Cyu Cou - Wikipedia
Çyu Cou (əvvəlki adı: Çzyanin) — Çin Xalq Respublikasının Xunan əyalətində şəhər.
Çyu Cou | |
---|---|
27°50′27″ şm. e. 113°08′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 731 |
Poçt indeksi | 412000 |
Nəqliyyat kodu | 湘B |
Digər | |
hnzz.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəƏrazisi 11.420 km2-dir. Synçzyan çayının sahilində, əyalət mərkəzi olan Çanşadan cənub-qərbdə yerləşir.
Şəhər subtropik iqlim zonasında yerləşir və burada musson küləyi üstünlük təşkil edir. Xunan əyalətinin yeraltı mineral resurslarla zəngin bölgələrindən biridir.
Əhalisi
redaktə2010-cu ilin məlumatına görə şəhərin əhalisi 3 885 609 nəfər olmuşdur.
Adminstrativ bölgü
redaktəÇyu Çou şəhəri 4 inzibati - Lusun, Tynyuan, Xetan və Şifen rayonlarına, Lilina adlı şəhər mahalına, eləcə də Çalin, Çju Cou, Yusyan və Yanlin mahallarına bölünür.
Nəqliyyat
redaktəÇyu Cou mühüm dəmiryolu qovşağı ilə əhatələnib. Bu qovşağ şəhəri ölkənin şimal hissəsində olan əyalətlərlə birləşdirir. Hər gün buradan 110 qatar keçir ki, bu nəqliyyat vasitəsindən gündə 30 min insan yararlanır.
İqtisadiyyatı
redaktəÇyu Cou Çanşa və Syntan birlikdə "Qızıl Çançjutan üçbucağı" təşkil edirlər.
Sənaye
redaktəÇju Cou şəhərində metallurgiya, kimya sənayesi, maşınqayırma (Çju Cou Elektrovozqayırma zavodu) və tikinti sənayesi inkişaf etməkdədir. Çju Cou əyalətin ikinci böyük şəhəridir. Burada Synyan çayının sahilində 35 km² ərazini əhatə edən Yüksək Texnologiyalar Zonası yaradılıb. Bu zonada dünyanın bir sıra aparıcı şirkətlərinin filialları fəaliyyət göstərir. Bura "Siemens", "Yamaha", "McDonald's" və "KFC" kimi iri şirkətlər daxildir.
Qardaş şəhərlər
redaktə- Sumqayıt
- Nəvai (1996)
- Fredrikstad (1999)
- Nyaçanq (2001)
- Pitermariçburq
- Pçoçxon (2009)
Mənbə
redaktə- Sumqayıtın “balacaboy qardaşı” Çyu Cou – TANITIM (FOTOLAR) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine xeberle.com (az.)
- ↑ 国务院第七次全国人口普查领导小组办公室 中国人口普查分县资料—2020 (çin). 北京市: 中国统计出版社, 2022. 983 s. ISBN 978-7-5037-9772-9