Omer Nesuhi Bilmen - Wikipedia
Ömər Nəsuhi Bilmən (1882[1], Ərzurum, Ərzurum vilayəti – 13 oktyabr 1971 və ya 11 oktyabr 1971[2], İstanbul) — Türkiyənin dəyanət naziri.
Ömər Nəsuhi Bilmən | |
---|---|
osman. عُمر نصوحى türk. Ömer Nasuhi Bilmen | |
Doğum tarixi | 1882[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1971 və ya 11 oktyabr 1971[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | üləma, siyasətçi, müfəssir |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÖmər Nəsuhi Bilmən 1883-cü ildə Ərzurumun Salasor kəndində dünyaya göz açıb. Atası dövrün tanınmış alimlərindən Hacı Əhməd Əfəndi idi. Kiçik yaşlarından atasını itirən Ömər ilk təhsilini Ərzurumun Əhmədiyyə Mədrəsəsində əmisi Əbdülrəzzaq Əfəndinin dəstəyi ilə alır. Onun təhsili ilə əsasən Ərzurum müftisi Narmanlı Hüseyin Əfəndi məşğul olurdu. Bir müddət təhsili doğulduğu yerdə alan Ömər, müəllimlərinin dünyadan getməsindən sonra 1908-ci ildə İstanbula gedir. Orada bir müddət Tokatlı Şakir Əfəndinin dərslərində iştirak edir.1909-cu ildə isə ondan dərs deməklə bağlı icazə alır. 1912-ci ildə imtahanlarda uğur qazanan Ömər Nəsuhi 1913-cü ildə yüksək qiymətlərlə Qazilər məktəbini bitirir. Müxtəlif illərdə fərqli sahələrdə iş fəaliyyətinə başlayır. 1926-cı ildə İstanbul Müftiliyində fəaliyyətə başlayan Ömər, 1943-cü ildə İstanbul müftisi təyin edilir. 1960-cı ildə Tükiyə Respublikasının Dəyanət İşləri Nazirliyinə təyin edilən beşinci nazir olan Bilmən, bir ildən sonra 1961-ci ildə siyasi oyunlara alət olmamaq üçün vəzifəsindən istefa verir. Bundan sonra dünyasını dəyişənə qədər təlim-tədris işləri və əsər yazmaqla ömrünü başa vurur. Daruşşəfəq Liseyində təxminən iyirmi il əxlaq dərsləri verdi. Habelə İmam Xətib məktəblərində və İstanbul Ali İslam Universitetində fiqh üsulu və kəlam dərsləri tədris etdi. Ərəb və Fars dillərində şeir yazmaq qabiliyyətində olan Ömər, Fransız dilini də gözəl bilirdi. Ömər Nəsuhi Bilməz 1971-ci ildə dünyasını dəyişib.
Fəaliyyəti
redaktəO, klassik fiqh məktəbinin son təmsilçilərindən biridir. Ömər əsərlərini qələmə alarkən öz klassik ənənsinə sadiq qalmış, əsasən fiqhi məsələlərdə İmam Əbu Hənifənin fiqh məktəbinə üstünlük verirdi. Alim ibadətlərlə bağlı fiqhi məsələləri Böyük İslam Elmhalı adlı əsərində yerləşdirmişdir. O habelə, Qərb hüququnu da gözəl bildiyi üçün dövrünün bir çox İslam hüquqçusundan fərqli olaraq əsərlərində klassik üslüba əhəmiyyət vermişdir. Qurani-Kərimdə çoxevlilik ilə bağlı özünəməxsus üslubu ilə fərqlənir. O, İslamın əsass etibarilə tək evliliyə təşviq etdiyini yazır. Hətta bir xanımı ilə belə ədalətsiz rəftar edən şəxsin evlənməsinin doğru olmayacağını bildirir. Boşanma, mürtədin vəziyyəti haqda fikirləri də maraq doğurur. O, mürtəd üçün kəsilən ölüm cəzasının şəriyətə tərs düşmədiyini, ona bu cəzanın kəsilməsinin hikmətlərindən birinin İslam ümməti əleyhinə casusluq edə biləcəyindən də qaynaqlanacağını qeyd edir. Onun heyvan haqları haqda öz əsərində yazdığı fikirlər də maraa kəsb edir. O, bitkilərə, ağaclara quruyub tələf oluncaya qədər su verməyən insanın yer üzərində fitnə-fəsad çıxardığını deyir.
Əsərləri
redaktə- Qurani-Kərimdən dərslər və öyüdlər
- Böyük İslam Elmhalı
- Səhabələr haqqında müsəlmanların etiqadı
- Yüksək İslam Əxlaqı
- İslam Hüququ və Fiqh İstilahları Lüğəti I–IV
- Böyük Təfsir Tarixi I–II
- İslamiyyətin Ülvi Mahiyyəti, Müsəlmanların Yüksək etiqadları haqqında araşdırmalar aparan amerikalı bir alimin suallarına cavab
- Qurban və mahiyyəti
- Dini məlumatlar haqqında sual-cavab
- Tövhid haqqında təfsilatlı əsər: İslam əqidəsi
- Hikmət qönçələri: 500 hədisin izahı
- Qurani-Kərimin Türk dilində tərcüməsi və Təfsiri
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #132845989 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.