Cin Teatri - Wikipedia
Teatr sənəti Çin xalqının mənəvi həyatında teatr sənəti mühüm yer tutur. Çin musiqili teatrı (opera) ustalıqla yazılmış mətn və həyata keçirilmə texnikası ilə musiqi, oxuma, rəqs, akrobatika və hərb sənəti təmrinləri elementlərini özündə birləşdirir. Ənənəvi Çin operasında şərtilikdən geniş istifadə olunur, simvolika aktiv tətbiq edilir. Belə ki, məsələn, evə girmə və ya çıxma, pilləkənləri qalxma və ya enmə və s. xüsusi hərəkətlərlə təsvir edilir.
Çin ənənəvi teatr formalarından ən mötəbəri Pekin operasıdır. Onun musiqisi, əsasən, zərb alətlərinin böyük emosional effekt yaratdığı orkestr musiqisidir. Əsas zərb alətləri qonq və barabanlardır. Həmçinin ağac və bambukdan hazırlanmış şıx-şıxlardan, simli alətdən (Pekin skripkası) də istifadə olunur.
Çin üçün teatr sənətinin yeni forması, meydana gəlməsi 1906-cı ilə aid edilən danışıq dramıdır, hazırda bu incəsənət növü geniş yayılmışdır. 2000-ci ildən artıq tarixi olan kukla teatrı Çin tamaşaçısı tərəfindən böyük rəğbətlə qarşılanır.