, çiçəklənən və güclü dövlətə çevrilməsinə istiqamətləndirilmiş siyasi fəlsəfənin tərkib hissəsi.
"Üç xalq prinsipi" ideologiyası daha çox Çin Respublikasının (Tayvan) dövlət quruluşu haqqında baxışlar sistemi və Homindan ideologiyası əsasında formalaşmışdır. Bu "xalq prinsipləri" Tayvanın dövlət himninin birinci sətrində və və Tayvan Konstitusiyasının birinci maddəsində də öz əksini tapmışdır [2].
Prinsiplərin təsviri
redaktəMillətçilik
redaktəMillətçilik prinsipi - ənənəvi Çin heroqlifləri ilə: 民族主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民族主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínzú zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньцзу чжуи) - Çinin imperialist dövlətlərinin dominionluğundan azad olunmasını nəzərdə tuturdu. Sun Yatsen hesab edirdi ki, bu məqsədə çatmaq üçün "vətəndaş millətçiliyi"nin (etnik mərkəzləşdirilmənin əksinə) inkişaf etdirilməsi və Çinin müxtəlif xalqlarının, ilk növbədə, beş əsas xalqın (xantsıların, monqolların, tibetlilərin, mancurların və uyğurların bir hissəsini təşkil edən müsəlmanların) birləşdirilməsi zəruridir. Bu beş xalqın birliyi Çin Respublikasının (1911-1928) beş rəngli bayrağında öz ifadəsini tapmışdır. Əslində isə bu nəzəriyyə həmin xalqların süni şəkildə mancur mənşəli Tsin imperiyasının süqutundan sonra özünüidarə hüququ almış xantsıların milli dövlətinin - Çin Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tuturdu.
Xalq hakimiyyəti
redaktəDemokratiya prinsipi - ənənəvi Çin heroqlifləri ilə: 民權主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民权主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínquán zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньцюань чжуи) - qərb yönümlü konstitusiya idarəçiliyinə uyğun gəlirdi. Sun Yatsenin ideyasına əsasən Çinin siyasi həyatı üçün ən ideal variant hakimiyyətin iki yerə bölünməsidir:
Siyasi hakimiyyət
redaktəSiyasi hakimiyyət - ənənəvi Çin heroqlifləri ilə: 政權, sadələşdirilmiş Çin heroqlifləri ilə: 政权, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: zhèngquán, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : чжэнцюань) Qərbdə olduğu kimi vətəndaşlıq hüquqlarının və parlament hüquqlarının siyasi tələblərdə ifadə olunması. Bu kateqoriyaya hüququn dörd növü daxil idi - seçki hüququ, seçilmiş nümayəndələrin geri şağrılması hüqüqu, qanunvericilik təşəbbüsü hüququ və referendum hüququ. Bu prinsiplərə uyğun olaraq Çin Respublikasının Milli Məclisi yaradıldı.
Dövlət idarəçiliyi hakimiyyəti
redaktəDövlət idarəçiliyi hakimiyyəti - ənənəvi Çin heroqlifləri ilə: 治權, sadələşdirilmiş Çin heroqlifləri ilə: 治权, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: zhìquán, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : чжицюань). Sun Yatsen hakimiyyətin üç qolu (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) barədə Monteskyö Şarl Luiyə məxsus nəzəriyyəni geniləndirərək onu hakimiyyətin beş qolu barədə Çin ənənəsi ilə birləşdirmək məqsədilə nəzarətedici və imtahanedici (seleksiya) qollarını da əlavə etdi. İlk vaxtlar qanunverici hakimiyyət dövlət idarəçiliyi hakimiyyətinin tərkib hissəsi hesab edilsə də, siyasi hakimiyyətə daxil olan milli parlamentlə bərabər səviyyəli hesab olunmurdu.
Xalq rifahı
redaktəXalq rifahı prinsipi - ənənəvi Çin heroqlifləri ilə:民生主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民生主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínshēng zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньшэн чжуи) - Sun Yatsen tərəfindən sənaye iqtisadiyyatının yaradılması və kəndlilərin torpaq sahibliyində bərabərliyinin təmin edilməsi kimi dərk olunurdu. Sonuncu nəzəriyyə Amerika mütəfəkkiri Henri Corcun təsiri nəticəsində yaranmışdır, torpaq sahəsinin dəyərinə görə müəyyən edilən Tayvan vergisi də məhz bu nəzəriyyənin bəhrəsidir. Sun Yatsen mövcud olmaq üçün tələb olunan vəsaitləri dörd yerə (ərzaq, paltar, yaşayış evi və nəqliyyat) bölürdü və qeyd edirdi ki, Çin hökuməti kimi ideal bir dövlət əhalinin bu zəruri tələbatla təmin olunmasını planlaşdırmağa qadir olmalıdır. Xalq rifahı prinsipini bəzən sosializm quruluşu kimi başa düşürdülər.
"Üç xalq prinsipi"nin mənbələri
redaktə"Üç xalq prinsipi" ideologiyası Sun Yatsen ABŞ-da olarkən aldığı təcrübənin nəticəsi kimi meydana gəlmişdir. Bu nəzəriyyədə Amerika siyasi fikrinin bir sıra elementləri özünü büruzə verir. Sun Yatsen qeyd edirdi ki, o, Avraam Linkolnun "xalqın içərisindən çıxan, xalqın yaratdığı və xalq üçün yaranan hökumət" sözlərindən riqqətə gəlmişdir. Bundan başqa, Konfutsiçilik ideologiyası da Sun Yatsenin baxışlarına ciddi təsir göstərmişdir.
Bu prinsiplərin ən dəqiq ifadə forması dostu Xuan Çanqu tərəfindən toplanan, Sun Yatsenin özü tərəfindən redaktə olunan, Sun Yatsenin nitqlərindən ibarət külliyyatda öz əksini tapmışdır.
Mənbə
redaktə- Sun Yat-sen, translated by Pasquale d'Elia.The Triple Demism of Sun Yat-Sen. New York: AMS Press, Inc., 1974.
- Johannes Chang: Sun Yat-sen - Seine Lehre und seine Bedeutung in: JCSW 1 [1960] S.179-194
- Stéphane Corcuff, « Une remise en cause des trois principes du peuple ? L'avenir d'une idéologie », Perspectives chinoises, 1995,
Həmçinin bax
redaktəXarici keçid
redaktəİstinad
redaktə- ↑ Stéphane Corcuff (editor) Memories of the Future: National Identity Issues and the Search for a New Taiwan Arxivləşdirilib 2018-10-27 at the Wayback Machine. ISBN 0765607921
- ↑ http://www.humanities.edu.ru/db/msg/81535 Arxivləşdirilib 2010-11-26 at the Wayback Machine Конституция Китайской республики (Тайвань)