Cobanogullari Beyliyi - Wikipedia
Çobanoğulları bəyliyi (türk. Çobanoğulları Beyliği; 1211–1309) — Kastamonu və bölgə ətrafında 1211–1309-cu illər arasında hökm sürmüş Anadolu bəyliklərindən biri.
Tarixi dövlət | |||
Çobanoğulları bəyliyi | |||
---|---|---|---|
|
|||
1211 —
|
|||
Paytaxt | Kastamonu | ||
Rəsmi dilləri | Türk dili | ||
Sülalə | Çobaoğulları sülaləsi | ||
• 1211—? | Hüsaməddin Çoban (ilk) | ||
• 1292—1309 | Mahmud bəy (son) |
Tarixi
redaktəAnadolu Səlcuqlu dövlətinin Bizans sərhədində bir çox türkmən kütləsinin toplanmasıyla Hüsaməddin Çoban tərəfindən əsası qoyulan dövlət olmuşdur. Sultan I İzzəddin Keykavusdan sonra taxta çıxan I Alaəddin Keykubad bağlılıqlarını ərz etmələri üçün bütün uc bəylərini hüzuruna çağırdığında, bu bəylər arasında Oğuzların Kayı boyundan Hüsaməddin Çoban da var idi. 1225-ci ildə Krıma səfər təşkil edərək Sudak şəhərini fəth edən Hüsaməddin Çoban Bəydən sonra yerinə oğlu Alp Ürək keçdi. Onun da yerinə keçən oğlu Yavlak Arslan, bəyliyini Anadolu Səlcuqluları və Elxanlılara bağlı olaraq davam etdirdi. Yavlak Arslan Anadolu Səlcuqlarının taxt döyüşünə qarışdığı üçün 1292-ci ildə öldürülüb. Yavlak Arslanın yerinə keçən oğlu Mahmud bəy vaxtında Bizansa hücumlar düzənlənsə də, Candaroğlu Süleyman Paşanın qüvvələri Kastamonu 1309-cu ildə ələ keçirdi və bu bəyliyə son verdi.
Çobanoğulları hökmdarları (bəyləri)
redaktəSıra | Hökmdar (Bəy) | Hakimiyyət dövrü | Qeydlər |
---|---|---|---|
1 | Hüsaməddin Çoban | 1211-? | Arslan Yabqunun oğlu Qutalmışın soyundandır. Bəzi qaynaqlara görə isə Qayı boyundandır və ya Qayılarla qohumluq əlaqəsi qurmuşdur. |
2 | Alp Ürək | ?-1280 | Hökmdarlığı qısa sürmüşdür. |
3 | Müzəffərəddin Yavlak Arslan | 1280–1292 | Ən məşhur Çobanoğulları bəyi. Ölümünə az qalmış Anadolu Səlcuqlu taxt mücadiləsinə girişmişdir. |
4 | Mahmud bəy | 1292–1309 | Son Çobanoğlu bəyidir. Candaroğlu Süleyman bəy tərəfindən öldürülmüşdür. |