Omer Asirimi - Wikipedia
Ömər aşırımı — Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi. Aşırımın hündürlüyü 3261 m təşkil edir. Aşırım Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən biri olan Ömər aşırımı uğrunda döyüşə şahidlik etmişdir.[1]
Ömər aşırımı | |
40°18′01″ şm. e. 46°16′41″ ş. u.HGYO | |
Hündürlüyü | 3.261 m |
Ölkə | Azərbaycan |
Geomorfologiyası
redaktəÖmər aşırımı Koroğlu (3462 m) və Gamış (3724 m) zirvələri arasındadır. Mütləq yüksəkliyi 3395 metr olan yəhərvari aşırımdan ibarətdir.[2] İstifadə müddəti may ayından sentyabrın ortalarına qədərdir. Ən yaxın yaşayış məskəni — şimal istiqamətində Kürdəlilər və Pirverdilər kəndləridir. Bu istiqamətdə aşırımın 3 km-yində ilk su mənbəyi,2600 m-də Kürəkçayın mənbəyini, sonradan onun qollarından birini təşkil edən bulaqlar mövcuddur. Aşırımdan cənub istiqamətində isə su mənbəyi nisbətən yaxındadır (Maydançayın mənbəyini təşkil edən bulaqlar). Bu istiqamətdə ən yaxın yaşayış yeri Yanşaq kəndidir.[3]
Relyefi
redaktəRelyefin meyilliyi Ömar aşırımından etibarən hər iki istiqamətə sərt enişlidir. Ancaq yüksək keçicilik qabiliyyəti olan nəqliyyatdan istifadə olunur.[4]
Xarici keçidlər
redaktə- "Ömər aşırmı". www.youtube.com. İstifadə tarixi: 16 oktyabr 2021.* * Ömər aşırımı
- "Ömər aşırımı. Məhv edilən erməni postları və Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız". www.youtube.com. İstifadə tarixi: 16 oktyabr 2021.
- "Ömər aşırımı". soz6.com. İstifadə tarixi: 16 oktyabr 2021.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Geomorfoloji terminlər lüğəti". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Azərbaycan təbii sərvətlərin paylanmasında ekosistemlərin tərkib hissəsi olan relyefin rolu". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Azərbaycanın paleogeomorfologiyası". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Murovdağın məşhur Ömər aşırımı". ambur.az. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2021.