Ucolculu Feza - Wikipedia
Üçölçülü_fəza - Haqqında Məlumat
Üçölçülü fəza — yaşadığımız maddi dünyanın həndəsi modeli. Bu fəza ona görə üçölçülü adlanır ki, üç həmcins dəyişəndən (hündürlük, en və uzunluq) ibarətdir, yəni üçölçülü fəza üç tək ortoqonal vektorla təsvir edilir.
İnsanın üçölçülü fəzanı təsəvvür etməsi, hələ körpəlik dövründən inkişaf edir və insan hərəkətlərinin koordinasiyası ilə sıx bağlıdır.
Analitik həndəsədə üçölçülü fəzanın hər nöqtəsi üç istiqamətlə koordinatlarla təsvir olunur.
Koordinat sistemi koordinat başlanğıcında kəsişən üç qarşılıqlı perpendikulyar koordinat oxu vasitəsilə qurulur.
Həndəsə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |