Cin Filbahari - Wikipedia
Çin filbaharı (lat. Wisteria sinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin filbahar cinsinə aid bitki növü.
Çin filbaharı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Klad: Cins: Növ: Çin filbaharı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Arealı
redaktəŞərqi Çində geniş yayılmışdır.
Botaniki xarakteristikası
redaktəHündürlüyü 20 m-ə, çətirinin diametri 4 m-ə çatan, dırmaşan, kolvari liandır. Yarpaqları mürəkkəb, təklələkvari olub, qışda tökülən, uzunluğu 30 sm-ə çatır. Yarpaqcıqları 7-13 ədəd, ovalvari uzunsov, təzə yarpaqları qırmızımtıl rəngə çalır. Ucu şiş çıxıntılıdır. Çiçəkləri mavi – bənövşəyi, zəif ətirli, çoxçiçəkli, uzunluğu 25-40 sm, eni 6-10 sm-ə qədər olan salxımlarda yerləşir. Çiçək oxu və çiçək saplaqları zəif tüklüdür. Tacı göyümtül-bənövşəyi, solğun bənövşəyi və ya mavi-göydür. Kasacığı qoşa dodaqlı, zəngvari, 5 dişicikli; dişiciklərin 2-si digər 3 bizvari dişicikdən xırdadır. Yumurtalığı qısa, ayaqcıq üzərindədir. Paxlaları yastı, bir qədər büzümlü açılan, dərivari və sıx tükcüklü, yaşılımtıl sarı, 15-25 sm uzunluğunda, çox toxumludur. Toxumları yastı, böyrəkvari-dəyirmi, açıq şabalıdı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Bəzən iyul və sentyabrda ikinci çiçəkləmə müşahidə edilir. Meyvəsi sentyabr-oktyabr aylarında yetişir.
Ekologiyası
redaktəBu növ işıqsevən, rütubətə tələbkar olub, münbit və gillicə torpaqlarda yaxşı bitir və bol çiçək verir.
Azərbaycanda yayılması
redaktəDekorativ bitki kimi Abşeron, Gəncə, Lənkəran, Zaqatala, Quba, Şəki və s. bölgələrdə becərilir.
İstifadəsi
redaktəÇoxçiçəkli, ağçiçəkli formaları məlumdur. Ən gözəl sarmaşan bitkilərdən biridir. Divar, çardaq və eyvanları bəzəmək üçün istifadə edilir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Apios sinensis (Sims) Spreng.
- Glycine sinensis Sims
- Kraunhia sinensis (Sims) Greene
- Millettia sinensis (Sims) Benth.
- Rehsonia sinensis (Sims) Stritch
- Wisteria consequana Sabine
- Wisteria polystachya K.Koch
Heterotipik sinonimləri
redaktə- Glycine chinensis Sims
- Rehsonia brevidentata (Rehder) Stritch
- Rehsonia villosa (Rehder) Stritch
- Wisteria brevidentata Rehder
- Wisteria chinensis (Sims) DC.
- Wisteria praecox Hand.-Mazz.
- Wisteria sinensis var. alba Lindl.
- Wisteria sinensis f. alba (Lindl.) Rehder & E.H.Wilson
- Wisteria sinensis var. albiflora Lem.
- Wisteria sinensis var. brevidentata (Rehder) J.Compton & C.Lane
- Wisteria sinensis var. villosa (Rehder) J.Compton & C.Lane
- Wisteria villosa Rehder