Cuxurludag - Wikipedia
Çuxurludağ - Haqqında Məlumat
Çuxurludağ – Babək rayonu ərazisində dağ (hünd. 1011,0 m). Nehrəm platosunun cənub-qərb hissəsində, Nehrəm kəndindən 9,0 km cənub-şərqdədir. Üst Tabaşirin Alt Turon yarımmərtəbəsinə aid Noxuddağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şimal-şərq və cənub-qərb yamacları sıldırımlı, yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacından şimal-şərq istiqamətli qırılma pozulması keçir.
Çuxurludağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1011,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
KOTLOVAN DAĞI – Babək rayonu ərazisində Çuxurludağın yerli əhali arasında işlədilən başqa adı.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.