Cobangerehmez - Wikipedia
Çobangərəhməz - Haqqında Məlumat
Çobangərəhməz — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.[1]
Çobangərəhməz | |
---|---|
40°01′11″ şm. e. 46°13′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.683 m |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
redaktəÇobangərəhməz kəndi Tutqunçayın (Tərtər çayının qolu) sahilində, Qonqur dağının ətəyindədir. Kəndin ərazisi keçmiş İrəvan quberniyasının Çobangərəkməz kəndinin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi sonralar həmin kənddən ayrılmış ailələrin daimi məskunlaşması nəticəsində yaranmışdır.
Rayonun ərazisində eyniadlı mineral bulaq da vardır. Hidronim Çobangörükməz variantında da qeydə alınmışdır. Oykonim "çoban gərək olmayan" mənasındadır[2].
Kənddəki yer adları
redaktəYaylaqlar
redaktə- Abdulla yurdu
- Tuşdu yurdu
- Dərə damının yurdu
- Kalafalıq yurdu
- Qarabağlı yurdu
Bulaqlar
redaktə- Göy bulaq
- Həmərsin bulağı
- Seyid Əlişin bulağı
- Seyidgələnin suyu
- Ala bulağı
Məşhur yerlər
redaktə- Məşədi Məhəmməd gələn
- Bozbarmaq
- Əşəlgə
- Pərincyeri
- Boztəpə
- Donuzgüneyi
- Tala
- Cərgələr
- Öküzölən tala
- Alıkişi maral vuran
- Tutxun çayı
- Ağuzluq
- Arxac yeri
- Talanın qayası
- Qamışlıq
- Xırmanlar
- Qaraağac
- Tellinin qayası
- Bağarmudu
- Qaranlıqdərə
- Çöp
- Böyükdəmirçi
- Balacadəmirçi [3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007.
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.